Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Qafqaz təqvimi (rus. «Кавказскій календарь») — Rusiya imperiyasının 1845–1916-cı illərdə Tiflisdə nəşr olunan illik kitab seriyası nəşri. Bu, Qafqazda nəşr olun

Qafqaz təqvimi

  • Ana Səhifə
  • Vikipediya
  • Qafqaz təqvimi

Qafqaz təqvimi (rus. «Кавказскій календарь») — Rusiya imperiyasının 1845–1916-cı illərdə Tiflisdə nəşr olunan illik kitab seriyası nəşri. Bu, Qafqazda nəşr olunan ilk kitab seriyası idi.

Qafqaz təqvimi

Mündəricat

Tarixi

Qafqaz Təqvimi Qafqaz haqqında ilk seriyalı məlumat kitabçası idi. Kitabça Tiflisdə nəşr edilmişdir. İlk sayı 1845-ci ildə Zaqafqaziya Ərazisi Baş İdarəsinin mətbəəsində nəşr edilmişdir. Kitabça ildə bir dəfə nəşr olunurdu (mövbəti il).

"Qafqaz təqvimin"də çoxlu sayda etnoqrafik və tarixi materiallar dərc olunurdu. Xalq təhsili, kənd təsərrüfatı bitkiləri məsələləri ilə bağlı yazılara yer verilirdi. Kitbçada o cümlədən Qafqaz xalqlarının adətləri, dinləri və daha bir çox şey haqqında məlumatlar nəşr edilirdi. Bundan əlavə, kitabçanın qədim zamanlardan Qafqaz tarixinin əlamətdar tarixlərinin xronoloji siyahısını özündə əks etdirən "Xronoloji göstəriş" adlanan bölməsi də var idi. Dağıstan, Kuban və Terek bölgələri, habelə Qara dəniz və Stavropol əyalətləri də daxil olmaqla Qafqaz bölgəsi haqqında statistik (bölgənin əhalisi haqqında məlumatlar da daxil olmaqla) statistik məlumatlara və istinadlı məlumatlara əhəmiyyətli yer verilirdi.

"Qafqaz təqvimi" kitabçası əhali arasında çox böyük maraqla qarşılandı. "Qafqaz" qəzeti müxbirinin qeyd etdiyi kimi, insanlar hər il növbəti dəfə işıq üzü görəcək "Qafqaz təqvimi" kitabçasını səbirsizliklə gözləyirdi. Kitabça səyahətçilər, tədqiqatçılar və Qafqaza göndərilən müxtəlif ixtisas sahibi insanlar tərəfindən də bələdçi və lazımlı kitab kimi istifadə edilmişdir.

"Qafqaz Təqviminin" sonuncu sayı 1916-cı ildə nəşr olunmuşdur.

Redaktorları

"Qafqaz təqvimi" kitab seriyasının müxtəlif vaxtlarda müxtəlif redaktorları: K. A. Zadolinni (1867–1868), Qafqaz Statistika Komitəsinin baş redaktoru N. K. Zeidlitz (1869), P. N. Roborovski (1870–1878), Dövlət müşaviri Şavrov (1879–1881), statistika komitəsində statistika şöbəsinin baş redaktoru, kollegial (1891-ci ildən-dövlət) məsləhətçisi E. İ. Kondratenko (1885–1904), Statistika şöbəsinin baş redaktoru D. D. Paqirev (1905–1907), direktor kansleri V. V. Stratonov (1908–1909), A. A. Elzenqer (1912–1914), N. P. Stelmaşçuk (1912–1916) olmuşlar.

Tənqidi

Əlimərdan bəy Topçubaşov 1916-cı il buraxılışını tənqid edərək onu "ərkamdan abartı" (şişirdilmiş) adlandırmışdır.

İllüstrasiyası

  • 1867-cı ildə
    1867-cı ildə
  • 1869-cu ildə
    1869-cu ildə
  • 1871-ci ildə
    1871-ci ildə
  • 1872-ci ildə
    1872-ci ildə
  • 1874-cü ildə
    1874-cü ildə
  • 1876-cı ildə
    1876-cı ildə
  • 1877-ci ildə
    1877-ci ildə
  • 1878-ci ildə
    1878-ci ildə

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Qafqaz təqvimi haqqında məlumat. Qafqaz təqvimi nədir? Qafqaz təqvimi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 25, 2026

    E.ə. 384

  • Fevral 25, 2026

    Xatirənin lənətlənməsi

  • Fevral 27, 2026

    Salman Farsi

  • Fevral 27, 2026

    E.ə. 510

  • Fevral 24, 2026

    Tikinti

Trend Mahnılar
  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst