Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Camal Rəhimov 1987-ci il sentyabrın 16-da anadan olub. Üç yaşından xaricdə — əvvəl İstanbulda, sonra isə Brüsseldə yaşayır. Azərbaycanın Baş naziri olan Həsən H

Camal Rəhimov

  • Ana Səhifə
  • Vikipediya
  • Camal Rəhimov

Camal Rəhimov (16 sentyabr 1987) — Azərbaycanı təmsil edən çapar.

Camal Rəhimov
Şəxsi məlumatlar
Tam adı Camal Rəhimov
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Doğum tarixi 16 sentyabr 1987 (38 yaş)
Boyu 178 sm.
İdman növü Atçılıq

Həyatı

Camal Rəhimov 1987-ci il sentyabrın 16-da anadan olub. Üç yaşından xaricdə — əvvəl İstanbulda, sonra isə Brüsseldə yaşayır. Azərbaycanın Baş naziri olan Həsən Həsənovun nəvəsidir.

Karyerası

Karyerası ərzində Camal Rəhimov bir sıra beynəlxalq turnirlərin qalibi oldu. Camal Rəhimov Azərbaycanı 2008-ci ildə Çində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil etdi. Bununla da Camal Rəhimov Azərbaycanı Olimpiya Oyunlarında atçılıq idman növü üzrə təmsil edən birinci idmançı olaraq tarixə düşdü. Olimpiya Oyunlarından əvvəl Camal Rəhimova Fransadan qiyməti 1 milyon 970 min avro məbləğində olan Ionesco De Brecca ləqəbli at alındı. Atın ödənişi SOCAR tərəfindən edildi. Bu hadisə həmin dönəmdə Azərbaycanda birmənalı qarşılanmadı və tənqid edildi.

Camal Rəhimov olimpiada da avqustun 15-də mübarizə apardı. Təsnifat mərhələsinin birinci raundunda Ionesco De Brecca ləqəbli atla Camal Rəhimov mərhələni cəmi bir cərimə balı ilə başa vurdu. Nəticədə Camal Rəhimov raundu 77 çapar sırasında 14-cü pillədə başa vuraraq növbəti mərhələyə vəsiqə qazandı. Avqustun 17-də isə təsnifat mərhələsinin növbəti raundu baş tutdu. Həmin raundda Camal Rəhimovun atı büdrədi və nəticədə Camal Rəhimov atından yıxılaraq turnirdə mübarizəsini başa vurdu.

Daha sonra Camal Rəhimov Azərbaycanı 2012-ci ildə London şəhərində (Birləşmiş Krallıq) baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil etdi. Camal Rəhimov olimpiada da avqustun 4-də mübarizə apardı. Təsnifat mərhələsinin birinci raundunda Warrior ləqəbli atla Camal Rəhimov mərhələni beş cərimə balı ilə başa vurdu. Nəticədə Camal Rəhimov raundu 72 çapar sırasında 52-ci pillədə başa vuraraq növbəti mərhələyə vəsiqə qazandı. Avqustun 5-də isə təsnifat mərhələsinin növbəti raundu baş tutdu. Həmin raundda Camal Rəhimov mərhələni 14 cərimə balı ilə başa vurdu. Nəticədə Camal Rəhimov raundu 62 çapar sırasında 60-cı pillədə başa vurdu və London Olimpiadasında mübarizəsini dayandırdı.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Camal Rəhimov haqqında məlumat. Camal Rəhimov nədir? Camal Rəhimov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Əmirxeyir

  • Fevral 27, 2026

    Rumlu

  • Fevral 27, 2026

    Qubad İbadoğlu

  • Mart 01, 2026

    Şeyxşah

  • Fevral 27, 2026

    Simnan dili

Trend Mahnılar
  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst