Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

MiQ-23 (rus. МиГ-23; NATO kod adı: Flogger) Mikoyan adına konstruktor bürosunda, Qureviç tərəfindən çıxarılan dəyişən qanad quruluşuna sahib Sovet döyüş təyyarə

MiQ-23

  • Ana Səhifə
  • Vikipediya
  • MiQ-23

MiQ-23 (rus. МиГ-23; NATO kod adı: Flogger) Mikoyan adına konstruktor bürosunda, Qureviç tərəfindən çıxarılan dəyişən qanad quruluşuna sahib Sovet döyüş təyyarəsi. İlk prototip uçuşu 1967-ci ildə olmuşdur. 1968-ci ildə Domodedovo Aviasiya Sərgisində Avropa ölkələrinin böyük marağına səbəb olmuşdur. Təyyarə MiQ-23S kimi 1968-ci ildə seriyalı istehsala başlamışdır. Qısa və qeyri-standart yollarda havaya qalxma xüsusiyyətinə malikdir. Ayrıca MiQ-23PD kodlu bir VTOL dikinə qalxıb-enə bilən bir modeli də mövcuddur. Rusiya Hərbi Hava Qüvvələrində 1998-ci ildən etibarən silahlanmadan çıxarılsa da, bir sıra ölkələrdə istifadə edilir. İyirmi bir ölkədə on beş ayrı modeli istifadə edilmişdir. Bir motorlu və bir yerli təyyarədir. Ayrıca, MİQ-23S və MİQ-23U modelləri iki yerlidir.

MiQ-23
Tipi Qırıcı
Qırıcı-bombardmançı
İstehsalçı SSRİ MiQ
Baş konstruktor Anatoli Andreyev
İlk uçuş 10 iyun 1967
İstismara verilmə tarixi 1969
Status Məhdud sayda istismar olunur
İstismarçılar Sovet Hərbi Hava Qüvvələri
Suriya Hərbi Hava Qüvvələri
İstehsal ili 1967–1985
Buraxılış sayı 5047 ədəd bütün variantlar
769 ədəd MiQ-23UB
Variantları MiQ-27
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

İstifadəçiləri

MiQ-23 istifadəçiləri (cari istifadəçilər mavi rənglə təsvir olunub).
MiQ-23MF
SSRİyə aid bir MiQ-23M uçarkən (1989)

Cari istifadəçiləri

  • Anqola Anqola: 18 ədəd MiQ-23ML və 8 ədəd MiQ-23BN/UB
  • Kuba Kuba: 24 ədəd fərqli variant olan MiQ-23
  • Efiopiya Efiopiya: 10 ədəd MiQ-23BN/UB
  • Qazaxıstan Qazaxıstan: 2 ədəd MiQ-23UB
  • Liviya Liviya: Bilinməyən sayda
  • Şimali Koreya KXDR: 46 ədəd MiQ-23ML və 10 ədəd MiQ-23P
  • Sudan Sudan: 3 ədəd MiQ-23MS/UB. Biri təlim zamanı qəzaya uğramışdır.
  • Suriya Suriya: 39 ədəd MiQ-23MF/ML/UM və 41 ədəd MiQ-23BN/UB
  • Kot-d'İvuar Kot-d'İvuar
  • Şri-Lanka Şri-Lanka
  • Namibiya Namibiya
  • Vyetnam Vyetnam
  • Yəmən Yəmən
  • Zimbabve Zimbabve

Taktiki-texniki xüsusiyyətləri (MiQ-23MLD)

Ümumi göstəriciləri

  • Ekipaj: 1 nəfər
  • Uzunluğu: 15.65 m
  • Hündürlüyü: 4.82 m
  • Qanad sahəsi: 37.35 m²
  • Boş çəki: 9,595 kq
  • Yüklü çəki: 14,700 kq
  • Maksimal qalxma çəkisi: 17,800 kq
  • Güc təminatçısı: 1 × Khatchaturov R-35-300 reaktiv mühərrik

Uçuş keyfiyyətləri

  • Maksimum sürət: Mach 1.52
  • Uçuş məsafəsi: 1,150 km
  • Döyüş radiusu: 600 km
  • Uçuş tavanı: 18,500 m
  • Yüksəkliyə qalxma sürəti: 240 m/s
  • Qanad yüklənməsi: 476.6 kq/m²
  • Çəkmə gücünün çəkiyə nisbəti: 0.88
  • Maksimum g-yüklənmə: 8.5 g

Silahlanması

Hava-hava tipli raketlər

•R-60

•R-27

•R-77

•R-73

Hava-yer tipli raketlər

•Kh-66 Qrom

Miq-23-ün istifadə etdiyi hava-hava tipli raket R-73

Həmçinin bax

  • MiQ-25
  • MiQ-27
  • MiQ-29

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, MiQ-23 haqqında məlumat. MiQ-23 nədir? MiQ-23 nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Bela Bartok

  • Fevral 27, 2026

    Çariça

  • Fevral 27, 2026

    Forbes

  • Fevral 27, 2026

    Kipr (ada)

  • Fevral 27, 2026

    Ethernet

Trend Mahnılar
  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst