Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Mtsxeta-Mtianeti diyarı (gürc. მცხეთა-მთიანეთის მხარე), Gürcüstanın doqquz diyarından (gürcücə: მხარე) biri. İnzibati mərkəzi Gürcüstanın qədim paytaxtı olan Mt

Msxeta-Mtianeti diyarı

  • Ana Səhifə
  • Vikipediya
  • Msxeta-Mtianeti diyarı

Mtsxeta-Mtianeti diyarı (gürc. მცხეთა-მთიანეთის მხარე), Gürcüstanın doqquz diyarından (gürcücə: მხარე) biri. İnzibati mərkəzi Gürcüstanın qədim paytaxtı olan Mtsxeta şəhəridir. Ölkə Rusiya ilə həmsərhəddir və bir neçə gürcü tarixi bölgələrini əhatə edir: Ertso-Tianeti, Mtiuleti, Xevi, Xevsureti, Pşaviya və Daxili Kartli. Mtsxeta-Mtianetinin bir hissəsi hal-hazırda separatçı Cənubi Osetiya qüvvələrinin işğalı altındadır.

Msxeta-Mtianeti
მცხეთა-მთიანეთის მხარე

42°17′ şm. e. 44°45′ ş. u.HGYO


Ölkə
  •  Gürcüstan
İnzibati mərkəz Mtsxeta
Tarixi və coğrafiyası
Yaradılıb 1995
Sahəsi
  • 6.785 km²
Saat qurşağı
  • UTC+04:00
Əhalisi
Əhalisi
  • 94.573 nəf. (2014)
Rəqəmsal identifikatorlar
ISO kodu GE-MM
Rəsmi sayt
Msxeta-Mtianeti xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

İnzibati-ərazi bölgüsü

Mtsxeta-Mtianeti rəsmi olaraq beş bələdiyyədən ibarətdir:

  • Duşeti bələdiyyəsi
  • Kazbegi bələdiyyəsi
  • Mtsxeta bələdiyyəsi
  • Tianeti bələdiyyəsi
  • Axalqori bələdiyyəsi — hal-hazırda tanınmamış Cənubi Osetiya respublikasının işğalı altındadır.

Coğrafiyası

Qafqaz dağları ölkəni iki yerə bölür. Daha kiçik olan şimal hissəsində Kazbegi və qismən Duşeti bələdiyyəsi yerləşir, qalan bələdiyyələr isə cənubdadır.

Tarixi

1801-ci ildə Rusiya imperiyasının tərkibinə girməkdən əvvəl Mtsxeta-Mtianetinin ərazisi Kartli-Kaxeti çarlığının bir hissəsi olmuşdur. Çar dövründə 1840–1846 ildə Gürcüstan-İmeretiya quberniyası, sonradan isə Qutayıs və Tiflis quberniyaları arasında bölünmüşdür.

Siyasi vəziyyəti

1990-cı illərin əvvəlində Cənubi Osetiya münaqişəsi nəticəsində Axalqori bələdiyyəsinin qərb hissəsi separatçı qüvvələr tərəfindən işğal altına düşmüşdür, lakin bələdiyyə mərkəzi faktiki olaraq Gürcüstanın nəzarəti altında idi. 2008-ci il Rusiya-Gürcüstan müharibəsi nəticəsində Axalqori bələdiyyəsi bütövlüklə işğalçı qüvvələr tərəfindən zəbt olunmuş, əhalinin 80%-inə qədər insan məcburi köçkün kimi Gürcüstanın digər bölgələrinə üz tutmuşdur.

Əhalisi

2002-ci ildə Mtsxeta-Mtianetidə (Gürcüstanın nəzarət etdiyi ərazidə) 125.443 nəfər yaşamışdır. 2008-ci ilin əvvəlində qiymətləndirməyə görə bu rəqəm 118.100 nəfərə, 2009-cu ildə isə (Axalqori bələdiyyəsi çıxmaqla) 97.600 nəfərə enmişdir.

2014-cü ildə Gürcüstan əhalisinin rəsmi siyahıyaalmasına görə diyarın əhalisi 94.573 nəfər. Mtsxeta-Mtianetinin əhalisi əksərən gürcülərdən (94.573 nəf., 94,5%), o cümlədən onların azsaylı subetnik qrupları olan pşavlar, moxevlər və xevsurlardan ibarətdir. Osetinlər (1.327 nəf., 1,4%) Kazbegi bələdiyyəsinin qərb hissəsində (Truso keçidində) və Tiflisin yaxınlığındakı Mtsxeta bələdiyyəsində yaşayırlar. Mtsxetada həmçinin nisbətən çoxsaylı azərbaycanlı (2.316 nəf., 2,4%) icması da yaşayır. Digər etnik qrupların sayı (ruslar, ermənilər və s.) min nəfəri ötmür.

  • Arqun vadisi
    Arqun vadisi
  • Bagineti dağından Mtsxetanın və Svetitsxoveli məbədinin mənzərəsi
    Bagineti dağından Mtsxetanın və Svetitsxoveli məbədinin mənzərəsi
  • Muxrani dərəsində Ksani qalası
    Muxrani dərəsində Ksani qalası
  • Qudaurinin ətrafı, Qudi keçidi
    Qudaurinin ətrafı, Qudi keçidi
  • "Nataxtari" pivə zavodu
    "Nataxtari" pivə zavodu
  • Şatili kəndi
    Şatili kəndi

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Msxeta-Mtianeti diyarı haqqında məlumat. Msxeta-Mtianeti diyarı nədir? Msxeta-Mtianeti diyarı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    Sinqapur

  • Fevral 26, 2026

    Erməni təqvimi

  • Fevral 27, 2026

    Boz qarğa

  • Fevral 27, 2026

    Tənbölən

  • Fevral 27, 2026

    Ronaldinyo

Trend Mahnılar
  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst