Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Zeytgeyst (alm. "zeitgeist" — zamanın və ya dövrün ruhu) — müəyyən dövrə məxsus düşüncə tərzini müəyyən edən və standartlaşdıran intellektual moda və ya hegemon

Zamanın ruhu

  • Ana Səhifə
  • Vikipediya
  • Zamanın ruhu

Zeytgeyst (alm. "zeitgeist" — zamanın və ya dövrün ruhu) — müəyyən dövrə məxsus düşüncə tərzini müəyyən edən və standartlaşdıran intellektual moda və ya hegemon düşüncə ənənəsidir. Məsələn, 20-ci əsrin arxitekturasına və digər incəsənət sahələrinə modernizm ideyaları mühüm təsir göstərmişdir. Zeytgeyst termini filosof Hegelin adı ilə əlaqələndirsələr də, o heç vaxt bu termindən istifadə etməmişdir. O tarix üzrə mühazirələrində Geist seiner Zeit (öz dövrünün ruhu) ifadəsini işlətmişdir. O yazırdı ki, heç kim öz dövründən irəliyə düşünə bilməz, çünki həmin dövrün ruhu elə insanın ruhudur. Bu cür ideyaları Qerder, Spenser və Volter kimi filosoflar da səsləndirmişlər.

Höte zamanın ruhuna, dövr üçün hökmran olan mənəvi cəhətlər kimi baxırdı: Əgər bir tərəf daha güclü olmaqla, əks tərəfi sıxışdıraraq arxa plana keçirirsə, o zaman belə üstünlüyü zamanın ruhu adlandırmaq olar və bu ruh həmin zaman kəsiyinin məzmununu müəyyən edir.Bu konsepsiya, həmçinin, tarixi görməkli qəhrəmanların və dahilərin fəaliyyətinin nəticəsi kimi müəyyən edən və Tomas Karlayl tərəfindən məhşurlaşdırılmış "Görkəmli insanlar nəzəriyyəsi"ni də özündə ehtiva edir.

Hegel hesab edirdi ki, incəsənət yarandığı dövrün mədəniyyətini əks etdirir. Mədəniyyət və incəsənət qarşılıqlı əlaqədədir, çünki rəssam öz dövrünün məhsuludur və əsərlərində həmin dövrün mədəniyyətini canlandırır. Bundan başqa o, hesab edirdi ki, müasir dünyada rəssam öz yaşadığı dövrün ruhunu yox, incəsənət fəlsəfəsi və nəzəriyyəsinə əsaslanan "azad və etik mədəniyyəti" əks etdirən klassik incəsənət nümunəsi yarada bilməz.

Sosial və mədəni çoxnövlüyün və rəngarəngliyin mövcud olduğu sivilizasiyalar üzrə mədəniyyət və incəsənətin təhlili zamanı "zeytgeyst" səmərə vermir. 

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Zamanın ruhu haqqında məlumat. Zamanın ruhu nədir? Zamanın ruhu nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    LAPD

  • Fevral 27, 2026

    Qafqaz təqvimi

  • Fevral 27, 2026

    Üsyan

  • Fevral 27, 2026

    Mil Mi-10

  • Fevral 27, 2026

    Stoaçılıq

Trend Mahnılar
  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst