Heliotropin (3,4-metilendioksibenzaldehid, piperonal)- heliotrop güllərinin iyini verən rəngsiz kristal maddədir;
| Heliotropin | |
|---|---|
| |
| Ümumi | |
| Sistematik adı | Heliotropin |
| Kimyəvi formulu | C8H6O3 |
| Fiziki xassələri | |
| Molyar kütlə | 150,13 q/mol |
| Termik xüsusiyyətlər | |
| Ərimə nöqtəsi | 36,5-37 °C |
| Qaynama nöqtəsi | 264 °C |
| Təsnifatı | |
| CAS-da qeyd. nöm. | 120-57-0 |
| PubChem | 8438 |
| EINECS-də qeyd. nöm. | 204-409-7 |
| SMILES | |
| InChI | |
| ChEBI | 8240 |
| ChemSpider | 13859497 |
| Məlumatlar normal şərait (25 °C, 100 kPa) üçün verilmişdir. | |
Fiziki xassələri
Etanolda həll olur, qliserində həll olmur, suda həll olması 0,2%, su buxarı ilə asanlıqla qovulur. Vanil yonqarlarının, heliotrop və yasəmən çiçəklərinin və bəzi efir yağlarının tərkibində vardır.
Kimyəvi xassələri
Suyun, işığın, havanın uzunmüddətli təsirindən parçalanır.
Alınması
Sənayedə H.-ı safrolu (I) qələvi iştirakında izomerləşdirərək, alınmış izosafrolu xrom qarışığı və ya ozonla oksidləşdirməklə alırlar.
Tətbiqi
Heliotropin və onun asetalları ətriyyatda və yeyinti sənayesində ətirli maddələr kimi istifadə olunur.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Heliotropin haqqında məlumat. Heliotropin nədir? Heliotropin nə deməkdir?
