Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Edilli — Azərbaycan Respublikasının Xocavənd rayonunun Edilli kənd inzibati ərazi dairəsində kənd. 2 oktyabr 1992-ci ildən 15 oktyabr 2020-ci ilə kimi Ermənista

Edilli

  • Ana Səhifə
  • Vikipediya
  • Edilli

Edilli — Azərbaycan Respublikasının Xocavənd rayonunun Edilli kənd inzibati ərazi dairəsində kənd. 2 oktyabr 1992-ci ildən 15 oktyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Edilli kəndi 15 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.

Edilli
39°33′39″ şm. e. 47°04′08″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Region Qarabağ iqtisadi rayonu
Rayon Xocavənd rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 715 m
Saat qurşağı
  • UTC+04:00
Xəritəni göstər/gizlə
Edilli xəritədə
Edilli
Edilli

Mündəricat

Toponimikası

Etnotoponimdir. Toponim qırğızların edilli tayfa adını özündə əks etdirir. Xəzərlərin üç paytaxt şəhərindən birinin adı İdil, Edil (Volqa) çayının keçmiş adlarından biri İtil olmuşdur. Hazırda Türkiyənin Qars əyalətində Edilli adlanan kənd mövcuddur.

Edilli kəndinin başqa adı Eqdillu kimidir. Bu adın mənbəyi haqqında iki fikir ola bilər. Birincisi Xəzər xaqanlığının İtil şəhərindən çıxmış ailələrin məskunlaşması nəticəsində yarandığına görə "İtil" adından fonetik formadır. İkincisi qıpçaqların Ed tayfasının adından, el (tayfa) və mənsubiyyət bildirən -li şəkilçisindən ibarətdir. 1185-ci ilə aid rus mənbəində Cənub–şərqi Avropa çöllərində yaşayan qıpçaqların bir tayfasının Etebiçi (Et, Ed etnonimindən, oba sözündən və rus dilindən əlavə olunma "içi" patronimik şəkilçisini) kimi qeyd olunmuşdur. 1588-ci ilə aid mənbədə Gəncə qəzasında Kürək aranı (Kürəkçay sahilində qışlaq) adlı yerdə İdlu adlı bir el qışlamışdı. Göycə mahalında Etil və Qars əyalətinin Kağızman dairəsində Edillu kənd adları ilə mənşəcə eynidir.

Kəndin adı 1727-ci ildə Osmanlı qaynaqlarında Dizaq nahiyəsinin Eydilli (beydilli) kəndi olaraq keçir.

Tarixi

Qarabağ Xanlığı Rusiya İmperiyası tərəfindən ləğv edildikdən sonra, Edilli kəndi yeni yaradılmış Yelizavetpol quberniyasının Cəbrayıl qəzasının idarəsində olmuşdur. 1918-ci ildə Qarabağda baş vermiş qətliamlar zamanı Edilli kəndinə də erməni silahlı dəstələrinin hücumları olmuş və türk əsilli kənd sakinlərindən qətlə yetirilənlər olmuşdur. Sovet İttifaqı dövründə, 1989-cu ildə etibrən kəndin azərbaycanlı sakinlərinə hücumlar başlayıb. Qarabağ münaqişəsinin vüsət alması ilə davam edən hücumlar bir neçə il sonra kəndin işğalı ilə nəticələnib. Edilli kəndi Ermənistan Silahlı Qüvvələri tərəfindən 2 oktyabr 1992-ci ildə işğal edilib. İşğal dövründə kənddə azərbaycanlılara məxsus tarixi abidələr, qəbiristanlıqlar və yaşayış yerləri ermənilər tərəfindən dağıdılıb. Kənd 15 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. 2022-ci ilin fevral ayında Edilli kəndində kütləvi məzarlıq aşkarlanmışdır. Kütləvi məzarlıq, Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupunun, Birinci Qarabağ müharibəsi zamanı əsir–girovluqda olmuş şəxslərin şahid ifadələrinə əsasən apardığı axtarış–araşdırma tədbirləri nəticəsində müəyyən edilmişdir. İlkin məlumatlara əsasən, məzarlıqda 15–20 nəfərin qalıqlarının olduğu güman olunurdu.

Tarixi abidələri

Edilli kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır:

İnventar № Abidənin adı Tarixi Yerləşdiyi ünvan Növü Əhəmiyyət dərəcəsi
4344 Məbəd Qeyd olunmayıb Edilli kəndi Memarlıq Yerli

Coğrafiyası və iqlimi

Kənd Qarabağ silsiləsinin cənub–şərq ətəyində yerləşir.

Əhalisi

İl Daimi əhali Kişilər Qadınlar
1999 XXXX XXXX XXXX
2009 ↗XXXX ↗XXXX ↗XXXX

Tanınmış şəxsləri

  • Artur Mkrtçyan (1959–1992) — Birinci Qarabağ müharibəsi zamanı erməni separatçıların hərbi və siyasi liderlərindən biri.
  • Kamo Ağacanyan (d. 1971–) — dövlət və hərbi xadim, general–leytenant, Qondarma Dağlıq Qarabağ Respublikasının keçmiş polis rəisi, MTN-in direktoru.

İqtisadiyyatı

Mədəniyyəti

Kənddə mədəniyyət müəssisəsi mövcud deyil.

Təhsil

Kənddə təhsil müəssisəsi mövcud deyil.

Din

Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.

Səhiyyə

Kənddə səhiyyə müəssisəsi mövcud deyil.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Edilli haqqında məlumat. Edilli nədir? Edilli nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Puldəşt şəhristanı

  • Fevral 28, 2026

    Ələmut dövləti

  • Fevral 28, 2026

    Hörmətli fahişə

  • Fevral 27, 2026

    Qalo

  • Mart 01, 2026

    İsa Məlikov

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst