Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Həştəq (ing. hashtag) — ön sözü diyez – # simvolu olan metadata teqi. Sosial mediada "X" (əvvəllər "Twitter") kimi mikrobloqlar və foto paylaşma xidmətlərində h

Həştəq

  • Ana Səhifə
  • Vikipediya
  • Həştəq

Həştəq (ing. hashtag) — ön sözü diyez – # simvolu olan metadata teqi. Sosial mediada "X" (əvvəllər "Twitter") kimi mikrobloqlar və foto paylaşma xidmətlərində həştəqlərdən istifadə olunur. Onlar həmçinin "Tumblr" kimi platformada mövzuya görə məzmuna çarpaz istinad etməyə imkan verən istifadəçi tərəfindən yaradılan etiketləmə forması kimi istifadə olunur. Məsələn, "Instagram"da #bluesky heşteqi üçün axtarış həmin terminlə işarələnmiş bütün yazıları göstərir. İlkin diyez simvolundan sonra heşteqə hərflər, rəqəmlər və ya alt xətt işarələri daxil ola bilər.

Həştəq nümunəsi.

Heşteqlərin istifadəsi ilk dəfə ABŞ blogeri və məhsul məsləhətçisi Kris Messina tərəfindən 2007-ci ildə yazdığı tvitində təklif edilmişdir. Messina "onların internetdən doğulduğunu və heç kimə məxsus olmadığını" hiss etdiyi üçün istifadəni patentləşdirməyə cəhd etməmişdi. Heşteqlər "Twitter" mədəniyyətində möhkəmlənmiş, tezliklə "Instagram", "Facebook" və "YouTube"da ortaya çıxmışdır. 2014-cü ilin iyun ayında heşteq "Oksford ingilis dili lüğəti"nə "bir mövzu ilə bütün mesajları axtara bilməniz üçün sosial media saytlarında və proqramlarda istifadə edilən, qarşısında # simvolu olan söz və ya ifadə" kimi əlavə olunmuşdur.

Mündəricat

Mənşə və qəbulu

Heşteqin ixtiraçısı Kris Messina.

Diyez işarəsi – #, uzun müddətdir ki, informasiya texnologiyalarında mətnin müəyyən hissələrini vurğulamaq üçün istifadə olunur. 1970-ci ildə diyez işarəsi simvolun və ya nömrənin yanında yerləşdirildikdə PDP-11-in montaj dilində "immediate" (dərhal) ünvan rejimini ifadə etmək üçün istifadə edilmişdir. Təxminən 1973-cü ildən başlayaraq '#' işarəsi C proqramlaşdırma dilində C preprosessorunun əvvəlcə emal etməli olduğu xüsusi açar sözləri göstərirdi. Funt işarəsi qrupları və mövzuları etiketləmək üçün 1988-ci ildə "Internet Relay Chat" (IRC) şəbəkələrində istifadə üçün qəbul edilmişdir. Bütün IRC şəbəkəsində mövcud olan kanallar və ya mövzular diyez simvolu ilə prefiks olunur.

IRC-də funt işarəsinin istifadə olunması Kris Messinaya ilham vermiş, o, mikrobloqlar şəbəkəsində maraq doğuran mövzuları işarələmək üçün "Twitter"də oxşar sistem təklif etmişdir. O, "Twitter"də ilk heşteqini belə yazmışdır:

" How do you feel about using # (pound) for groups. As in #barcamp [msg]? "

Messinanın sözlərinə görə, o, axtarış protokolları üzrə xüsusi biliyi olmayan sadə istifadəçilərin konkret müvafiq məzmunu tapmasını asanlaşdırmaq üçün heşteqdən istifadə etməyi təklif etmişdir. Buna görə də heşteq "mesajları kateqoriyalara ayırmaq üçün bir üsul olaraq "Twitter" istifadəçiləri tərəfindən üzvi şəkildə yaradılmışdır". "Hash tag" termini ilk dəfə Stou Boyd tərəfindən 26 avqust 2007-ci ildə dərc olunmuş "Hash Tags = Twitter Groupings" adlı bloq yazısında istifadə olmuşdur.

