Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Haliç— (Qızıl Buynuz kimi də tanınır) İstanbulun Avropa tərəfini tutan Çatalca yarımadasının cənub-şərq ucunda, İstanbul (Tarixi Yarımada) ilə Beyoğlu yaylaları

Haliç

  • Ana Səhifə
  • Vikipediya
  • Haliç

Haliç— (Qızıl Buynuz kimi də tanınır) İstanbulun Avropa tərəfini tutan Çatalca yarımadasının cənub-şərq ucunda, İstanbul (Tarixi Yarımada) ilə Beyoğlu yaylalarını bir-birindən ayıran, Boğazın girişində yerləşən dəniz girişidir. Yunan əfsanəsinə görə, meqarılılar padşahları Bizantın anası Keroessa üçün onu Qızıl Buynuz adlandırmışdılar.

Kətan üzərində yağlı boya ilə Haliçin təsviri, İvan Ayvazovski, 1845.
Qızıl Buynuzun panoramik fotoşəkili. Qalata körpüsü və Qalata qülləsi
Qızıl Buynuzdan bir görüntü
Qızıl Buynuzun havadan görünüşü

Tarix

Bizans dövründə müstəmləkəçilik burada başlamışdı. Bu, həm də Bizans imperiyasının dəniz mərkəzi idi. Sahil boyu uzanan divarlar şəhəri dəniz hücumundan qorumaq üçün tikilmişdir. İstənilməyən gəmilərin Haliçə girişini məhdudlaşdırmaq üçün, mənbələrdə ilk dəfə 717-ci ildə Konstantinopolun mühasirəsi zamanı çəkilən, köhnə Qalata qülləsinin şimal-şərq ucuna qədər şəhər boyu geniş bir zəncir uzanırdı. Bu qüllə 1204-cü ildə Dördüncü Səlib yürüşü zamanı Latın xaçlıları tərəfindən geniş şəkildə dağıdıldı. Lakin genuyalılar onun yanında yeni bir qüllə tikdirdilər. Bu məşhur Qalata qülləsi 1348-ci ildə Christea Turris (Məsihin qülləsi) adlandırılır.

Haliçi bağlayan zəncirin hiylə ilə qırıla və ya məğlub edilə biləcəyi üç diqqətəlayiq hal yaşanıb. 10-cu əsrdə vikinqlər uzun gəmilərini boğazından kənara, Qalatanın ətrafına gətirərək, sürüşmə yolundan yenidən Haliçə endirdilər. Bizanslılar onları Yunan alovu ilə məğlub etdilər. 1204-cü ildə Dördüncü Səlib yürüşü zamanı Venesiya gəmiləri zənciri qoçla qıra bildilər. 1453-cü ildə Osmanlı Sultan II Mehmed gəmilərini yağlı kötüklər üzərində Qalatanın içindən qarşı tərəfə keçərək Qızıl Buynuza endirdi. Şəhərin Fateh Mehmedə təslim olmasından sonra yunanlar, gürcülər, yəhudilər, italyan tacirləri və digər qeyri-müsəlmanlar Qızıl Buynuz boyunca Fənər və Balat bölgələrində yaşamağa başladılar. Bu gün Haliç hər iki sahil boyu uzanır. Sahil boyu parklar var. Gözəlliyi və tarixi ilə turistləri cəlb edir.

Osmanlı dövründə Qızıl Buynuz yəhudi, yunanlar, ermənilər və gürcülərin sıx məskunlaşdığı bir ərazi idi. Osmanlı ziyalılarının təqib etdiyi Karyağdıbaba, Karaağaç, Sütlüce və Giresunlu Təkkəsi bu bölgədə yerləşir. Günümüzdə Qalata körpüsü Haliç üzərindən Qalata ilə Eminönünü birləşdirir. Haliç üzərindəki digər iki körpü Atatürk körpüsü və Haliç körpüsüdür.

1980-ci illərə qədər Qızıl Buynuz sənaye tullantıları üçün zibillik kimi xidmət edirdi. "Haliç'i gözlerim gibi mavi yapacağım" sözü verən o vaxtkı bələdiyyə sədri Bedrettin Dalanın vəzifəsində olduğu müddətdə təmizlənməyə başlayıb. İllərlə davam edən işlərdən sonra 2000-ci illərdə daha təmiz bir hala gətirdi. Haliçin təmizlənməsi məqsədi ilə İstanbul boğazından dəniz suyunun Kağıthane çayına fasiləsiz axmasını təmin edərək, təmiz suyun davamlı olaraq Haliçə axmasını təmin etmək üçün başlanılan layihə 2012-ci ildə tamamlandı.

Körpülər

Qızıl Buynuz təbii limandır. Onun üzərində dörd körpü var:

  • Qalata körpüsü
  • Atatürk körpüsü (Unkapanı körpüsü)
  • Haliç körpüsü
  • Haliç Metro Körpüsü

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Haliç haqqında məlumat. Haliç nədir? Haliç nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    Mülk

  • Fevral 16, 2026

    İslam

  • Fevral 14, 2026

    12 fevral

  • Fevral 17, 2026

    II əsr

  • Fevral 14, 2026

    İldırım

Trend Mahnılar
  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 20, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst