Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Fərrux Kərim oğlu Zakirov (özb. Farrux Zokirov Karim oʻgʻli; 16 aprel 1946, Daşkənd) — özbək və sovet estrada müğənnisi, bəstəkarı və aktyoru. Yalla qrupunun qu

Fərrux Zakirov

  • Ana Səhifə
  • Vikipediya
  • Fərrux Zakirov

Fərrux Kərim oğlu Zakirov (özb. Farrux Zokirov Karim oʻgʻli; 16 aprel 1946, Daşkənd) — özbək və sovet estrada müğənnisi, bəstəkarı və aktyoru. Yalla qrupunun qurucusu. Özbəkistanın Dövlət mükafatı laureatı. 2002-ci ilin may ayından 2004-cü ilin iyul ayına qədər Özbəkistanın mədəniyyət naziri. Azərbaycan (2024) Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Tacikistan, İnquşetiya və Qaraqalpaqıstan respublikalarının xalq artisti..

Fərrux Zakirov
özb. Farrux Zokirov Karim og'li
Ümumi məlumatlar
Doğum adı Fərrux Kərim oğlu Zakirov
Doğum tarixi 16 aprel 1946 (79 yaş)
Doğum yeri Daşkənd, Özbəkistan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ→Özbəkistan Özbəkistan
Milliyyəti özbək
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni
bəstəkar
kinoaktyor
Fəaliyyət illəri 1969 — indiyə qədər
Janr estrada
Musiqi alətləri gitara
Səs tembri tenor
Albom şirkəti Melodiya
Əlaqəsi Yalla
Təhsili
  • Özbəkistan Dövlət Konservatoriyası[d]
Üzvlüyü
  • Yalla
Mükafatları "Özbəkistan SSR xalq artisti" fəxri adı"Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 20242024
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Fərrux Zakirov, 1946-cı ilin 16 aprelində Daşkənddə musiqiçi ailəsində dünyaya gəlmişdir. Onun atası Özbəkistan SSR xalq artisti (1939), Əlişir Nəvai adına Özbəkistan Dövlət Opera və Balet Teatrının solisti və bariton səsə malik olan opera müğənnisi Kərim Zakirov olmuşdur. Anası Şahistə Səidova isə xalq mahnılarının mahir ifaçısı və Mukimi adına Musiqili Komediya və Dram Teatrının solisti olmuşdur. Onlar, Çaykovski adına Moskva Dövlət Konservatoriyasında tanış olublar. Evlənən cütlüyün 5 oğlu və 1 qızı dünyaya gəlir: Batır, Luiza, Naufal, Cəmşid, Fərrux və Rövşən. Uşaqlar, Özbəkistanda sayılıb-seçilən incəsənət xadimlərinin əhatəsində böyüyürlər. Belə bir mühitdə böyüyən uşaqların mədəniyyət və incəsənətə maraqları artır. Beləliklə, Daşkənddə musiqi sahəsində parlayan Zakirovlar nəsli yetişir.

Ailəsi

  • Ata — Kərim Zakirov (1912–1977), opera müğənnisi (bariton), Özbəkistanın xalq artisti.
  • Qardaş — Batır Zakirov (1936–1985), özbək və sovet müğənnisi, yazıçı, şair, rəssam və aktyor. Respublikada estrada musiqisinin banisi. Özbəkistanın xalq artisti.
  • Qardaş — Cəmşid Zakirov (1949–2012), özbək və sovet teatr və kino aktyoru, teleaparıcı, Özbəkistanın əməkdar artisti.
  • Bacı — Luiza Zakirova, müğənni.
  • Bacısı qızı — Nərgiz Zakirova, Luiza Zakirovanın qızı, müğənni.

Təltifləri

  • 22 iyul 2024-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında mədəni əlaqələrin inkişafında xidmətlərinə görə "Xalq artisti" fəxri adı ilə təltif edilib.

Filmoqrafiya

Filimləri İl
uz:Toʻylar muborak (film) 1978
ru:Какие наши годы! (фильм) 1980
Tangalik bolalar 1989
Alpamış 1999
Taqdir 2003
Munis onam 2003
Майсара ты супер звезда

Maraqlı faktlar

Fərrux Zakirov, 1991-ci ilin yayında SSRİ xalq artisti fəxri adı ilə təltif olunmağa təqdim edilir, lakin həmin ildə baş verən avqust hadisələri bu prosesin gerçəkləşməsinə imkan vermir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Fərrux Zakirov haqqında məlumat. Fərrux Zakirov nədir? Fərrux Zakirov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Doqquzdon

  • Fevral 28, 2026

    Nəcibə Behbudova

  • Fevral 24, 2026

    Bakteriyalar

  • Fevral 26, 2026

    Donetsk vilayəti

  • Fevral 27, 2026

    Faiq Qarayev

Trend Mahnılar
  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst