Gümrah Ömər (23 iyul 1973, Bakı) — Azərbaycan teatr rejissoru, "Səda" Tədris Teatrının Direktoru və Bədii rəhbəri(2017-ci ildən). Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi.
| Gümrah Ömər | |
|---|---|
| Ömərov Gümrah Rza oğlu | |
| Doğum tarixi | 23 iyul 1973 (52 yaş) |
| Doğum yeri | |
| Milliyyəti | Azərbaycanlı |
| Fəaliyyəti | Rejissor |
| Fəaliyyət illəri | 2000-ci ildən indiyə kimi |
| Təhsili | Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti |
| Teatr | Azərbaycan Dövlət Yuğ Teatrı Azərbaycan Dövlət İrəvan Dram Teatrı |
İrəvan Dövlət Dram Teatrının baş rejissoru (2025-ci il)
Həyatı
1973-cü ildə Gürcüstan respublikasınında anadan olmuşdur. 1991-1996-cı illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Dram teatrı və kino aktyorluğu" fakültəsində təhsil almış. 1995-ci ildən "Yuğ" Dövlət Teatrında aktyor, 2000-ci ildən rejissor kimi fəaliyyətə başlamışdır.2010-2013 illərdə Gəncə Dövlət Dram Teatrının, 2014–2017-ci il "Yuğ" Dövlət Teatrında baş rejissor vəzifəsində çalışıb, 2017-ci ildən "Səda" Tədris Teatrının direktorudur. 2017-ci ildən "Səda" Tədris Teatrında direktor və bədii rəhbər vəzifəsində çalışır.Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Teatr Sənəti" fakültəsinin "Dram teatrı və kino aktyoru" kafedrasında müəllim vəzifəsində çalışır.
Quruluş verdiyi tamaşalar
| "Yuğ" Dövlət Teatrı | |||
|---|---|---|---|
| Tamaşanın adı | Əsərin müəllifi | Əsər | Qeydlər |
| Sonuc | Mövlud Süleymanlı | "Satqın" hekayəsi | |
| Dadaş | Cəlil Məmmədquluzadə | Əsərləri əsasında | |
| Formalar | Anton Çexov | "Qağayı" pyesi | |
| Hop-Hop | Mirzə Ələkbər Sabir | Şeirləri əsasında | |
| Car | Rüstəm İbrahimbəyov | "Arabir görüşməyə kişi axtarıram" piyesi | |
| Əl-kimya | Yohann Volfqanq Göte | "Faust" faciəsi | |
| Hicr | "Mən Məhəmməd Füzuli" layihəsindən | ||
| Qəbir qazma üsulu | Adolfo Bioy Kasares | "Qəbiri necə qazırlar?" hekayəsi | |
| Naməlum Axundzadə | Mirzə Fətəli Axundov | Komediyaları və "Kəmalüddövlə məktubları" fəlsəfi traktatı əsasında | |
| Mən…Sən…Biz… | Perfonmans-Beynəlxalq layihə | ||
| Məhşər günü | Gela Dumbadze | Məhşər günü | |
| Rindü-Şeyda | Mərcan Dədə | "Sufi arzuları" musiqili kompozisiyası əsasında | |
| Səsimi unutma | Kamal Abdulla | "Bir, iki, bizimki" pyesi | |
| Vəsvəsə | Henrik İbsen | "Vahimə" əsəri | |
| “Şəbədə” | Mirzə Fətəli Axundzadə | "Mürafiə vəkillərinin hekayəti" pyesi əsasında | |
| Gəncə Dövlət Dram Teatrı | |||
| Balaca Şahzadə | Antuan de Sent-Ekzüperi | Balaca şahzadə | |
| Hekayəti Müsyö Jordan və dərviş Məstəlişah | Mirzə Fətəli Axundov | "Hekayəti Müsyö Jordan Həkimi-Nəbatat və Dərviş Məstəli Şah Cadükuni Məşhur" komediyası | |
| Skapenin kələkləri | Jan-Batist Molyer | Skapenin kələkləri | |
| Dan yeri söküləndə | İftixar Piriyev | "Dan yeri söküləndə" pyesi | |
| Cəhənnəmdən cənnətə | Elçin | "Cəhənnəm sakinləri" pyesi | Türkiyənin Adana şəhərində keçirilən 16-cı Sabancı Beynəlxalq Teatr Festivalında nümayiş olunub |
| Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı | |||
| Qadın Məhəbbəti | Viktor Hüqo | "Mariya Tüdor" pyesi | |
| Məqam | Gela Dumbadze | "Gecə qonağı" əsəri | |
| Nadir şah | Yunus Oğuz | "Nadir şah" romanı | |
| İrəvan Dövlət Azərbaycan Dram Teatrı | |||
| Dan yeri söküləndə | İftixar Piriyev | "Dan yeri söküləndə" pyesi | İrəvan Dövlət Azərbaycan Dram Teatrı və Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının birgə layihəsi əsasında |
| Səsimdən yapış | Kamal Abdulla | "Bir… iki… bizimki…" pyesi | |
| Unutmağa kimsə yox… | Kamal Abdulla | "Unutmağa kimsə yox" əsəri | |
| N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrı | |||
| Cəhənnəm sakinləri | Elçin | "Cəhənnəm sakinləri" pyesinin motivləri əsasında | |
| Hacı Qara | Mirzə Fətəli Axundzadə | "Hacı Qara" komediyası | |
| Onun iki qabırğası | Əli Əmirli | "Onun iki qabırğası" pyesi | |
| "M" Müstəqil Teatr | |||
| O mənimdir | Antuan De-Sent Ekzuperinin | "Balaca Şahzadə" əsəri | |
| Məhşər Günü | Gela Dumbadze | "Məhşər günü" əsəri | |
| Estoniya Respublikasınin Vilyandi şəhərinin "Uqala" teatrı | |||
| Gəlsinlər o kəslər ki,… | Kamal Abdulla | "Kim dedi ki, Simurq quşu varmış" əsəri | |
| "ADO" Müstəqil Teatr | |||
| Zombi Zona | Gümrah Ömər | ||
| Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 4 saylı qadın cəzaçəkmə müəssisəsi | |||
| Nargilə | Gümrah Ömər | ||
| Ağ ölüm | Gümrah Ömər | ||
İştirak etdiyi teatr festivalları
- "Milli klassika Festivalı" (Bakı-Azərbaycan)-2001-ci il;
- "Üfüq-XXI" monotamaşalar Festivalı (Bakı-Azərbaycan)-2002-cı il;
- "Qafqaz Kültürləri festivalı-2" (Kars-Türkiyə)-2005-ci il;
- "Beynəlxalq Teatr yarmarkası" (Tibilisi-Gürcüstan)-2005-ci il;
- "Boş Məkanın dolğunluğu " (Bakı-Azərbaycan)-2006-cı il;
- "Orta Asiya məmləkətlərinin I Beynəlxalq teatr festivalı (Alma–ata)"-2006-cı il;
- "Milli Teatr Festivalı" (Estoniya-Sarema)-2008-ci il;
- "Üfüq-XXI" monotamaşalar Festivalı (Bakı-Azərbaycan)-2002-ci il;
- "Beynəlxalq Teatr yarmarkası" (Tibilisi-Gürcüstan)-2005-ci il;
- "Boş Məkanın dolğunluğu" (Bakı-Azərbaycan)-2006-cı il;
- "Orta Asiya məmləketlərinin I Beynəlxalq Teatr Festivalı" (Alma–ata-Qazaxıstan)2006-cı il;
- "Sərgüzəşti Mirzə Fətəli" festivalı (Bakı-Azərbaycan)-2012-ci il;
- "Tuğanlıq festivalı"- (Ufa-Başqırdıstan)-2012-ci il;
- "Bin nəfəs bir səs-Konya teatr festivalı"-(Türkiyə-Konya)-2013-cü il;
- "Sabah İncəsənət Festival"(Bakı-Azərbaycan)-2018-ci il;
- "Qits Ustad Dərsləri Festivalı"(Rusiya Moskva)-2019-cu il;
- "33-cü Amotör Teatr Festivalı" (Türkiyə-Dənizli)-2019-cu il;
Mükafatları
- "Üfüq-XXI" Monotamaşalar festivalı. "Ən yaxşı rejissor işi (Diplom). (Bakı-Azərbaycan 2002)
- İlin ən yaxşı teatr rejissoru(Diplom)-Azərbaycan Gənclər İdman və Turizm Nazirliyi. (Bakı-Azərbaycan 2003)
- Gənclər-mükafatı (Diplom)-Azərbaycan Gənclər İdman və Turizm Nazirliyi. (Bakı-Azərbaycan 2003)
- Beynəlxalq Teatr yarmarkası (Diplom).(Gürcüstan-Tbilisi 2005)
- Orta Asiya məmləktlərinin I Beynəlxalq teatr festivalı. (Diplom). (Alma–ata-Qazaxıstan 2005)
- "Boş Məkanın dolğunluğu" Teatr Festivalı (Diplom). (Bakı-Azərbaycan 2006)
- "Yeni Teatr" festivalı (Diplom). (Bakı-Azərbaycan 2007)
- "Eksperimental Teatr festivalı".(Diplom). (Estoniya-Sarema 2008)
- "Milli Teatr festivalı" (Diplom). (Bakı-Azərbaycan 2010)
- "Sərgüzəşti Mirzə Fətəli" festivalı (Diplom). (Bakı-Azərbaycan 2012)
- "Tuğanlıq" festivalı ( Diplom). (Ufa-Başqırdıstan 2012)
- "Bin nəfəs bir səs" ( Diplom). (Türkiyə-Konya 2013)
- Sabah İncəsənət Festival (Təşəkkürnamə). (Bakı-Azərbaycan 2018)
- "Boş məkanın dolğunluğu – 2" (Diplom). (Bakı-Azərbaycan 2019)
- Qits Ustad Dərsləri Festivalı (Diplom). (Rusiya Moskva 2019)
- 33-cü Amotör Teatr Festivalı ( Diplom). (Türkiyə-Dənizli 2019)
- Azərbaycan Respublikası Prezidentinin mükafatı — 7 may 2021, 10 may 2022, 6 may 2023, 8 may 2025
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Gümrah Ömər haqqında məlumat. Gümrah Ömər nədir? Gümrah Ömər nə deməkdir?