Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Erix Zeliqmann Fromm (alm. Erich Seligmann Fromm‎; 23 mart 1900[…], Frankfurt-Mayn, Prussiya – 18 mart 1980[…]) — alman sosioloq, filosof, sosial psixoloq, psix

Erix Fromm

  • Ana Səhifə
  • Vikipediya
  • Erix Fromm

Erix Zeliqmann Fromm (alm. Erich Seligmann Fromm‎; 23 mart 1900[…], Frankfurt-Mayn, Prussiya – 18 mart 1980[…]) — alman sosioloq, filosof, sosial psixoloq, psixoanalitik, Frankfurt məktəbinin nümayəndəsi, neofreydizmin və freydomarksizmin yaradıcılarından biri.

Erix Fromm
alm. Erich Fromm‎
Doğum adı Erich Seligmann Fromm
Doğum tarixi 23 mart 1900(1900-03-23)[…]
Doğum yeri
  • Frankfurt-Mayn, Prussiya, Almaniya imperiyası
Vəfat tarixi 18 mart 1980(1980-03-18)[…] (79 yaşında)
Elm sahələri fəlsəfə, Sosial psixologiya, psixoanaliz, Sosial fəlsəfə, etika, Din fəlsəfəsi, sosiologiya, psixologiya
Elmi dərəcəsi
  • fəlsəfə doktoru (1922)
İş yerləri
  • Meksika Milli Muxtar Universiteti[d] (1949–1973),
  • Kolumbiya Universiteti,
  • Miçiqan Universiteti,
  • Nyu-York Universiteti (1962–1974)
Təhsili
  • İohann Volfqanq Göte adına Frankfurt Universiteti,
  • Heydelberq Universiteti (–1922),
  • Nyu-York Universiteti
Mükafatları +
fromm-online.org
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Erix Fromm Heydelberq və Münhen universitetlərində təhsil almışdır. 1922-ci ildə Heydelberq Universitetində doktoranturanı bitirmişdir. Münhendə psixoloq kimi tədqiqatlar apardıqdan sonra Berlin Psixoanaliz İnstitutunda təhsilini davam etdirmiş və 1931-ci ildə buradan məzun olmuşdur. XX əsrin 30-cu illərinin əvvəllərində Almaniyada nasist hərəkatı gücləndiyinə görə İsveçrənin Cenevrə şəhərinə köçmüşdür. 1933-cü ildə Çikaqo İnstitutunun dəvəti ilə ABŞ-yə getmişdir. 1934-cü ildə, 1938-ci ilə qədər heyətində bir mütəxəssis olaraq vəzifə aldığı Frankfurt İctimai Araşdırma İnstitutu ilə birlikdə Nyu-Yorka köçür. Şəxsi çalışmalarını davam etdirərək, Columbia Universitetində təhsil işçisi olaraq çalışıb.

1946-cı ildə Vilyam Alonso White Ruh Həkimliyi, Ruh Təhlil və Ruh Elm İnstitutunun qurucuları arasında iştirak edir. Yel Universiteti, Nyu York Universiteti Bennington Kolleci, Miçiqan Əyalət Universitetində təhsil işçisi olaraq çalışır.

1949-cu ildə Meksika Milli Muxtar Universitetindən gələn bir professorluq təklifini qəbul edir və tibb fakültəsi magistr bölümündə ruh təhlil etmə şöbəsini qurur, 1965-ci ildə təqaüdçü olana qədər orada çalışır.

Təqaüdçülük illərini keçirdiyi 1980-ci ildə İsveçrədə vəfat edib.

Marksist və sosialist, humanist dünyagörüşünü mənimsəyən Fromm, qərb kapitalizmi və SSRİ kommunizmini rədd edirdi.

Erix Frommun çalışmaları bir çox dilə tərcümə edilib.

Əsərləri

  • Azadlıqdan qaçış (1941)
  • Özünü müdafiə edən İnsan / Əxlaq Fəlsəfəsinin Psixologiyasına dair Bir Tədqiqat (1947)
  • Psixoanaliz və Din (Fromm) (1950)
  • Unudulmuş Dil (1951)
  • Sağlam Cəmiyyət (1955)
  • Sevmək Sənəti (1956)
  • Ziqmund Freydin Şəxsiyyəti və Təsirləri (1959)
  • Qoyun İnsan qazansın: Bir Sosialist Manifest və Proqram 1960
  • [Zen Buddizm və Ruh Təhlil etmə — D. T. Suzuki və Riçard de Martino ilə birlikdə (1960)
  • Marksın İnsan Konsepsiyası (1961)
  • Yeni Bir İnsan Yeni Bir Cəmiyyət (Yanılsama zəncirlərinin Kənarında) Marx və Freud 'un Kıyaslanması (1962)
  • Sevginin və Şiddətin Mənbəyi (1964)
  • Tanrılar Kimi olacaqsınız (1966)
  • Ümid İnqilabı (1968)
  • Meksika kəndində İctimai Xarakter — Maykl Maccoby ilə birlikdə (1970)
  • Ruh Tədqiqnin Böhranı: Freydin sınaqları, Marks və İctimai Ruh Elm (1970)
  • İnsandakı mənşəyi (1973)
  • Sahib Olmaq Mı, Olmaq Mı? (1976)
  • Ərdəm və Xoşbəxtlik

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Erix Fromm haqqında məlumat. Erix Fromm nədir? Erix Fromm nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 25, 2026

    Karl Qauss

  • Fevral 23, 2026

    Tüdorlar

  • Fevral 24, 2026

    Mozambik

  • Fevral 24, 2026

    Zabit

  • Fevral 25, 2026

    Cökətəy Ayağı

Trend Mahnılar
  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst