Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Cəlal Harutyunyan (erm. Ջալալ Հարությունյան; 11 noyabr 1974, Badara, DQMV) — qeyri-qanuni olaraq "general-leytenant" rütbəsi verilmiş, Qondarma Dağlıq Qarabağ M

Cəlal Arutyunyan

  • Ana Səhifə
  • Vikipediya
  • Cəlal Arutyunyan

Cəlal Harutyunyan (erm. Ջալալ Հարությունյան; 11 noyabr 1974, Badara, DQMV) — qeyri-qanuni olaraq "general-leytenant" rütbəsi verilmiş, Qondarma Dağlıq Qarabağ Müdafiə Ordusunun keçmiş komandiri Qondarma Dağlıq Qarabağ Respublikasının keçmiş Müdafiə Naziri.

Cəlal Harutyunyan
erm. Ջալալ Հարությունյան
Şəxsi məlumatlar
Doğum tarixi 11 noyabr 1974(1974-11-11) (51 yaş)
Doğum yeri
  • Badara, Stepanakert rayonu, DQMV, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı
  •  Dağlıq Qarabağ Respublikası
Hərbi fəaliyyəti
Mənsubiyyəti Dağlıq Qarabağ Respublikası
Qoşun növü Qondarma Dağlıq Qarabağ Müdafiə Ordusu
Rütbəsi
  • general-leytenant
Komandanlıq edib
  • Qondarma Dağlıq Qarabağ Müdafiə Ordusu
Döyüşlər
  • İkinci Qarabağ müharibəsi,
  • Birinci Qarabağ müharibəsi
Təltifləri Artsax Qəhrəmanı

Mündəricat

Həyatı

Cəlal Harutyunyan 1974-cü ilin noyabrında Badarada anadan olub. 1991-1995-ci illərdə Artsax Universitetində biologiya təhsili almışdır. 1999-cu ildə Rusiya Müdafiə Nazirliyinin nəzdindəki Mixaylovskaya Topçu Hərbi Akademiyasına daxil olmuşdur

Karyerası

Harutyunyan 5 noyabr 1992-ci ildən bəri Qondarma Dağlıq Qarabağ Müdafiə Ordusunda xidmət etmişdir. Müdafiə Ordusunda müxtəlif vəzifələrdə, ilk növbədə Aartilleriya Kəşfiyyat Rəhbərinin köməkçisi, Artilleriya Diviziyası Heyətinin Başçısı, Alay komandirinin müavini və Alay komandiri kimi artilleriya bölmələrində xidmət etmişdir. O, həmçinin Artilleriya Bölmə Rəisi, Müdafiə Bölgəsi Komandiri, Diviziya Komandirinin müavini - Baş qərargah rəisi və Diviziya Komandiri vəzifələrində xidmət etmişdir. 2018-2020-ci illərdə komandirin birinci müavini rütbəsində xidmət etmiş və 8 iyul 2019-cu ildə general-mayor rütbəsi almışdır.

24 fevral 2020-ci ildə Bako Saakyan tərəfindən Qondarma Dağlıq Qarabağ Respublikasının Müdafiə naziri vəzifəsinə təyin edildi. 8 iyun tarixində həmin vəzifəyə Arayik Harutyunyan tərəfindən yenidən təyin edildi.

27 oktyabr 2020-ci ildə Qondarma Dağlıq Qarabağ Respublikası prezidenti Arutyunyanın döyüşlərdə yaralandığına görə vəzifəsindən azad edildiyini, yerinə Mikael Arzumanyanın vəzifəyə gətirildiyini açıqladı. Bəyanatın ardından erməni nəşrləri, Arutyunyanın öldürüldüyü iddialarını rədd edərək, aldığı xəsarətlərin həyati təhlükəsi olmadığını və tezliklə vəzifəsinə qayıdacağını bildirdi. Harutyunyana aid olduğu iddia edilən bir avtomobilə PUA zərbəsini göstərən video onlayn şəkildə yayılmağa başladı. Lakin Qondarma Dağlıq Qarabağ Respublikası prezidentinin sözçüsü görüntülərin Harutyunyanın yaralanması ilə əlaqəli olmasını inkar etdi. 28 oktyabr 2020-ci il tarixində Qondarma Dağlıq Qarabağ Respublikası prezidenti Cəlal Harutyunyana "Artsax Qəhrəmanı" adını verməsi barədə qərarını elan etdi.

Həbs edilməsi

12 oktyabr 2020-ci il tarixində, İkinci Qarabağ müharibəsi zamanı Füzuli rayonunun Cuvarlı kəndi yaxınlığında mövqe tutmuş erməni hərbi birliyinə Azərbaycan qüvvələri tərəfindən pusqu qurulmuşdur. Qondarma Dağlıq Qarabağ Müdafiə Ordusunun sabiq komandiri Cəlal Arutyunyan sonradan bu hadisə ilə əlaqədar cinayət təqsirsizliyində ittiham olunmuşdur. Ermənistan məhkəməsinin qərarına əsasən, Arutyunyan yaxınlaşan Azərbaycan qoşunlarını digər erməni qüvvələri kimi səhv tanımış, nəticədə onun qoşunları pusquya məruz qalmışdır. Hücum nəticəsində iyirmi əsgər həlak olmuş, yeddi əsgər yaralanmış, eləcə də topçular, nəqliyyat vasitələri, sursatlar və gizli sənədlər daxil olmaqla hərbi personal və avadanlıq Azərbaycan tərəfinin əlinə keçmişdir.

2025-ci ildə Arutyunyan beş il altı ay müddətinə həbs cəzasına məhkum edilmiş, Apelyasiya Məhkəməsi tərəfindən şikayətlər rədd edilmişdir. Onun müdafiəsi ittihamları rədd etmiş, döyüş meydanının xaotik şəraitinin kifayət qədər nəzərə alınmadığını iddia etmişdir.

Həmçinin bax

  • Arayik Harutyunyan
  • Qondarma Dağlıq Qarabağ Müdafiə Ordusu
  • Qarabağ döyüşləri (2020)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Cəlal Arutyunyan haqqında məlumat. Cəlal Arutyunyan nədir? Cəlal Arutyunyan nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Sadıq Dadaşov

  • Fevral 27, 2026

    Süleyman Mirzə

  • Fevral 27, 2026

    Gender bərabərliyi

  • Fevral 27, 2026

    Polad paktı

  • Fevral 27, 2026

    Dağ-tundra iqlimi

Trend Mahnılar
  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst