Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Əl-Füceyrə (Füceyrə; ərəb. الفجيرة‎, sübh) — Birləşmiş Ərəb Əmirliyinin tərkib hissəsini təşkil edən yeddi əmirlildən biri. Ərəbistan yarımadasının cənub-şərq q

Əl-Füceyrə əmirliyi

  • Ana Səhifə
  • Vikipediya
  • Əl-Füceyrə əmirliyi

Əl-Füceyrə (Füceyrə; ərəb. الفجيرة‎, sübh) — Birləşmiş Ərəb Əmirliyinin tərkib hissəsini təşkil edən yeddi əmirlildən biri. Ərəbistan yarımadasının cənub-şərq qutaracağına yaxın ərazidə yerləşir. Əmirliyin paytaxtı Əl-Füceyrə şəhəridir. Əl-Füceyrə əmirliyinin ərazisi 1166 km² təşkil edir. Əhalisinin sayı isə 2008-ci ilə olan məlumata görə 137 940 nəfərdir

Əl-Füceyrə əmirliyi
إمارة الفجيرة
Bayraq[d] Gerb
Bayraq[d] Gerb

25°07′59″ şm. e. 56°19′59″ ş. u.HGYO


Ölkə
  •  BƏƏ
İnzibati mərkəz Əl-Füceyrə (şəhər)
İcra başçısı Həməd bin Məhəmməd Əl Şərqi
Tarixi və coğrafiyası
Yaradılıb 1953
Sahəsi
  • 1.165 km²
Hündürlük
134 m
Saat qurşağı
  • UTC+04:00
Əhalisi
Əhalisi
  • 256.256 nəf. (2019)
Rəqəmsal identifikatorlar
ISO kodu AE-FU
Rəsmi sayt
Əl-Füceyrə əmirliyi xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Oman və BƏƏ
 Oman Əbu-Dabi əmirliyi (BƏƏ) Dubay əmirliyi (BƏƏ) Şarca (BƏƏ) Əcman (BƏƏ) Umm-Əl-Kayvayn (BƏƏ) Ras-Əl-Hayma (BƏƏ) Füceyrə (BƏƏ)

Mündəricat

Coğrafiyası

Birləşmiş Ərəb Əmirliklərinə daxil olan digər əmirloklərdən fərqli olaraq İran körfəzinə deyil Hind okeanının Oman körfəzinə çıxışı vardır. Sahəsi bütünlüklə Oman körfəzinin sahili boyunca uzanır. Əmirliyin sahil boyunca uzunluğu 90 kilomeyr təşkil edir. Əl-Füceyrənin böyük hissəsini dağlar əhatə edir. Dağlar hətta sahil xətti yaxınlığına qədər uzanır.

Əmirliyin tarixi

Əl-Füceyrə BƏƏ ərazisinə daxil olan ən gənc əmirlikdir. Əvvəllər Əl-Füceyrə Şarja əmirliyinin tərkib hissəsi olmuşdur. 1901-ci ildə Əl-Füceyrənin yerli şeyxi öz müstəqilliyini elan etmişdir. Ancaq ingilislər əmirliyin müstəqilliyini ancaq 1953-cü ildə tanımışdır. 1892–1971-ci illər ərzində əmirliyin ərazisi Omanın ərazisi olmuşdur. 2 dekabr 1971-ci ildən Birləşmiş Ərəb Əmirliyinin tərkibinə keçmişdir.

Rəhbərləri

Əmirlik qurulduğu ilk gündən onu şeyx titulu daşıyan şəxslər idarə etmişdir. 1971-ci ildə BƏƏ tərkibinə daxil olduqdan sonra dövlət başçıları əmir titulu daşıyır. Ölkənin dövlət başçıları:

1876–1936-ci illərdə. I Hamad ibn Abdullah;

1936–1974-ci illərdə. Məhəmməd ibn Hamad;

1974-ci ildən bu günə qədər. Hamad ibn Məhmməd əş-Şarki.

İqtisadiyyat

Əl-Füceyrə əmirliyi BƏƏ digər subyektlərindən fərqli olaraq heç bir zəngin təbii sərvətə malik deyildir. Burada neft belə yoxdur. Ancaq olduqca əlverişli mövqeyi sayəsində yaxşı və dinamik inkişaf edən dəniz limanı vardır. Əhalinin əsas gəlir mənbəyi kənd təsərrüfatı və balıqçılıqdır. Bu məhsulların ixracından gəlir əldə edir.

Turizm

Əmirliyin əsas fəxləri qumlu çimərliklər, əsrarəngiz gözəlliyə malik qayalı burunlar, çoxlu sayda mineral mənbələr və yaşıllıqlardır. Bu səbəbdən əmirliyin ərazisi turistləri özünə cəlb edir. Əmirlik ərazisində çoxlu sayda görməli yerlər vardır. Burada turistləri cəlb edən Şarca və Əl-Füceyrə şəhərləri arasında ənənəvi quş bazarı, iri xalça bazarı vardır. Bazarda iri xalçaları almaq mümkündür. Hətta kiçik emalatxanalarda müxtəlif suvinirlər və əşyalar hazırlanır. Burada bütün Birləşmiş Əmirlik ərazisində ən qədim məcidlərdən birii yerləşir. Məsçid kiçik ölçülərə malikdir. Əmirliyin şimalında balıqçı şəhərciyi olan Dibba yerləşir. Bura sualtı üzgüçülüyü sevənləri özlərinə cəlb edir. Əl-Füceyrə əmirinin keçmiş sarayı olan Əl-Xeyl qalası əmirliyin paytaxtından 8 km cənub-qərdə yerləşir. Əmirliyin ən şərq limanı Əl-Bitna şəhəridir (1735 il). Vadi-Daftada dağılmış liman, kiçik su tutarı və palmalıqlar vardır.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Əl-Füceyrə əmirliyi haqqında məlumat. Əl-Füceyrə əmirliyi nədir? Əl-Füceyrə əmirliyi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 25, 2026

    3 mart

  • Fevral 25, 2026

    Barbarlar

  • Fevral 23, 2026

    Söz

  • Fevral 10, 2026

    Amerika (qitə)

  • Fevral 24, 2026

    Zaur Baxşəliyev

Trend Mahnılar
  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst