Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Volframit — Gübnerit (MnWO4) — ferberit (Fe WO4) izomorf sırasının minerallarıdır; volframit gübneritlə ferberit arasında tərkibcə orta mövqe tutan mineral növü

Volframit

  • Ana Səhifə
  • Vikipediya
  • Volframit

Volframit — Gübnerit (MnWO4) — ferberit (Fe WO4) izomorf sırasının minerallarıdır; volframit gübneritlə ferberit arasında tərkibcə orta mövqe tutan mineral növüdür. Monoklinik sinqoniya. Rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən.                  

Volframit
Ümumi məlumatlar
Kateqoriya Mineral
Xüsusiyyətləri
Kristalloqrafik sinqoniya monoklinik sinqoniya[d]
Zolaq rəngi Qəhvəyi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Xassələri

Rəng – volframitin – qonuru-qara, gübneritin – sarımtıl - və qırmızımtıl-qəhvəyi, qəhvəyi-qara; Mineralın cizgisinin rəngi – volframitin – qəhvəyi-qara, gübneritin – qırmızımtıl-qəhvəyi, sarımtıl-qonur; Parıltı – yağlı, qatranı, ayrılma müstəvilərində – şüşə parıltısındın yarımmetal və metal parıltısınadək; Şəffaflıq – volframit qeyri-şəffaf, gübnerit yarımşəffaf, şəffaf; Sıxlıq – volframitin – 7,14-7,54, gübneritin– 7,14-7,25; Sərtlik – volframitin 4,0-4,5, gübneritin –  5,0-5,5; Kövrəkdir; Ayrılma – {010} üzrə mükəmməl; Bölünmə – bəzən {100} və {102} üzrə; Sınıqlar – qeyri-hamar; Morfologiya – kristallar: prizmatik, iynəvari, qalın- və nazik lövhəvari; İkiləşmə: sadə, nisbətən az polisintetik; {100}, bəzən {001} üzrə; Mineral aqreqatları: dənəvər bütöv, lövhə formalı, vərəq - və pulcuqvari, radial-şüalı kütlələr, püruzlar, şeyelit üzrə psevdomorfozalar.

Mənşəyi və yayılması

Qranitoidlərlə əlaqədar olan yüksək temperaturlu hidrotermal damarlar üçün səciyyəvidir. Tez-tez qreyzenlərdə qeyd edilir. Hərdənbir az miqdarda qranit peqmatitlərində, skarnlarda, alp tipli damarlarda, bəzən aşağıtemperaturlu hidrotermal yataqlarda rast gəlir. Çox vaxt səpintilərdə toplanaraq, bəzən iri yataqlar əmələ gətirir. Birlikdə rast gəldiyi minerallar: kassiterit, şeyelit, sinnvaldit, topaz, beril, turmalin, flüorit, kvars, molibdenit, arsenopirit, pirit və b. Mineralın tapıldığı yerlər: Ta-yu, Kit-an, Pan-Yan (Çin); Sanq-Don (Koreya yarımadası); Akenobe (Yaponiya); Zabaykalyedə Nerçin r-nu, Uzaq Şərq (Rusiya); Qazaxıstan; Altenberq, Pextelqrün (Almaniya); Cənubi Dakota, Kolorado, Nevada ştatları (ABŞ) və b. Azərbaycanda Kilit mis-molibden və volfram filizi təzahüründə (Naxçıvan MR) və Dəlidağ qranitoid massivində (Kiçik Qafqaz) qeyd edilir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Volframit haqqında məlumat. Volframit nədir? Volframit nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Parabola

  • Mart 01, 2026

    Qobustan həbsxanası

  • Fevral 27, 2026

    Qanlıgöl (Tərtər)

  • Fevral 10, 2026

    Qara dəniz

  • Fevral 23, 2026

    And dağları

Trend Mahnılar
  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst