Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Baş Göynük — Azərbaycan Respublikasının Şəki rayonunun eyniadlı inzibati ərazi dairəsində kənd. Şəki rayonunun ən böyük yaşayış məntəqəsidir.

Baş Göynük

  • Ana Səhifə
  • Vikipediya
  • Baş Göynük

Baş Göynük — Azərbaycan Respublikasının Şəki rayonunun eyniadlı inzibati ərazi dairəsində kənd. Şəki rayonunun ən böyük yaşayış məntəqəsidir.

Kənd
Baş Göynük
41°19′37″ şm. e. 47°07′04″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Şəki rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 858 m
Saat qurşağı
  • UTC+04:00
Əhalisi
Əhalisi 13260 (2009) nəfər
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ5514
Xəritəni göstər/gizlə
Baş Göynük xəritədə
Baş Göynük
Baş Göynük

Mündəricat

Tarixi

Şin çayının (Əyri-çayın qolu) sol sahilində, Qoçumırıq silsiləsinin Şimal qərb ətəyindədir. Toponim cox vaxt Köynük variantında da işlənir. XIX əsrin əvvəllərində Göynük adlı kənddən bir qrup ailə ayrılaraq 10 km. Aşağıda düzənlik sahədə yeni məntəqə (Aşağı Göynük) yaratdıqdan sonra toponimin əvvəlinə baş sözü əlavə edilmişdır. Ehtimal edilir ki, Göynük yaşayış məntəqəsini orta əsrlərdə Kiçik Asiyada adı çəkilən Göynük mahalından və ya eyniadlı qaladan gəlmiş ailələr salmışlar. Oykonim "yuxarıda yerləşən Göynük kəndi" deməkdir. Göynük/göyrük Azərbaycan toponimiyasında "yaşıl sahə, otlu sahə" mənasını ifadə edir. Köynük variantı isə "kənd, el, məskun yer" mənasını bildirir.

Coğrafiyası və iqlimi

Baş Göynük kəndi Şəki rayonunun şimal-qərb hissəsində yerləşir. Kənd Böyük Qafqaz dağlarının ətəyində yerləşdiyi üçün sərt qışı və mülayim isti yayı ilə fərqlənir. Azərbaycanın ən çox selli çaylarından biri olan Şin çayı da bu kəndin ərazisindən keçir. Bu çayın uzunluğu 36 km-dir.

Əhalisi

•Böyük Qafqaz dağlarının ətəklərində yerləşən Baş Göynük kəndi əhali sarıdan monoetnik quruluşa sahibdir. Belə ki, kənd camaatının mütləq əksəriyyəti müxtəlif Oğuz tayfalarından ibarət etnik Azərbaycan Türkləridir. Baş Göynük kəndinin ərazisi Azərbaycan tarixindəki ən qədim Türk-Oğuz məskənlərindən biridir.

•2009-cu il siyahıya alınmasında əhalinin sayı 13260 nəfər təşkil edib.

•2024-cü ilə olan qeyri-rəsmi məlumatlara görə Baş Göynük kəndində 20.000 nəfərədək insan yaşayır.

Görkəmli şəxsiyyətləri

  • İbrahim Məmmədov — kimya elmləri doktoru, professor;
  • Aşıq Camal — aşıq;
  • Gülarə Köylü qızı (Qədirbəyova) — XX əsrin əvvəllərində nəşr olunan "Şərq qadını" jurnalının ilk redaktoru, məşhur maarifpərvər, ictimai xadim;
  • Yaqub Mahmudov — sabiq millət vəkili, AMEA-nın Tarix İnstitutunun sabiq direktoru, AMEA-nın həqiqi üzvü, tarix elmləri doktoru, professor;
  • Qərib Calalov — AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru, professor;
  • Fərman İsmayılov — fəlsəfə elmləri doktoru, professor;
  • Musa İslamov — filologiya elmləri doktoru, professor;
  • Ziya Hacızadə — geologiya-mineralogiya elmləri namizədi;
  • Baba Babazadə — ədəbiyyatşünas;
  • Abid Şərifov — Azərbaycan Respublikası Baş nazirinin sabiq müavini.

İqtisadiyyatı

Kənd əhalisinin böyük əksəriyyəti kənd təsərrüfatı ilə məşğul olur. Maldarlıq və əkinçiliyin yaxşı inkişaf etməsinə baxmayaraq yararlı torpaq sahələrinin kənddən uzaqda olması (10–15 km) maddi və vaxt itkisinə yol açır. Sovet İttifaqı dövründə Baş Göynük əsasən tütünçülük və baramaçılıq üzrə ixtisaslaşmış təsərrüfata malik idi və Şəki rayonunda bu sahələr üzrə əsas yeri tuturdu.

Meyvəçilik təsərrüfatda kiçik paya malik olsa da, qoz və fındıq bağları əhəmiyyətli dərəcədə inkişaf etmişdir. Kəndin meşələri cır meyvə ağacları ilə zəngindir.

Kəndin böyük turizm potensialı vardır. Yaşıl meşələr, uca dağlar, çaylar, bulaqlar, mülayim iqlim və s. turizm üçün böyük imkanlar açır.

Din

Kənddə Baş Göynük kənd məscidi dini icması fəaliyyət göstərir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Baş Göynük haqqında məlumat. Baş Göynük nədir? Baş Göynük nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 25, 2026

    JPMorgan Chase

  • Fevral 27, 2026

    Breşiya

  • Fevral 27, 2026

    Dalmatiya

  • Fevral 27, 2026

    Raquza (əyalət)

  • Fevral 27, 2026

    Bərabərlik

Trend Mahnılar
  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst