Karl Abraham (alm. Karl Abraham; 3 may 1877[…], Bremen – 25 dekabr 1925[…], Berlin) — Almaniya psixoanalitiki. O, libidonun pregenital mərhələsinə, psixozun təhlilinə dair əsərlərin müəllifi obyekt münasibətləri nəzəriyyəsinin inkişafının əsasını qoymuşdur.
| Karl Abraham | |
|---|---|
| alm. Karl Abraham | |
| |
| Doğum tarixi | 3 may 1877[…] |
| Doğum yeri |
|
| Vəfat tarixi | 25 dekabr 1925[…] (48 yaşında) |
| Vəfat yeri |
|
| Elm sahəsi | psixoanaliz |
| Elmi dərəcəsi |
|
| Təhsili |
|
O, Eygen Bleylerin rəhbərliyi altında Sürixdəki Burqholtsli klinikasında (1904–1907) işləmiş, burada Karl Qustav Yunqun ideyalarına yaxınlaşmışdır. Abraham sonra Berlində özəl praktikant kimi çalışmışdır. 1907-ci ildə Ziqmund Freydlə tanış olmuşdur. Abraham bütün həyatı boyu Freydin ideyalarına yaxın qalmış, zamanla Yunqdan uzaqlaşmışdır. O, 1910-cu ildə Psixoanalitik Cəmiyyətin Vyanadan kənarda ilk şöbəsini – Berlin Psixoanalitik Assosiasiyasını təşkil etmiş və 1924-cü ildə onun prezidenti olmuşdur. Bu təşkilat əsasında bir klinika yaradılmışdır. Bunun sayəsində Berlin psixoanalitiklərin hazırlanması üçün mühüm mərkəzə çevrilmişdir.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Karl Abraham haqqında məlumat. Karl Abraham nədir? Karl Abraham nə deməkdir?
