Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Ali Zakir (6 noyabr 1944, Çittaqonq, Britaniya Hindistanı – 27 noyabr 2020, Dəkkə) — Banqladeş aktyoru, biznesmeni,rejissoru və yazıçısı. Asiatic Marketing Comm

Ali Zakir

  • Ana Səhifə
  • Vikipediya
  • Ali Zakir

Ali Zakir (6 noyabr 1944, Çittaqonq, Britaniya Hindistanı – 27 noyabr 2020, Dəkkə) — Banqladeş aktyoru, biznesmeni,rejissoru və yazıçısı. Asiatic Marketing Communications Limited şirkətinin sahibi idi.

Ali Zakir
Aly Zaker
Doğum tarixi 6 noyabr 1944
Doğum yeri Çattoqram, Britaniya Hindistanı
Vəfat tarixi 27 noyabr 2020 (76 yaşında)
Vəfat yeri Dəkkə, Banqladeş
Vəfat səbəbi COVID-19
Milliyyəti banqladeşli
Vətəndaşlığı Britaniya Hindistanı (1944-1947)
Pakistan (1947-1971)
Banqladeş (1971-2020)
Həyat yoldaşı Sara Zakir
Uşaqları İreş Zakir
Şriya Sharbojoya
Atası Məhəmməd Tahir
Anası Raziyə Tahir
Fəaliyyəti aktyor
biznesmen
yazıçı
rejissor
Təhsili Dəkkə Universiteti
Mükafatları Ekuşi Padak Mükafatı (1999)
IMDb ID2640030
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Zakir, 1971-ci ildə Banqladeş istiqlal müharibəsində azadlıq döyüşçüsü kimi xidmət etmişdi.

Mündəricat

Həyatı

Ali Zakir 6 noyabr 1944-cü ildə Banqladeşin Çattoqram şəhərində anadan olmuşdur. Uşaqlığı Kuştiya şəhərində keçib. Dörduşaqlı ailənin üçüncü övladı idi. Atası Məhəmməd Tahir yüksək rütbəli məmur idi. O, müxtəlif-müxtəlif şəhərlərdə işə düzəldiyindən Zakir də həmin şəhərlərdə olurdu. Madaripura köçən və burada bir az qalan Zakir sonra Xulna şəhərinə köçdü. Axırda isə paytaxt olan Dəkkə şəhərinə köçdü.

İctimai fəal və təşəbbüskar olan Sara Zakir ilə ailə quran Ali Zakirin bu evlilikdən iki övladı - İreş Zakir və Şriya Sarbojoya adlı övladı var idi. Həmin övladlar Asiatic Marketing Communications Limited şirkətində xüsusi vəzifəyə sahibdirlər. İcraçı direktor və marka rabitə meneceri olaraq çalışırlar. Həyat yoldaşı da şirkətin idarəedici direktorunun müavinidir.

Zakir karyerasını on illərlə aktyorluqla davam etdirmişdi. 1970-ci illər həyat yoldaşı ilə birlikdə Zakir məşhur aktyor və siyasətçi Əsəduzzaman Nurla birlikdə Naqorik teatr truppasının qurucu üzvü idi.

2018-ci ildə o, Bertolt Brextin "Qalileyin həyatı" əsərinin səhnələşdirilməsində Qalileo Qaliley rolunu oynamışdı.

Zakir həmçinin, Banqladeşdə bir reklam agentliyi olan Asiatic Marketing Communications Limited şirkətinin sahibi idi. Bu şirkətə MEC (media agentliyi), Maxus, Asiya Mindshare, ForthoughtPR, Dhoni Chitra Ltd, 20 Miles, Nayantara Communications, Asiya Hadisələr Ltd, Moitree Printers Ltd MRC-Mode Ltd. kimi şirkətlər də daxil idi.

Ölümü

Uzun müddət COVID-19 pandemiyası ilə mübarizə aparan Zakir 27 noyabr 2020-ci ildə səhər saat 6:45-də Dəkkə şəhərinin Birləşmiş Xəstəxanasında vəfat etdi.

Filmoqrafiya

Filmlər

  1. Növbəti (film, 1984)
  2. Modhumoti adlandırılan göl (film, 1996)

Televiziya dramları

  1. Bohubri (serial, 1988)
  2. Bugünki bazar (serial, 1999)

Mükafatları

Ekuşi Padak Mükafatı (1999)

Səlim Əl-Din Padak Mükafatı (2017)

Şahid Əltəf Mahmud Padak Mükafatı (2017)

Meril Protom Alo Mükafatı (2018)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Ali Zakir haqqında məlumat. Ali Zakir nədir? Ali Zakir nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Horus adı

  • Fevral 27, 2026

    Birinci Quzanlı

  • Fevral 27, 2026

    Kazan

  • Fevral 27, 2026

    Ceyms Braun

  • Fevral 27, 2026

    Tim Börton

Trend Mahnılar
  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst