Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Prokat, yayıq (metallurgiyada) — prokat istehsalının məhsulları, qızmar və sojyr yayma üsulları ilə alınan metal məmulat (vərəq, zolaq, lent, rels, boru və s).

Prokat

  • Ana Səhifə
  • Vikipediya
  • Prokat

Prokat, yayıq (metallurgiyada) — prokat istehsalının məhsulları, qızmar və sojyr yayma üsulları ilə alınan metal məmulat (vərəq, zolaq, lent, rels, boru və s).

Prokat istehsalı

Prokat istehsalı poladdan və digər metaldan yayma yolu ilə müxtəlif məmulat və yarımfabrikat (prokat) alınması, habelə onların keyfiyyətini artırmaq məqsədilə təkrar emal edilməsi (termiki emal, örtük çəkmə və s.). Sənaye ölkələrində əridilən poladın 4/5 hissəsindən çoxu yayma üsulu ilə emal edilir. Prokat istehsalı adətən metallurgiya (az hallarda maşınqayırma) zavodlarında təşkil edilir və bir qayda olaraq (xüsusilə qara metallurgiyada) istehsal dövrünün sonuncu mərhələsi olur. Əsas prokat növlərinə aşağıdakılar aiddir: yarımməhsul və ya pəstah, vərəq və çeşid prokat, yayma boruları, maşın detalları pəstahları (xüsusi prokat növləri) — təkər, halqalar, oxlar, burğular, kürələr, dəyişən en kəsikli profillər və s. Ölçüləri göstərilməklə yayılan məmulatlar prokat çeşidi (sortamenti) adlanır. Prokatın əsas hissəsi azkarbonlu poladdan, bəzi hissəsi legirlənmiş va tərkibində karbonun miqdarı artırılmış (0,4%-dən çox) poladlardan hazırlanır. Əlvan metal (alüminium, mis, maqnezium, sink və onların ərintiləri) prokatları başlıca olaraq vərəq, lent və məftil şəklində istehsal olunur (əlvan metallardan boru və çeşidli profillər başlıca olaraq pressləmə yolu ilə hazırlanır).

Müasir metallurgiya zavodlarında polad prokat iki üsulla istehsal olunur. Birinci üsulda başlanğıc material kimi metal qəlibə tökülmüş külçələrdən istifadə edilir. Əvvəlcə külçələr qızdırılır və sıxma stanında pəstah yayılır, pəstah yoxlanıldıqdan və səthi defektlər aradan götürüldükdən sonra təkrar qızdırılır və xüsusi stanlarda hazır məhsul yayılır. İkinci üsulda başlanğıc pəstahın yayılması xüsusi maşınlarda fasiləsiz tökmə prosesi ilə əvəz olunur. Pəstah yoxlanıldıqdan və defektləri aradan götürüldükdən sonra, birinci üsulda olduğu kimi, yayma üçün hazır məhsul stanına verilir. Bu üsul maye metaldan fasiləsiz olaraq prokat istehsalına (tökmə-prokat aqreqatlarda) imkan verir. Prokat istehsalında texniki tərəqqi ilk növbədə yayılan məmulatın keyfiyyətinin yüksəldilməsi ilə xarakterizə olunur. Bu məqsədlə prokatlara mümkün qədər daha səmərəli forma verilir, iqtisadi cəhətdən sərfəli prokat profillərinin istehsalı genişləndirilir, onların ölçülərinin dəqiqliyi artırılır, metalın möhkəmlik və s. xassələri yaxşılaşdırılır. Eyni zamanda fasiləsiz proseslər tətbiq etməklə, yayma sürətini artırmaqla və bütün texnoloji prosesləri avtomatlaşdırmaqla istehsal xərcləri azaldılır.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Prokat haqqında məlumat. Prokat nədir? Prokat nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Çeyildağ bələdiyyəsi

  • Mart 01, 2026

    Beri-beri

  • Fevral 27, 2026

    Həsənəli mirzə

  • Fevral 27, 2026

    YG Entertainment

  • Fevral 27, 2026

    Yəşim

Trend Mahnılar
  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst