Diniyev Şahin Xudakərim oğlu (12 iyul 1966, Jdanov) — Azərbaycanın futbol məşqçisi, keçmiş futbolçu.
| Şahin Diniyev | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| Ümumi məlumatlar | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| Tam adı | Şahin Xudakərim oğlu Diniyev | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| Ləqəbi | Dina | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| Doğum tarixi | 12 iyul 1966 (59 yaş) | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| Doğum yeri |
| ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| Vətəndaşlığı | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| Boyu | 169 sm | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| Çəkisi | 65 kq | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| Mövqeyi | yarımmüdafiəçi | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| Klub haqqında məlumat | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| Klub | klubsuz | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| Karyerası | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Həyatı
Şahin Diniyev 12 iyul 1966-cı ildə Beyləqan rayonunda 10 uşaqlı ailədə anadan olub. Əslən Yardımlıdandır. O, 17 yaşında Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına qəbul olub.
Övladları Kərim Diniyev və Coşqun Diniyev futbolçu, qardaşı oğlu Ramil Diniyev isə keçmiş baş hakimdir.
Karyerası
Azərbaycan yığmasının sabiq yarımmüdafiəçisi baş məşqçi karyerasına 2001-ci ildə Rusiya Terekində başlayıb. Sonradan o, Ağdamın Qarabağ, Gəncənin Kəpəz klublarının, eləcə də Azərbaycan millisinin sükanı arxasına keçib. 2005–2007-ci illərdə Azərbaycan milli futbol komandasının baş məşqçisi olub. 2009-cu ildə Şahin Diniyev ikinci dəfə Rusiyanın Terek klubunun baş məşqçisi təyin olunub. Həmyerlimiz bu postda Vyaçeslav Qroznını əvəzləyib. 2013-cü ildə Rəvan Bakı klubunun baş məşqçisi postuna təyin olunub. Diniyev 2015/16 mövsümünün sonuna qədər Rəvanın baş məşqçisi olmalı idi. Amma 2014-cü ilin əvvəlində istefaya göndərilib.
2022-ci ilin dekabrında Diniyev Azərbaycan Premyer Liqasında çıxış edən "Səbail" klubunun baş məşqçisi təyin edilib. 3 noyabr 2024-cü ildə o, klubdakı vəzifəsindən istefa etdiyini açıqlayıb.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Şahin Diniyev haqqında məlumat. Şahin Diniyev nədir? Şahin Diniyev nə deməkdir?
