Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Agah Əfəndi (1832, Yozqat və ya İstanbul – 22 dekabr 1885, Afina) — Türkiyə yazıçısı,"Gənc Osmanlı" cəmiyyətinin üzvü, Poçt naziri, səfir.

Agah Əfəndi

  • Ana Səhifə
  • Vikipediya
  • Agah Əfəndi

Agah Əfəndi (1832, Yozqat və ya İstanbul – 22 dekabr 1885, Afina) — Türkiyə yazıçısı,"Gənc Osmanlı" cəmiyyətinin üzvü, Poçt naziri, səfir.

Agah Əfəndi
Doğum tarixi 1832(1832)
Doğum yeri
  • Yozqat və ya
  • İstanbul, Osmanlı imperiyası
Vəfat tarixi 22 dekabr 1885(1885-12-22) (52–53 yaşında)
Vəfat yeri
  • Afina, Afina bələdiyyəsi[d], Mərkəzi Afina[d], Attika, Yunanıstan
Fəaliyyəti jurnalist, yazıçı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

O, Türkiyədə poçt naziri kimi ilk poçt pullarını buraxmışdır. Bu gün o, daha çox bir qəzet işçisi kimi xatırlanmaqdadır. Dövrünün mütərəqqi padşahlarından olan Əbdüləzizin hakimiyyəti zamanı Agah Əfəndi Avropaya göndərildi. Avropadan qayıtdıqdan sonra II Əbdülhəmid tərəfindən sürgünə göndərilmiş, istibdad zülmü çəkmişdir.

Mündəricat

Həyatı

Poçt pullarının və qəzetlərinin atası sayılan Agah Əfəndi 1832-ci ildə İstanbulda Sarıyerdə anadan olmuşdur. Yozqatlı Çobanoğullarından Ömər Əfəndinin oğludur. Yeddi il tibb institutunda oxuduqdan sonra fransız dilini yaxşı bildiyi üçün təhsilini yarımçıq qoyub "Babiali tərcümə şöbəsində" çalışmışdır.

Avropadan vətənə qayıtdıqdan sonra bir çox vəzifələrdə çalışmışdır. O, da II Əbdülhəmidin sürgünündən yan keçə bilməmişdi. 8 il sonra, bağışlanmışdı. Son vəzifəsi Afinada səfir işləməsi olmuşdur.

Fəaliyyəti

1860-cı ildə buraxdığı "Tərcümani Əhval" qəzeti Türkiyədə çap edilmiş üçüncü qəzetdir.

Birinci qəzet dövlətin çap etdirdiyi "Təqvimi vəkayı"dır, ikinci qəzet isə Çörçill tərəfindən buraxılmışdır. "Tərcümani Əhval" isə bir türk tərəfindən buraxılan ilk qəzet idi. Qəzetin əsas yazıları İbrahim Şinasi tərəfindən yazılmışdır, lakin altı ay sonra İbrahim Şinasi həmin qəzetdən ayrıldı. Altı il çıxan bu qəzet dövlət tərəfindən gah açıldı, gah da bağlandı.

Namiq Kamalın Gənc Osmanlılar cəmiyyətinə qatılmış ve 1866-cı ildə Parisə qaçaraq müxalifətçilərə qatılmışdır."Müxbir" ve "Hürriyət" qəzetlərində çalışmışdır.

Poçt naziri olarkən 1861-ci ildə ilk poçt pullarını kəsdirdi.

Ölümü

Agah Əfəndi 1885-ci ildə Afinada vəfat etmişdir. İstanbulda Sultan Mahmud türbəsində dəfn olunmuşdur.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Agah Əfəndi haqqında məlumat. Agah Əfəndi nədir? Agah Əfəndi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Şəlvə

  • Fevral 27, 2026

    Allergen

  • Fevral 21, 2026

    Kiril qrafikası

  • Fevral 27, 2026

    Hamarburunlar

  • Fevral 27, 2026

    Fövqəltəbii qüvvə

Trend Mahnılar
  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst