His dəstəsi, yaxud Qulaqcıq-mədəcik dəstəsi (lat. fasciculus atrioventricularis) — 1893-cü ildə İsveçrə həkim anatomu və kardioloqu Uilyam His tərəfindən aşkar edildiyinə görə onun şrəfinə adlandırıılmış, ürəryin aparıcı sisteminə aid bir hissənin adı. His dəstəsi qulaqcıq-mədəcik düyünündən başlayaraq sağ və sol lifli halqaların arası ilə və mədəcikarası arakəsmənin zarlı hissəsinin arxa kənarı ilə aşağı doğru gedir və iki ayaqcığa bölünür: sağ – (lat. crus dextrum) və sol – (lat. crus sinistrum). Ümumi kötüyün uzunluğu təxminən 1 sm-dir. Sağ ayaqcıq mədəcikarası arakəsmənin sağ tərəfilə gedərək Purkinye lifləri vasitəsilə məməyəbənzər əzələlərdə, ətli atmalarda və mədəcik divarının əzələ liflərində tamam olur. Sol ayaqcıq mədəcikarası arakəsmənin sol tərəfilə gedir və sağ ayaqcıq kimi məməyəbənzər əzələlərdə qurtarır.
| His dəstəsi | |
|---|---|
| |
| |
| Latınca | fasciculus atrioventricularis |
| Dorlands/Elsevier | 12200650 |
Həmçinin bax
- His dəstəsinin sağ ayaqcığınıın blokadası
- His dəstəsinin sol ayaqcığınıın blokadası
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, His dəstəsi haqqında məlumat. His dəstəsi nədir? His dəstəsi nə deməkdir?

