Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Fikrət Həmid oğlu Əhmədov (8 may 1930, Moskva – 1989, Bakı) — Azərbaycan dövlət xadimi, Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini (1980–1987).

Fikrət Əhmədov

  • Ana Səhifə
  • Vikipediya
  • Fikrət Əhmədov

Fikrət Həmid oğlu Əhmədov (8 may 1930, Moskva – 1989, Bakı) — Azərbaycan dövlət xadimi, Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini (1980–1987).

Fikrət Əhmədov
Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini
27 mart 1980 – 20 noyabr 1987
SədrƏli İbrahimov
Həsən Seyidov
Şəxsi məlumatlar
Doğum tarixi 8 may 1930(1930-05-08)
Doğum yeri
  • Moskva, Moskva vilayəti, RSFSR, SSRİ
Vəfat tarixi 1989(1989) (58–59 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Dəfn yeri
  • II Fəxri Xiyaban
Partiya
  • Sovet İttifaqı Kommunist Partiyası (1955–1989)
Uşaqları
  • Riad Əhmədov,
  • Mehriban Əhmədova

Təltifləri "Qırmızı əmək bayrağı" ordeni "Qırmızı əmək bayrağı" ordeni "Şərəf nişanı" ordeni "Şərəf nişanı" ordeni

Həyatı

Fikrət Həmid oğlu Əhmədov 1930-cu ildə hərbi qulluqçu ailəsində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetini bitirmiş, 1952–1954-cü illərdə komsomol işində çalışmışdır. 1954–1957-ci illərdə Xalq Təsərrüfatı İnstitutunda assistent, baş müəllim olmuşdur. 1957-ci ildən 1960-cı ilədək Azərbaycan Kommunist Partiyası Bakı Şəhər Komitəsinin təbliğat və təşviqat şöbəsinin təlimatçısı, şöbə müdirinin müavini vəzifələrində işləmiş, 1960-cı ildən İctimai Elmlər Akademiyasının aspirantı olmuşdur. Tarix elmləri namizədi elmi dərəcəsini, dosent elmi adını almışdır.

F. Əhmədov 1963-cü ildən Azərbaycan KP MK ideoloji şöbəsinin təlimatçısı, mühazirəçilər qrupunun rəhbəri vəzifələrində çalışmışdır. 1969-cu ildən Azərbaycan KP MK təbliğat və təşviqat şöbəsi müdirinin birinci müavini, 1972-ci ilin noyabr ayından isə elm və tədris müəssisələri şöbəsinin müdiri olmuşdur. 1980-ci ilin mart ayından Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini vəzifəsində çalışmışdır.

Fikrət Əhmədov 1955-ci ildə Sov.İKP üzvü olmuş, Azərbaycan SSR Ali Sovetinin dörd çağırış (8–11-ci çağışlar) deputatı seçilmişdir. 1971–1976-cı illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvlüyünə namizəd, 1976-cı ildən isə üzvü olmuşdur. İki dəfə "Qırmızı əmək bayrağı" ordeni, iki dəfə "Şərəf nişanı" ordeni, eləcə də medallarla təltif edilmişdir.

Fikrət Əhmədov Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədovun və bəstəkar, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi Mehriban Əhmədovanın atasıdır.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Fikrət Əhmədov haqqında məlumat. Fikrət Əhmədov nədir? Fikrət Əhmədov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 26, 2026

    Sion dağı

  • Mart 01, 2026

    Fausto Zonaro

  • Mart 01, 2026

    Ehud Barak

  • Fevral 27, 2026

    Dilican (şəhər)

  • Fevral 27, 2026

    Bayraqlı

Trend Mahnılar
  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst