Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Tulyaremiyanın lat. Francisella tularensis törədici mikrobu lat. Francisella növünə, lat. Brucellaceae ailəsinə mənsubdur. Mikrob hərəkətsizdir, kokkabənzərdir,

Tulyaremiya bakteriyası

  • Ana Səhifə
  • Vikipediya
  • Tulyaremiya bakteriyası

Tulyaremiyanın lat. Francisella tularensis törədici mikrobu lat. Francisella növünə, lat. Brucellaceae ailəsinə mənsubdur. Mikrob hərəkətsizdir, kokkabənzərdir, ölçüləri 0,1–0,5 mkm-dir. Spor əmələ gətirmir. Kapsulu vardır. Qrammənfidir. Karbol fuksini ilə və Romanovski-Gimza üsulu ilə boyanır. Qida mühitlərində kulturadan alınmış tulyaremiya bakteriyalarının çöpşəkilli formaları biopolyar boyana bilir. Toxumalarda rənglənmə zamanı bipolyar boyanma nəzərə çarpmır, bu da lat. Francisella tularensisi taun törədici mikrobdan fərqləndirir. Tulyaremiya bakteriyaları aerobdur, adi qidalı mühitlərdə inkişaf etmir, sistemin, qlükoza və defibrinləşmiş dovşan qanından ibarət olan ətli pepton aqarında becərilir. İçərisində yumurta sarısı olan duru mühitdə daha yaxşı inkişaf edir. son vaxtlar törədici mikrobu yetişdirmək üçün toyuq embrionundan istifadə olunur. Optimum inkişaf 37 °C, mühitin pH-ı 6,7–7,4 — dür.

Tulyaremiya bakteriyası
Elmi təsnifat
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır.
???:
Tulyaremiya bakteriyası
Beynəlxalq elmi adı
  • Francisella tularensis
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  958578
NCBI  263
EOL  6976120

Tulyaremiya bakteriyalarının tərkibində iki antigen kompleksi: qılaflı (VI) və somatik (0) antigen kompleksi vardır. Törədici mikrobun virulentliyi və immunogen xassəli qılaflı antigen kompleksi ilə əlaqədardır. Tulyaremiya mikrobları xarici mühitdə 4 °C temperaturda suda və nəm torpaqda 4 aydan daha çox, tulyaremiyadan ölən donmuş heyvan cəsədlərində isə 6 ay müddətində bioloji xüsusiyyətlərini itirmir.

Taxılda və samanda 20–30 °C temperaturda tulyaremiya mikrobları 20 günə yaxın yaşayır. Dizenfeksiyaedici dərman məhlullarının işçi konsentrasiyalarında (1–3%-li lizol məhlulu, 1:1000 nisbətli sulema, 1%-li sabun-krezol emulsiyası) lat. Francisella tularensis 2–5 dəq. sonra həyat fəaliyyətini itirir. Xlorlaşdırılmış su, qaynatma, bilavasitə günəş şüaları onlara ıldürücü təsir göstərir. Laboratoriya heyvanlarından tulyaremiyaya yüksək dərəcədə həssas olanları ağ siçanlar və dəniz donuzlarıdır. Onlar dərialtına inyeksiya ilə yoluxdurulduqda 4–14 gün sonra sepsisdən ölürlər. Tulyaremiya mikrobunun iki coörafi irqi açkar edilmişdir: amerikan və qeyri-arktik (lat. F. tularensis neracitica) və ya Avro-Aciya, yaxud qolarktik (lat. F. tularensis nolaractica). Mikrobun qeyri arktik irqinin ştammları qolarktik ştammlardan fərqli olaraq laboratoriya heyvanları, insan üçün yüksək patogenliyi və qliserini qıcqırtmaq qabiliyyəti ilə xarakterizə olunur.

Sinonimi:
  • Bacterium tularense McCoy and Chapin 1912
  • Pasteurella tularensis (McCoy and Chapin 1912) Bergey et al. 1923
  • Brucella tularensis (McCoy and Chapin 1912) Topley and Wilson 1929
  • Francisella tularense (McCoy and Chapin 1912) Dorofe'ev 1947

Həmçinin bax

  • Tulyaremiya
 Biologiya ilə əlaqədar olan bu məqalə qaralamadır. Məqalə məzmununu zənginləşdirərək Vikipediyaya kömək edin. Etdiyiniz redaktələri mənbə və istinadlarla əsaslandırmağı unutmayın.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Tulyaremiya bakteriyası haqqında məlumat. Tulyaremiya bakteriyası nədir? Tulyaremiya bakteriyası nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Microsoft Excel

  • Mart 01, 2026

    Nağdsız cəmiyyət

  • Mart 01, 2026

    I Argişti

  • Fevral 27, 2026

    Benzin

  • Fevral 27, 2026

    Lyaodun yarımadası

Trend Mahnılar
  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst