Aftandil Eynulla oğlu İsrafilov (24 yanvar 1941, Bakı – 29 aprel 2023, Bakı) — qarmon ifaçısı, Azərbaycan Respublikasının xalq artisti (1998). Dağıstan Respublikasının xalq artisti (2008)
| Aftandil İsrafilov | |
|---|---|
| |
| Ümumi məlumatlar | |
| Doğum adı | Aftandil Eynulla oğlu İsrafilov |
| Doğum tarixi | 24 yanvar 1941 |
| Doğum yeri | |
| Vəfat tarixi | 29 aprel 2023 (82 yaşında) |
| Vəfat yeri | |
| Dəfn yeri |
|
| Musiqiçi məlumatları | |
| Fəaliyyəti | musiqiçi |
| Janr | muğam |
| Musiqi aləti | qarmon |
| Mükafatları | |
Həyatı
Aftandil Eynulla oğlu İsrafilov 1941-ci ilin yanvarın 24-də Bakıda anadan olub. O, 1961-ci ildə Politexnik İnstitutunun (indiki Azərbaycan Texniki Universiteti) mülki tikinti fakültəsinə qəbul olmuşdur. Qarmona olan marağına görə təhsilini yarımçıq qoyaraq həyatını musiqiyə həsr edib.
A. İsrafilov "Azkonsert"in tərkibində ansambl yaradaraq bədii rəhbərliyini həyata keçirir. Aftandil İsrafilov 1970-ci ildə Zeynəb Xanlarova ilə birgə Türkiyədə qastrol səfərindən sonra onun ansamblının tərkibində müxtəlif ölkələrdə silsilə konsertlərdə çıxış etmişdir.
Aftandil İsrafilov "Zemfira", "Kəmalə", "Nazilə", "Aynurə", "Jalə", "Basqalı" kimi 100-ə qədər musiqi havasının müəllifidir.
Aftandil İsrafilov səhhəti ilə bağlı 2 dekabr 2022-ci ildə reanimasiya yerləşdirilib. 2023-cü ilin mart ayında yenidən səhhətində problemlər yaranıb. 29 aprel 2023-cü ildə vəfat edib. İkinci Fəxri Xiyabanda dəfn olunub.
Mükafatları
- "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1 dekabr 1982
- "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 24 may 1998
- Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — 5 iyul 2003
- "Dağıstan Respublikasının xalq artisti" fəxri adı — 22 aprel 2008
- "Şöhrət" ordeni — 25 yanvar 2016
Filmoqrafiya
- Ad günü (film, 1977)
- Məhəllə (film, 2003)
- Məhəllə 2 Moskvada (film, 2004)
- Xalq təranələri (film)
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Aftandil İsrafilov haqqında məlumat. Aftandil İsrafilov nədir? Aftandil İsrafilov nə deməkdir?
