Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Eminönü — Türkiyənin İstanbul ilinin keçmiş distrikti. Ərazi hal-hazırda İstanbulun və İstanbul ilinin paytaxtı olan Fateh ilçəsinin kvartalıdır. Eminönü təxmin

Eminönü

  • Ana Səhifə
  • Vikipediya
  • Eminönü

Eminönü — Türkiyənin İstanbul ilinin keçmiş distrikti. Ərazi hal-hazırda İstanbulun və İstanbul ilinin paytaxtı olan Fateh ilçəsinin kvartalıdır. Eminönü təxminən qədim Bizantion şəhərinin qurulduğu ərazini əhatə edir. Qalata körpüsü, Haliçdən keçərək şimalda Karaköyü (tarixi Qalata ) cənubda Eminönü ilə birləşdirir. Eminönü Haliçin Mərmərə dənizinin yaxınlığında Bosfor boğazının cənub girişi ilə birləşdiyi nöqtədə yerləşir. Səmt 1928-ci ilə qədər Fateh ilçəsinin bir hissəsi idi və Roma şəhər divarları daxilindəki bütün yarımadanı əhatə edirdi. Eminönü daha sonra ilçə statusu alsa da, əhalisi aşağı olduğundan 2009-cu ildə yenidən Fateh ilçəsinə qatılmışdır.

Səmt
Eminönü
41°01′02″ şm. e. 28°58′16″ ş. u.HGYO
Ölkə
  •  Türkiyə
Region Mərmərə regionu
İlçə Fateh
İl İstanbul
İl İstanbul
Tarixi və coğrafiyası
Saat qurşağı UTC+03:00
Rəqəmsal identifikatorlar
Telefon kodu (+90) 212
Nəqliyyat kodu 34
Xəritəni göstər/gizlə
Eminönü xəritədə
Eminönü
Eminönü
Eminönü xəritədə
Eminönü
Eminönü
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Tarix

Haliç Eminönü/Sirkeci sahilində yerləşən təbii liman idi. Bizantion şəhəri buradan başalayaraq böyümüşdür. Bu dövrdə mövcud olmuş ən qədim məhəllələr Haliç boyunca yerləşən liman bölgələri idi. Bizans limanı 12-ci əsrdə Venesiya, Amalfi, Genuya və Pizadan olan tacirlər tərəfindən işğal edildi.

Haliç Osmanlı dövründə hələ də idxalatçılar, anbarçılar, dənizçilər və tacirlər tərəfindən istifadə edilən inkişaf etmiş liman idi.

Məhəllənin adı olan Eminönü, səmtin tarixdəki yerini əks etdirir. Emin türk dilində "ədalət', önü isə "qarşısında" deməkdir.

Sənaye dövrü ilə səmtin təbiəti dəyişdi: Haliç üzərində Qalata körpüsü inşa edildi, əvvəl paraxodlar, sonra elektrik, daha sonra isə dəmir yolu ortaya çıxdı.

Eminönü 1928-ci ilə qədər Fateh ilçəsinin bir hissəsi idi. Səmt daha sonra 2009-cu ilə qədər müstəqillik əldə etsə də, həmin ildə yenidən Fatehə daxil edildi.

Türkiyə Cümhuriyyətinin ilk günlərində Eminönü geniş şəkildə təmir edildi: Yeni məscidin qarşısında böyük meydan açıldı, Misir bazarı bərpa edildi, Haliç sahilindəki balıq bazarı təmizləndi və Unkapanında yeni körpüyə qədər yol açıldı.

Eminönü bu gün

Hökumət Ankaraya köçmüş və İstanbul genişlənərək başqa səmtlərində iş mərkəzlərinin nəhəng parlaq binalarda yerləşdiyi böyük bir şəhər halına gəlmiş olsa da, Eminönü hələ də aktiv və səs-küylü yer olaraq qalır. Ərazi gündüz saatlarında tacirlər, müştərilər və çoxsaylı turistlə dolu olur.

Səmt gecələr sakit bir yerdir. Eminönüdə bir neçə ev olsa da, tikililərin çoxu ofislər, dükanlar və atelyelerdir və səmt axşamlar gündüzün əksinə bir qədər qorxuducu yerdir. Hər gün təxminən iki milyon insan Eminönüdə işləsə və ya oradan keçsə də, səmtin cəmi 30 000 sakini var. Eminönüdə yaşayan insanlar əsasən işçi sinfi və mühafizəkarlardır.

Görməli yerlər

Eminönü İstanbulun ən məşhur yerlərindən olan bir çox tarixi məscid və tikiliyə ev sahibliyi edir.

  • Sultanəhməd — Topqapı sarayı, Aya Sofya, Sultan Əhməd məscidi və Aya İrini kimi minə yaxın inanılmaz memarlıq abidələsini ehtiva edir;
  • Süleymaniyə — Qanuni Süleymanın nəhəng məscid kompleksi;
  • Yeni məscid — Qalata körpüsünün sahilində yerləşən məscid. Ərazisində insanların göyərçinləri bəzlədiyi geniş açıq yer var.
  • Qapalı çarşı — dünyanın ən köhnə və böyük qapalı çarşısı;
  • Misir bazarı — Qapalı çarşıdan sonra İstanbulun ikinci böyük bazar hesab edilir.
  • Sokollu Mehmed Paşa Külliyəsi XVI əsrə aid külliyə;

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Eminönü haqqında məlumat. Eminönü nədir? Eminönü nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Montsa

  • Fevral 27, 2026

    Aleksanderplats

  • Fevral 27, 2026

    Toy

  • Mart 01, 2026

    Əlmət

  • Fevral 27, 2026

    Attaşe

Trend Mahnılar
  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst