Kapron turşusu (heksan turşusu) CH3(CH2)4СООН — birəsaslı doymuş karbon turşusudur. Kapron turşusunun duz və anionları kapronatlar adlanır.
| Kapron turşusu | |
|---|---|
| |
| |
| Ümumi | |
| Kimyəvi formulu | СH3(CH2)4СООН |
| Fiziki xassələri | |
| Molyar kütlə | 116,15 q/mol |
| Sıxlıq | 0,920 q/sm³ |
| Termik xüsusiyyətlər | |
| Ərimə nöqtəsi | -3,4 °C |
| Qaynama nöqtəsi | 202-203 °C |
| Təsnifatı | |
| CAS-da qeyd. nöm. | 142-62-1 |
| PubChem | 8892 |
| EINECS-də qeyd. nöm. | 205-550-7 |
| SMILES | |
| InChI | |
| ChEBI | 30776 |
| ChemSpider | 8552 |
| Məlumatlar normal şərait (25 °C, 100 kPa) üçün verilmişdir. | |
İzomerləri
Kapron turşusu ilə yanaşı, ümumi formulu С5Н11COOH olan 8 struktur izomeri də mövcuddur:
- 4-metilpentan turşusu СН3-СН(СН3)-СН2-СН2-COOH
- 3-metilpentan turşusu СН3-СН2-СН(СН3)-СН2-COOH
- 2 — metilpentan turşusu СН3-СН2-СН2-СН(СН3)-COOH
- 2-etilbutan turşusu СН3-СН2-СН(СН2-СН3)-COOH
- 3 — etilbutan turşusu СН3-СН(СН2-СН3)-СН2-COOH
- 3,3-dimetilbutan turşusu СН3-С(СН3)2-СН2-COOH
- 2,2 — dimetilbutan turşusu СН3-СН2-С(СН3)2-COOH
- 2,3 — dimetilbutan turşusu СН3-CH(СН3)-CH(СН3)-COOH
və 5 siniflərarası izomerlər:
- Kapron turşusunun metil efiri СН3-СН2-СН2-СН2-COOH-СН3
- Kapron turşusunun etil efiri СН3-СН2-СН2-COOH-СН2-СН3
- Kapron turşusunun propil efiri СН3-СН2-COOH-СН2-СН2-СН3
- Kapron turşusunun butil efiri СН3-COOH-СН2-СН2-СН2-СН3
- Kapron turşusunun pentil efiri COOH-СН2-СН2-СН2-СН2-СН3
Fiziki xassələri
Kimyəvi xassələri
Kimyəvi xassələrinə görə kapron turşusu doymuş alifatik karbon turşularının tipik nümayəndəsidir. Orta qüvvətli turşudur (pKa 4.88). Ondan duzlar və mürəkkəb efirlər, halogenanhidridlər və anhidridlər alınır. Kapron turşularının duz və efirləri heksanatlar adlanır. Bromla fosforun iştirakı ilə α-vəziyyətdə bromlaşır.
Alınması və təbiətdə yeri
Təbiətdə müxtəlif heyvanların piylərində və babassu palmalarının tərkibində mövcuddur (0,2%). Ağacın tərkibində vardır Goupia glabra(=tomentosa); alına bilər: nitrildən — Н3С[СH2]4CN, normal heksanolun oksidləşməsindən, gənəgərcək yağının oksidləşməsindən; çürümüş pendirin iştirakı ilə şəkərin qıcqırmasından, streptokokların təsiri ilə fibrindən. 3.6–7.2% süd yağlarının tərkibinə daxildir.
Tətbiqi
Mürəkkəb efirlərin alınmasında istifadə edilir. Aromatizator olaraq heksilfenolların alınmasında tətbiq edilir.
Təhlükəsizliyi
Alışma temperaturu – 1020C, öz-özünə alışma temperaturu – 3800C. Partlayış həddi 1.3–9.3%. BBQ 5 mq/m³. ЛД50–3000 mq/kq
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Kapron turşusu haqqında məlumat. Kapron turşusu nədir? Kapron turşusu nə deməkdir?