2014-cü ildə konfransda #TimeToAct həştəqi

Messinanın heşteqdən istifadə təklifi "Twitter" tərəfindən dərhal qəbul olunmamışdı, lakin bu konvensiya 2007-ci ildə San-Dieqo meşə yanğınları ilə bağlı tvitlərdə istifadə edilən heşteqlər vasitəsilə populyarlaşmışdır. Heşteq 2009–2010-cu illərdə İranda keçirilən seçkiərlə bağlı etirazlar zamanı beynəlxalq səviyyədə qəbul edilmişdir. "Twitter" istifadəçiləri aksiyalar zamanı ünsiyyətdə həm ingilis, həm də fars dilində heşteqlərdən istifadə etmişdilər.

Heşteqlər o vaxtdan bəri #jesuischarlie, #BLM və #MeToo kimi sosial hərəkatlarda mühüm rol oynamışdır.

"YouTube" və "Gawker Media" kimi digər platformalar heşteqləri rəsmi olaraq dəstəkləmişdir.

İstifadəsi

KİV-lərdə

Flickr etiketlərinə bənzər, qarışıq simvolu olan kəliməni (və ya # işarəsi) sözün əvvəlində işlədərək Twitter postuna əlavə edilir.

Ticarətdə

İqtisadiyyatda

Maliyyə bazarında bir çox adam bizneslərin gələcək qiymətini proqnozlaşdırmaq üçün həştəqlərdən istifadə etməyə başlayıblar. Bəzi təhlilçilərə görə, bütün həştəqləri analiz edərək səhmlərin qiymətini altı gün əvvəlcədən təxmin etmək mümkündür.

İstehlakçı şikayətləri

Sosial mediada bir çox kampaniya aparılır. Amma sosial mediada keçirilən etirazların təsiri birmənalı qarşılanmayıb. "The Atlantic" jurnalında yazdığı məqalədə Twitterin həmtəsisçisi Biz Ston şəbəkənin fəallığa təsirini quş sürüsünə bənzədib: lideri olmasa da, güclü və çevik bir qrup.

Əhəmiyyəti

Heşteq demoqrafik vəziyyətə çatmaq üçün hər hansı bir hadisə haqqında tweet toplayaraq və ya prosesin həssaslığını artıraraq xüsusi bir mövzunu müzakirə etmək üçün əlverişlidir. Twitter hazırda elə bir keçid yaradır ki, hər kim heşteqi əlavə edib (# səbəb, de) klikləsə bu simvola uyğun son tweet-ləri görəcək.

Populyar mədəniyyətdə

Heşteqlər sosial mediada bəzən böyük hay-küy sala bilər. 2014-cü ildə, Siyavuş Novruzovun Milli Məclisdə Molotov kokteylinə "Molotov kotleti" deməsi sosial mediada "partlayış" edib. Bəzi sosial media istifadəçiləri Facebook və Twitter şəbəkələrində cənab Novruzovun səhvini #molotovkotleti heşteqilə şərh edib.

Adaptasiyaları

2010-cu ildə, Twitter Cənubi Afrikada Futbol üzrə dünya çempionatı 2010 zamanı "hashflags"-ı təqdim etdi.

Həmçinin bax

  • Teq (metadata)
  • Veb-üzük
  • Folksonomiya
  • Sosial əlfəcin
  • Veb 2.0

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Həştəq haqqında məlumat. Həştəq nədir? Həştəq nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Şamaxı (şəhər)

  • Mart 01, 2026

    Qaladərəsi

  • Fevral 27, 2026

    Xalq etimologiyası

  • Fevral 27, 2026

    Cervidae

  • Fevral 25, 2026

    Yalta

Trend Mahnılar
  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst