Nərgiz Birk-Petersen (dan. Narguiz Birk-Petersen; 27 oktyabr 1976, Bakı) — azərbaycanlı hüquqşünas və aparıcı.
| Nərgiz Birk-Petersen | |
|---|---|
| Nərgiz İlqar qızı Abbaszadə | |
| |
| Doğum tarixi | 27 oktyabr 1976 (49 yaş) |
| Doğum yeri | |
| Anası | Məleykə Abbaszadə |
| Təhsili | |
| Fəaliyyəti | televiziya aparıcısı, vəkil |
Həyatı
Nərgiz-Birk Petersen (Nərgiz Abbaszadə) 1976-cı ildə Bakıda doğulub. 16 yaşında Xəzər Universitetində təhsil alarkən universitet kanalında ingiliscə yayımlanan xəbər proqramında müxbir kimi fəaliyyət göstərib. Sonra hüquq təhsili almaq üçün ABŞ-yə gedib. Burada hüquq təhsili almaqla yanaşı model kimi çalışıb. Universitetdə təhsilini başa vurduqdan sonra Rusiya və ABŞ-də vəkillik edib. Azərbaycanca, danimarkca, ingiliscə və rusca danışa bilən Birk-Petersen Eldar Qasımov və Leyla Əliyeva ilə birlikdə Bakıda keçirilən 2012 Avroviziya Mahnı Müsabiqəsinin aparıcısı olub.
2020 Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək üçün namizəd şəhərlər sırasında olan Bakının bu təbdirlə bağlı təşkilat komitəsinin üzvü olub.
Anası Məleykə Abbaszadə DİM-in Rəyasət heyətinin sədridir.
Nərgiz Birk-Petersen öz həyat yoldaşı Ulrik və iki övladı ilə Kopenhagen şəhərində yaşayır və Danimarka vətəndaşıdır.
Həmçinin bax
- 2012 Avroviziya Mahnı Müsabiqəsi
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Nərgiz Birk-Petersen haqqında məlumat. Nərgiz Birk-Petersen nədir? Nərgiz Birk-Petersen nə deməkdir?
