Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Məmmədli, Məhəmmədi — Azərbaycan Respublikasının Abşeron rayonunun Məmmədli kənd inzibati ərazi dairəsində kənd. Kənd dəniz səviyyəsindən 29 metr yüksəklikdə, X

Məmmədli (Abşeron)

  • Ana Səhifə
  • Vikipediya
  • Məmmədli (Abşeron)

Məmmədli, Məhəmmədi — Azərbaycan Respublikasının Abşeron rayonunun Məmmədli kənd inzibati ərazi dairəsində kənd. Kənd dəniz səviyyəsindən 29 metr yüksəklikdə, Xırdalan şəhərindən 17, Bakıdan 21 km məsafədə yerləşir. Ən yaxın dəmir yolu stansiyası Qışlıdır. Qəsəbənin adı XIX əsrin sonunda bu ərazidə qışlaq salmış Muğanlı tayfasının adından götürülüb.

Məmmədli
Qəsəbə ərazisində yerləşən təbiət abidəsi
Qəsəbə ərazisində yerləşən təbiət abidəsi
40°30′19″ şm. e. 49°54′06″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Region Abşeron rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
  • UTC+04:00
Əhalisi
Əhalisi 7.819 nəfər
Rəsmi dili
  • Azərbaycan dili
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ0125
Məmmədli xəritədə
Məmmədli
Məmmədli
Məmmədli xəritədə
Məmmədli
Məmmədli

Mündəricat

Tarixi

Abşeronun bəzi digər kəndləri kimi Məhəmmədli də qəsr-qala ətrafında formalaşmışdır. Zaman keçdikcə Azərbaycanın başqa yerlərindən gələnlərin hesabına yaşayış məskəni genişlənib. Onlar burda ayrı-ayrı məhəllələr yaradırdılar. Bu məhlələr Cənubi Azərbaycanın Qaradağlı (Əhər), Qədimədili, Şahsevən (Muğan), Ənnədili, Tat və s. idi.

1886-cı il ailə siyahıya alınmasının materiallarına görə, kəndin əhalisi 997 nəfər olmuş, dini mənsubiyyətə görə isə şiə müsəlmanlar idilər.

1913-cü ildə Məmmədli kəndi Bakı quberniyasının inzibati-ərazi bölgüsünə görə Bakı qəzasının Maqomedli kənd cəmiyyətinə tabe olub.

Kənd 1926-cı ildə Azərbaycan SSR-in inzibati ərazi bölgüsünə görə Bakı qəzasının Qala-Maştağı dairəsinə tabe idi.

1929-cu ildə inzibati bölgü islahatı və qəzalar ləğv edildikdən sonra qəsəbə Azərbaycan SSR Bakı şəhər Sovetinin Kirov rayon sovetinin Məmmədli kənd sovetinin tabeliyinə verildi.

1961-ci il inzibati ərazi bölgüsünə görə Məmmədli kəndi Azərbaycan SSR, Bakı şəhəri, Lenin rayonu Məmmədli kənd sovetinin tərkibində idi.

1963-cü il yanvarın 4-də kənd yeni yaradılmış Abşeron rayonunun tərkibinə verildi. 1977-ci il inzibati ərazi bölgüsünə görə kənd Abşeron rayonu Məmmədli kənd sovetinin tərkibində olub.

1999-cu ildə Azərbaycanda inzibati islahat aparıldı və Məmmədli inzibati ərazi dairəsi tərkibində Abşeron rayonunun Məhəmmədli bələdiyyəsi yaradıldı.

Əhalisi

Əhali əsasən heyvandarlıqla məşğul olur və sənayedə çalışır.

İl Əhalinin sayı
1886997
1933Azalma 452
19811450
19992710
2009Artım 5497

İqlimi

Məmmədli qəsəbəsində orta illik havanın temperaturu +14,7 °C-dir. Qəsəbədə yarımsəhra iqlimi şəraiti hökm sürür.

Məmmədli üçün iqlim tarixçəsi
Aylar Yan Fev Mar Apr May İyun İyul Avq Sen Okt Noy Dek İllik
Orta maksimum, °C 6,5 6,0 6,7 9,5 16,6 21,1 27,1 30,2 30,1 25,7 19,3 15,8 19,5
Ortalama temperatur, °C 3,9 3,5 6,4 12,5 17,8 22,8 25,9 25,9 22,0 15,9 13,0 6,5 11,3
Ortalama temperatur minimum, °C 1,4 1 3,4 8,4 13,6 18,6 21,6 21,8 18,3 12,5 10,2 3,8 9,9
Yağıntının miqdarı, mm 24 20 24 39 34 29 14 13 21 32 33 25 308
Mənbə: tursovetchik.ru

Mədəniyyəti

Yanardağ abidəsi

Məhəmmədi kəndi ərazisində, dağın ətəyində təbii qazın çıxması nəticəsində alovlanan, tarixi bilinməyən təbiət abidəsi olan "Yanardağ vardır. "Yanardağ"ın böyük turizm əhəmiyyəti vardır. Abidə Bakı şəhər mərkəzindən 27 km, kənd mərkəzindən isə təqribən 2 km məsafədə, Məhəmmədi-Digah şose yolunun sol istiqamətində yerləşir.

Yanardağın təbii əbədi məşəli Abşeron yarımadasının altındakı böyük yataqdan yanar təbii qazın sızması nəticəsində yaranıb. Bu yanğının alovlanması qədim dövrlərdə baş verib. Bu barədə Marko Polo da məlumat verib. Bu yanğınlar ən çox alaqaranlıqda görünür. Belə işıqlar zərdüştilik tərəfdarlarının ibadət obyektidir. Yanardağ dağından çıxan yanğın sönmür.. Yanardağ alovları "Yanar bulaq" kimi tanınır. Alov dağın yamacının altındakı çıxıntının altındakı qum birləşmələrindəki dəliklərdən gəlir..

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 02 may 2007-ci il tarixli sərəncamı ilə "Yanar dağ"ın ərazisi dövlət tarix-mədəniyyət və təbiət qoruğu elan edilmişdir. Qoruğun ərazisi isə 64,55 hektar təşkil edir. Bu əraziyə Qurd yuvası, min yaşı olan iki qəbiristanlıq və qədim məscid, Qotursu bulağı, Əli daşı, Kardaşı, Qırməki vadisi və Yanardağ aiddir.

2018-ci ildə Prezident İlham Əliyev qoruğun yenidən qurulması tədbirləri haqqında sərəncam imzalayıb. 2019-cu ildə əsaslı təmir işləri başa çatdırılıb və yenidən qurulan qoruğun açılışı iyunun 12-də olub.

İnfrastruktur

Sovet vaxtı kənddə tam orta məktəb, kitabxana, kinoteatr, uşaq bağçası, tibb məntəqəsi fəaliyyət göstərib.

Hazırda qəsəbədə "Azqalfan-A" MMC zavodu, poçt şöbəsi, orta məktəb, klub, kitabxana, tibb məntəqəsi və məscid yerləşir.

Ədəbiyyat

  • Фатуллаев-Фигаров Ш. С. Зодчество Апшерона. Б.: Шарг-Гарб. 2013. ISBN 978-9952-32-020-6.
  • Hüseynqulu Sarabski. Köhnə Bakı. B.: Şərq-Qərb. 2006. ISBN 978-9952-34-008-2.
  • Qılman İlkin. Bakı və bakılılar. B.: Nurlar. 2006. ISBN 978-9952-426-12-7.
  • tərt. ed. N.Tahirova; red. və bur. məs. Ş.Qəmbərova. Bakı kəndləri. B.: F.Köçərli adına Respublika Uşaq Kitabxanası. 2018.

Həmçinin bax

  • Bakı kəndlərinin siyahısı

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Məmmədli (Abşeron) haqqında məlumat. Məmmədli (Abşeron) nədir? Məmmədli (Abşeron) nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Münhen sazişi

  • Fevral 27, 2026

    .com

  • Fevral 27, 2026

    Neyriz

  • Fevral 27, 2026

    Suicidal Tendencies

  • Fevral 24, 2026

    Xaen

Trend Mahnılar
  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst