Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Qalaktion Tabidze (gürc. გალაკტიონ ტაბიძე; 5 (17) noyabr 1891, Çkvişi[d], Kutaisi quberniyası – 17 mart 1959[…], Tbilisi) — XX əsrin görkəmli gürcü şairi və ədə

Qalaktion Tabidze

  • Ana Səhifə
  • Vikipediya
  • Qalaktion Tabidze

Qalaktion Tabidze (gürc. გალაკტიონ ტაბიძე; 5 (17) noyabr 1891, Çkvişi[d], Kutaisi quberniyası – 17 mart 1959[…], Tbilisi) — XX əsrin görkəmli gürcü şairi və ədəbiyyat xadimi. Tabidze öz şeirləri ilə özündən sonra gəlmiş gürcü ədəbilərinə böyük təsir etmişdir. İosif Stalinin 1930-cu illərdə həyata keçirdiyi Böyük Təmizlik siyasətindən sağ çıxmağı bacarmış, ancaq sovet idarə sisteminin təsirləri nəticəsində alkoqolizm aludəçisi olaraq depressiyaya düşmüşdür. Tabidze 1959-cu ilin 17 mart tarixində Tbilisi şəhərində müalicə olunduğu psixiatr xəstəxanasında intihar etmişdir.

Qalaktion Tabidze
gürc. გალაკტიონ ტაბიძე
Qalaktion Tabidzenin 1933-cü ildə çəkilmiş fotosu.
Qalaktion Tabidzenin 1933-cü ildə çəkilmiş fotosu.
Doğum tarixi 5 (17) noyabr 1891(1891-11-17)
Doğum yeri
  • Çkvişi[d], Kutaisi qəzası[d], Kutaisi quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 17 mart 1959(1959-03-17)[…] (67 yaşında)
Vəfat yeri
  • Tbilisi, Gürcüstan SSR, SSRİ
Vəfat səbəbi yıxılma[d]
Dəfn yeri
  • Mtatsminda panteonu[d]
Milliyyəti Gürcü
Təhsili
  • Tbilisi İlahiyyat Seminariyası[d]
Fəaliyyəti şair, yazıçı
Əsərlərinin dili gürcü dili
Üzvlüyü
  • SSRİ Yazıçılar İttifaqı
Mükafatları "Lenin" ordeni "Qırmızı əmək bayrağı" ordeni
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Qalaktion Tabidze qərbi Gürcüstanın İmereti vilayətində anadan olub. Müəllim olan atası Vasil Tabidze Qalaktionun iki yaşı olarkən vəfat edib. Qalaktion Tabidze 1900-1910-cu illər arasında Kutaisi və Tbiliside rühan məktəbində oxudu. Daha sonra müəllim olaraq işlədi. Simvolizm təsiri altında yazdığı erkən dövr şeirləri 1914-cü ildə kitab olaraq çap edildi. Digər simvolist Gürcü şairləri ilə birlikdə "Mavi buynuzlar" ("Tsisperkantselebi" / "ცისფერყანწელები") adlı hərəkatın üzvü idi. Yalnızlığı seçdiyi üçün əmisi oğlu Titsian Tabidze ona "Yalnızlık Təriqəti Cəngavəri" ləqəbini vermişdi.

Sonrakı şeir toplusu "Bədii Çiçəklər" ("gürc. არტისტული ყვავილები" 1919) onu uzun illər boyunca Gürcü şeirinin lideri etdi. "Sevgidən Məhrum" (1913), "Mən və Gecə" (1913), "Mavi Atlar" (1915) və "Külək Əsir" (1924) onun şah əsərləridir. Bu şeirlərində də göründüyü kimi, şeirlərinin çoxu tənhalıq, sevgidən məhrum olma hissləri ildə doludur.

1937-ci ildə repressiya vaxtı yoldaşı Olqa Okucava həbs edilərək Sibirə göndərildi və 1944-cü ildə orda vəfat etdi. Qalaktionun şair dostları və əmisi oğlu Titsian Tabidze də həbs olundular və güllələndilər. Qalaktionun özü Lavrenti Beriya tərəfindən sorğu çəkildi və işgəncələrə məruz qaldı. Bu hal onu depresiyaya saldı və alkoqolik oldu. Uzun müddət səssizliyi və yalnızlığı həyatda qalmasına səbəb oldu. Sonralar yenidən şeirlər yazmağa və mükafatlar almağa davam etdi.

Tabidze 1959-cu ilin 17 mart tarixində Tbilisi şəhərində müalicə olunduğu psixiatr xəstəxanasının Çavçavadze küçəsinə baxan pəncərəsindən aylayaraq intihar etmişdir. Məzarı Mtatsminda Panteonundadır.

Tabidzenin yazdığı minlərlə şeir, onu müasir Gürcü ədəbiyyatı üzərində böyük təsir yaradan Gürcüstanın başda gələn şairlərindən biri etmişdir. Tbilisi Ədəbiyyat Muzeyində 100 min sənədli arxivi hələ tam araşdırılmayıb. Şeirləri Rus, Fransız, İngilis, Alman və Türkcəyə tərcümə olunmuşdur.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Qalaktion Tabidze haqqında məlumat. Qalaktion Tabidze nədir? Qalaktion Tabidze nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 25, 2026

    Nervon (Sevilya)

  • Mart 01, 2026

    Boeing 767

  • Mart 01, 2026

    Mirmehdi Ağayev

  • Fevral 27, 2026

    Manna toponimləri

  • Fevral 27, 2026

    Tupolev

Trend Mahnılar
  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst