Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Cədidizm və ya Cədidçilik (ərəb. جديدية‎ "yenilikçilik", buradan tatar. Cäditçelek, başq. йәдитселек) — XIX əsrin sonu, XX əsrin əvvəllərində Rusiya imperiyasın

Cədidizm

  • Ana Səhifə
  • Vikipediya
  • Cədidizm

Cədidizm və ya Cədidçilik (ərəb. جديدية‎ "yenilikçilik", buradan tatar. Cäditçelek, başq. йәдитселек) — XIX əsrin sonu, XX əsrin əvvəllərində Rusiya imperiyasının əsasən türk mənşəli müsəlman xalqları arasında təşəkkül tapan ictimai-siyasi və intellektual hərəkat. XIX əsrin 80-ci illərində Krım, Qazan, həmçinin Azərbaycanda, 90-cı illərdən isə orta Asiyada yayılmışdı. Əvvəllər köhnə müsəlman təhsil sistemini dəyişdirmək və müsəlman üçün Avropa təhsilinin zəruriliyi uğrunda məhdud mədəniyyətçilik hərəkatı idi. Cədidçilər, yaranan burjuaziyaya maneəçilik törədən feodalizm qalıqlarının ləğvinin zəruriliyi, islamın və dini məktəblərin məhdud islahatı, islamın milli burjuaziyanın tələblərinə uyğunlaşdırılması xeyrinə çıxış edirdilər.

Cədidizmə əks mövqedə duranların fikirləri qədimizmdə öz əksini tapır.

1905-ci il inqilabından sonra cədidçilər konstitusiyalı monarxiya, yerli özünüidarəetmə, ümumi səsvermə hüququ, demokratikləşmə ideyalarını dəstəkləyən "İttifaq-əl-müslimin" ("Müsəlman ittifaqı") partiyasının əsasını təşkil etdilər.

Müəyyən proqramı, rəhbərlik mərkəzi və nizamnaməsi olmayan cədidçilər Türkistan və Buxaradakı leqal nəşrlər ətrafında, yeni üsullu məktəblərdə, xeyriyyə cəmiyyətlərində və i.a. toplanmışdılar. Bəzən cədidçilərə demokratik ziyalılar da (Həmzə Həkimzadə Niyazi, Sədrəddin Ayni və b.) qoşulurdu, lakin onların siyasi cəhətdən Cədidizmlə yaxınlığı yox idi. Orta Asiyada Cədidizmin inkişafına 1908-ci ildə Türkiyədə baş vermiş gənc türklər inqilabı güclü təsir göstərmişdir.

1917-ci il Fevral inqilabından sonra cədidçilər millətçi partiyalarını yaratdılar (Türkistanda Şura-i islam, Buxarada və Xivədə "Gənc buxaralılar" və "Gənc xivəlilər" partiyaları). Rusiyada Oktyabr inqilabından sonrakı Vətəndaş müharibəsində cədidçilər Sovet hakimiyyəti əleyhində çıxış edir, irticaçı "Kokand muxtariyyati" ilhamçılarının sırasında olub, rus ağqvardiyaçıları və Buxara əmiri ilə əlaqə saxlayır, basmaçılar hərəkatında fəal iştirak edirdilər. Orta Asiyada Sovet hakimiyyəti qurulduqdan sonra cədidçilik aradan götürüldü.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Cədidizm haqqında məlumat. Cədidizm nədir? Cədidizm nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Əl-Kafi

  • Fevral 13, 2026

    Amerika qitəsi

  • Fevral 27, 2026

    Abbey Road

  • Fevral 27, 2026

    II Axsitan

  • Fevral 27, 2026

    Covanni Leone

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst