Ağamir Əzizxan oğlu Sultanov — Azərbaycan Silahlı Qüvvələrinin general-leytenantı, Raket və Artilleriya Qoşunlarının komandanı. Vətən müharibəsinin komandanlarından biri.
| Ağamir Sultanov | |
|---|---|
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | |
| Doğum yeri | Ağsu |
| Vətəndaşlığı | |
| Hərbi fəaliyyəti | |
| Mənsubiyyəti | |
| Qoşun növü | Azərbaycan Ordusunun Raket və Artilleriya Qoşunları |
| Xidmət illəri | 1992— |
| Rütbəsi | General-leytenant |
| Döyüşlər | Birinci Qarabağ müharibəsi, Aprel döyüşləri Vətən müharibəsi, Antiterror əməliyyatı |
| Təltifləri | |
Hərbi xidməti
Leytenant Ağamir Sultanov Azərbaycan Prezidenti Heydər Əliyevin 20 iyun 1994-cü il tarixli 158 nömrəli Sərəncamına əsasən "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilmişdir.
Polkovnik-leytenant Ağamir Sultanov Azərbaycan Prezidenti İlham Əliyevin 25 iyun 2013-cü il tarixli 2974 nömrəli Sərəncamına əsasən "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.
Polkovnik-leytenant Ağamir Sultanov Azərbaycan Prezidenti İlham Əliyevin 20 aprel 2016-cı il tarixli 1967 nömrəli Sərəncamına əsasən "İgidliyə görə" medalı ilə təltif edilmişdir.
Polkovnik Ağamir Sultanova Azərbaycan Prezidenti İlham Əliyevin 7 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "general-mayor" ali hərbi rütbəsi verilmişdir.
Cəbrayıl rayonunun işğaldan azad olunması uğrunda aparılmış döyüş əməliyyatlarında şücaət göstərmiş, Azərbaycan Silahlı Qüvvələrinin qərarına əsasən Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə təltif edilib.
Azərbaycan Prezidenti İlham Əliyevin 7 noyabr 2025-ci il tarixli sərəncamı ilə Ağamir Sultanova general-leytenant ali hərbi rütbəsinin verilib .
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Ağamir Sultanov haqqında məlumat. Ağamir Sultanov nədir? Ağamir Sultanov nə deməkdir?