Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Kazım Özalp (türk. Kâzım Özalp; dekabr 1880 – 6 iyun 1968, Ankara) — Türkiyə hərbi və siyasi xadimi.

Kazım Özalp

  • Ana Səhifə
  • Vikipediya
  • Kazım Özalp

Kazım Özalp (türk. Kâzım Özalp; dekabr 1880 – 6 iyun 1968, Ankara) — Türkiyə hərbi və siyasi xadimi.

Kazım Özalp
türk. Kâzım Özalp
Türkiyə Böyük Millət Məclisi sədri
26 noyabr 1924 – 1 mart 1935
ƏvvəlkiFəthi Okyar
SonrakıƏbdülxaliq Renda
Milli Müdafiə naziri
10 yanvar 1922 – 22 noyabr 1924
Əvvəlki-
SonrakıFəthi Okyar
1 mart 1935 – 18 yanvar 1939
ƏvvəlkiZəkayi Apaydın
SonrakıNaci Tınaz
Şəxsi məlumatlar
Doğum tarixi dekabr 1880(1880-12)
Vəfat tarixi 6 iyun 1968(1968-06-06) (87 yaşında)
Vəfat yeri
  • Ankara, Ankara ili, Türkiyə
Dəfn yeri
  • Türkiyə Dövlət məzarlığı
Partiya
  • Cümhuriyyət Xalq Partiyası
Təhsili
  • Osmanlı Hərbi Məktəbi[d],
  • Monastır Hərbi Ali Məktəbi[d]
Fəaliyyəti siyasətçi
Atası İsmayıl Nazmi bəy
Hərbi xidmət
Döyüşlər
  • Birinci Dünya müharibəsi,
  • Balkan müharibələri,
  • Türkiyə İstiqlaliyyət müharibəsi,
  • Sakarya zəfəri
Təltifləri "Məcidiyyə" ordeni Leopold ordeni "İmtiyaz" medalı "Ləyaqət" medalı (Osmanlı imperiyası) "Hərb" medalı
Dəmir xaç
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bioqrafiyası

Osmanlı İmperiyasının Kosovo vilayətində, alban ailəsində doğulan Kazım Özalp təhsilini 1902-ci ildə Osmanlı Hərbi Məktəbində, 1905-ci ildə isə Ali Hərbi Məktəbdə başa vurub. 31 Mart hadisələrində fəal iştirak edən Kazım Özalp, Balkan müharibələrində Osmanlı qoşunlarının sərkərdəsi kimi xidmət göstərib. Birinci Dünya müharibəsi zamanı polkovnik rütbəsinə yüksələn sərkərdə, İzmirin yunan qüvvələri tərəfindən işğalına qarşı müqavimət hərəkatının təşkilatçılarından biri olub. İstiqlal savaşında müxtəlif cəbhələrdə döyüşən Kazım Özalp, Sakarya döyüşündəki uğurlarına görə 1921-ci ildə general rütbəsinə layiq görülüb. Şeyx Səid üsyanının yatırılmasından sonra Şərq İslahatı Hesabatının hazırlanmasında iştirak etmiş, Türkiyənin şərq vilayətlərində Baş Müfəttişliklərin yaradılmasını və bölgədəki kürd elitasının zərərsizləşdirilməsini təklif etmişdir.

Yeni qurulmuş Respublikanın ilk parlamentində Balıkəsir vilayətindən millət vəkili olan Kazım Özalp 1921-1925-ci illərdə, daha sonra 1935-1939-cu illərdə müxtəlif kabinələrdə Müdafiə naziri vəzifəsini icra edib. 1924-1935-ci illər ərzində Türkiyə Böyük Millət Məclisinin sədri seçilib. 1950-ci ildə Van vilayətindən millət vəkili mandatını qazanıb. 1954-cü ildə siyasi fəaliyyətini dayandırıb. Bektaşi mərkəzlərinin (təkkələrin) bağlanması qərarına qarşı çıxdığı üçün bektaşi olduğu barədə şayiələr dolaşıb.

Kazım Özalp xatirələrini "Milli Mücadilə" adlı kitabında qələmə alıb. 1968-ci il iyunun 6-da Ankarada vəfat edib. Nəşi Dövlət Məzarlığına köçürülüb.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Kazım Özalp haqqında məlumat. Kazım Özalp nədir? Kazım Özalp nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 25, 2026

    Tibb

  • Fevral 27, 2026

    Şengen razılaşması

  • Mart 01, 2026

    Məhəmməd Pakpur

  • Fevral 27, 2026

    Kəvər rayonu

  • Mart 01, 2026

    FM-radio

Trend Mahnılar
  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst