Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Veratrum album (=Veratrum lobelianum Bernh.) – Ağ asırqal (Çoxsalxımlı dioskoreya, şamdanabənzər, dioskoreya)

Ağ asırqal

  • Ana Səhifə
  • Vikipediya
  • Ağ asırqal

Ağ asırqal (lat. Veratrum album) — melantkimilər fəsiləsinin asırqal cinsinə aid bitki növü.

Ağ asırqal
Elmi təsnifat
Domen:
Eukariotlar
Klad:
Diaphoretickes
Ranqsız:
Arxeplastidlər
Aləm:
Bitkilər
Klad:
Streptofitlər
Klad:
Ali bitkilər
Klad:
Çoxsporlu bitkilər
Klad:
Borulu bitkilər
Klad:
Toxumlu bitkilər
Klad:
Çiçəkli bitkilər
Klad:
Birləpəlilər
Dəstə:
Zanbaqçiçəklilər
Fəsilə:
Melantkimilər
Triba:
Melanthieae
Cins:
Asırqal
???:
Ağ asırqal
Beynəlxalq elmi adı
  • Veratrum album L., 1753
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  42758
NCBI  50243
EOL  1083440

Veratrum album (=Veratrum lobelianum Bernh.) – Ağ asırqal (Çoxsalxımlı dioskoreya, şamdanabənzər, dioskoreya)

Mündəricat

Botaniki xarakteristikası:

Çoxillik ot bitkisidir. Kökümsovu qalın, şaquli və çoxsaylı uzun köklərdən ibarətdir. Gövdəsi qalın, uzunluğu 70-170 sm-ə bərabərdir. Yarpaqları növbəli, iri, qalın, ellipsvari, bütövkənarlı olub, uzun boruşıkillidir. Yarpaqlarında büzməli lövhəciklər yerləşir. Zirvədəki süpürgə çiçəklərinin uzunluğu 20-60 sm-dir. Çiçəkləri görkəmsiz, yaşıl, sadə, 6 bölümlü və geniş kasa yarpağına malikdir. Meyvələri 3 yuvalı qutucuqdan və çoxsaylı toxumlardan ibarətdir. Bu bitki olduqca zəhərlidir(!). İyun-avqusta çiçəkləyir, avqust-sentyabrda meyvələri yetişir. Tərkibində veratrin alkaloidi olduğundan olduqca zəhərlidir.

Avrasiya növüdür. Rusiyanın Avropa hissəsinin meşə və meşə-çöl ərazilərində, cənubi Qazaxıstanda, şimal-şərqi Qırğızıstanda və Orta Asiya, Qərbi Sibir, cənub-şərqi Sibir və Baykal ətrafı ərazilərdə çox geniş yayılmışdır.

Meşə zonalarında, meşə və subasar çəmənliklərdə, iynəyarpaqlı və qarışıq meşələrdə, tozağacı, meşə-bozqır və çay kənarlarında yayılmışdır.

Xammal olaraq kökümsov və kökləri erkən yaz və payızda yığılmalı və tez bir zamanda qurudulmalıdır. Unutmaq olmaz ki, zəhərli olduğundan tənəffüs yollarının selikli qişasını güclü qıcıqlandıra bilər(!). Qurudulma təbii şəraitdə, daimi havalı yerlərdə və ya quruducu şkafda 60°С-də aparılmalıdır.

Quru yerdə saxlanılır. B siyahısına daxildir. Saxlanılma müddəti 4 ildir. Xammalı həm bütöv və həm də doğranmış kökümsov və kökləri ola bilir. İysiz olub, dadı təyin edilməmişdir(!).

Tərkibi və təsiri: 

Bitkinin bütün orqanlarında steroid alkaloidlər və qlikoalkaloidlər vardır. Yeraltı orqanlarında ifrazat alkaloidi, qlikoalkaloid və psevdoiervin alkaloidlərindən ibarətdir. Bu alkaloidlər köklərdə 2,4%, kökümsovlarda 1,3%, otunda isə 0,55%-dir. Otun tərkibindəki alkaloidlər yayda birdən - birə aşağı düşür, yazda isə miqdarı artır.

Famakoterapevtik qrup – Antipedikulyoz dərmandır.

Yabanı çoxillik asırqalın yaz və payızda toplanan kökümsov və kökləri xammal kimi keyfiyyətli dərman bitkisidir.

Asırqalın 70% etil spirtində 1:10 nisbətində cövhəri və 1:10 nisbətində sulu məhlulu antipedikulyoz dərmandır.

Kökümsov və köklərindən məhlul alınır ki, bu baytarlıq praktikasında parazit əleyhinə dərmanlar hazırlanır. Yüksək toksikidir(!).

Təbii yayılması

Botaniki təsviri

Ekologiyası

Azərbaycanda yayılması

İstifadəsi

Ədəbiyyat

"Zəhər" hekayəsində Mirqasım kişinin atı göy ürgə asırqal bitkisini yeyib ölür. Bu bitkini yedikdən sonra zəhərlənmə əlmətləri özünü bəlli etmişdir(ağızdan köpük gəlmə, büdrəmə və s.)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Ağ asırqal haqqında məlumat. Ağ asırqal nədir? Ağ asırqal nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Musa Mirzəyev

  • Fevral 23, 2026

    Roman dilləri

  • Fevral 26, 2026

    Ali Zakir

  • Fevral 25, 2026

    Dialektika

  • Mart 01, 2026

    Arısu

Trend Mahnılar
  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst