Anna-Lu "Enni" Leybovitz (ing. Anna-Lou "Annie" Leibovitz); 2 oktyabr 1949, Voterberi, Konnektikut, ABŞ) — amerikalı fotoqraf. Daha çox məşhur adamların portretləri üzrə ixtisaslaşıb.
| Enni Leybovitz | |
|---|---|
| ing. Annie Leibovitz | |
| |
| Doğum tarixi | |
| Doğum yeri | Voterberi, Konnektikut |
| Vətəndaşlığı | |
| Uşaqları | Sara Kemeron Leyboviç Syuzan Leyboviç Semuel Leyboviç |
| Partnyoru |
|
| Atası | Sem Leyboviç |
| Anası | Merilin Leyboviç |
| Təhsili |
|
| Fəaliyyəti | Fotoqraf |
| Üzvlüyü |
|
![]() | |
Bioqrafiya
Enni, altı uşaqlı ABŞ Hərbi Hava Qüvvələri zabitinin ailəsində üçüncü uşaq olub. Onun ana tərəfindən ulu babası və ulu nənəsi Rusiyadan köçmüş yəhudi mühacirlər olub, atasının valideynləri isə Amerikaya Rumıniyadan gəlib. Anası, Merilin Leyboviç (ing. Marilyn Leibovitz) müasir rəqs müəlliməsi olub. Ailəsi atasının xidməti vəzifələri səbəbindən tez-tez köçmək məcburiyyətində idi, bu səbəbdən Enni öz ilk kadrlarını Filippində çəkəsi olub, belə ki, onun atası Vyetnamda müharibə zamanı ailəsi ilə birlikdə orada mənzillə təmin olunub.
Enni San-Fransisko İncəsənət institutunda təhsil alıb. 1970-ci ildə Rolling Stone jurnalında fotoqraf kimi işləməyə başlayıb. 1983-cü ildən Vanity Fair jurnalında işləyir, bu jurnal üçün məşhur adamların portret şəkillərini çəkir.
Məşhur fotoşəkilləri
- Con Lennon çılpaq vəziyyətdə yanında paltarda uzanmış Yoko Ononu öpür. Bu fotoşəkil 8 dekabr 1980-ci ildə, Lennonun qətlinə cəmi bir neçə saat qalmış çəkilib.
- Demi Mur birbaşa bədəninə çəkilmiş kostyumda, çılpaq vəziyyətdə.
- Vupi Qoldberq südlü vannada.
- Mayli Sayrus kürəyi çılpaq vəziyyətdə, şəkil 2008-ci ilin iyununda Vanity Fair jurnalında dərc olunub; aktrisa həmin vaxt cəmi 15 yaşında olub.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Enni Leybovitz haqqında məlumat. Enni Leybovitz nədir? Enni Leybovitz nə deməkdir?

