Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Diyar — bəzi dövlətlərdə inzibati–ərazi vahidi. Diyar Çexiyada, Gürcüstanda, Rusiyada və Slovakiyada inzibati–ərazi vahididir.

Diyar

  • Ana Səhifə
  • Vikipediya
  • Diyar

Diyar — bəzi dövlətlərdə inzibati–ərazi vahidi. Diyar Çexiyada, Gürcüstanda, Rusiyada və Slovakiyada inzibati–ərazi vahididir.

Mündəricat

Sözün mənşəyi

"Diyar" sözü ərəb mənşəli isimdir (ərəb. دیار‎) və "ölkə", "məmləkət" kimi mənaları ehtiva edir.

Çexiyada

Çexiyanın diyarları

Diyar çex dilində kray (çex. kraj) adlanır. 2001–ci il etibarı ilə Çexiya 14 diyara (I dərəcəli inzibati vahidə) bölünmüşdür:

  1. Karlovı Varı diyarı
  2. Kraloveqradetsk diyarı
  3. Liberets diyarı
  4. Moraviya-Sileziya diyarı
  5. Olomoutsk diyarı
  6. Pardubitsk diyarı
  7. Plzen diyarı
  8. Praqa (diyar statuslu şəhər)
  9. Stredoçesk diyarı
  10. Ustetsk diyarı
  11. Vısoçina diyarı
  12. Yihoçesk diyarı
  13. Yihomoravsk diyarı
  14. Zlin diyarı

Gürcüstanda

Ölkə (və ya diyar) gürcü dilində "mxare" (gürc. მხარე) adlanır. 1994–1996–cı illərdə həyata keçirilmiş inzibati islahatlar nəticəsində Gürcüstanda I dərəcəli inzibati–ərazi vahidi statusu olan 9 diyar təşkil edilmişdir:

Gürcüstanın diyarları
  1. İmereti diyarı
  2. Kaxeti diyarı
  3. Aşağı Kartli diyarı
  4. Quriya diyarı
  5. Msxeta-Mtianeti diyarı
  6. Raça-Leçxumi və Aşağı Svaneti diyarı
  7. Sameqrelo-Yuxarı Svaneti diyarı
  8. Samtsxe-Cavaxeti diyarı
  9. Daxili Kartli diyarı

Rusiyada

Diyar sözü rus dilinə "strana" (rus. страна) və ya "kray" (rus. край) kimi tərcümə olunur. 2005–ci il etibarı ilə Rusiya Federasiyasının 83 subyektindən 9–u diyar statusuna malikdir:

Rusiyanın diyarları
  1. Altay diyarı
  2. Kamçatka diyarı
  3. Xabarovsk diyarı
  4. Krasnodar diyarı
  5. Krasnoyarsk diyarı
  6. Perm diyarı
  7. Primorsk diyarı
  8. Stavropol diyarı
  9. Zabaykal diyarı

Slovakiyada

Diyar slovak dilində kray (slovak. kraj) adlanır. Diyar Slovakiyada I dərəcəli inzibati–ərazi vahididir və öz növbəsində slovak dilində okres (slovak. okres) adlanan II dərəcəli inzibati–ərazi vahidlərinə bölünür. 1996–cı il etibarı ilə Slovakiya 8 diyara bölünmüşdür:

Slovakiyanın diyarları
  1. Banska Bistritsa diyarı
  2. Bratislava diyarı
  3. Jilina diyarı
  4. Koşitse diyarı
  5. Nitra diyarı
  6. Preşov diyarı
  7. Trençin diyarı
  8. Trnava diyarı

Qeydlər

  1. Əlavə: AXİN–in Çexiya haqqında qısa icmalında isə bu vahid region adlandırılıb və məlumat bu şəkildə verilib: ... Ərazi bölgüsü: 13 region (kray) və 1 paytaxt. ... (Mənbə olaraq bax: AXİN–in rəsmi saytında: ).
  2. Əlavə: ASE–də bu inzibati vahid ölkə adlandırılıb: məsələn – Primorye ölkəsi məqaləsi (Mənbə olaraq bax: Азәрбајҹан Совет Енсиклопедијасы. VIII ҹилд: Прадо – Спринт. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксиjасы, 1984, сəh. 12) ; AXİN–in Rusiya haqqında qısa icmalında isə bu vahid məmləkət adlandırılıb və məlumat bu şəkildə verilib: ... İnzibati-ərazi bölgüsü: Rusiyanın tərkibində ..., 8 məmləkət, 47 vilayət,... var. ... (Mənbə olaraq bax: AXİN–in rəsmi saytında: ).
  3. Əlavə: AXİN–in Slovakiya haqqında qısa icmalında isə bu vahid region adlandırılıb və məlumat bu şəkildə verilib: ... Ərazi bölgüsü: 8 region (kray). ... (Mənbə olaraq bax: AXİN–in rəsmi saytında: ).

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Diyar haqqında məlumat. Diyar nədir? Diyar nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Qarayusifli

  • Fevral 27, 2026

    Şanagüllə

  • Mart 01, 2026

    Sərabi xalçası

  • Fevral 27, 2026

    Mərdəkan

  • Fevral 27, 2026

    Car-Balakən

Trend Mahnılar
  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst