Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Yüksək partlayıcılı tank əleyhinə mərmi (ing. high-explosive anti-tank; Abr: HEAT) və ya Kumulyativ mərmi — kumulyativ effektdən istifadə olunan əsas artelleriy

HEAT

  • Ana Səhifə
  • Vikipediya
  • HEAT

Yüksək partlayıcılı tank əleyhinə mərmi (ing. high-explosive anti-tank; Abr: HEAT) və ya Kumulyativ mərmi — kumulyativ effektdən istifadə olunan əsas artelleriya təyinatlı mərmi növüdür. Zirehli (tank, pzm və sairə), eləcə də dəmir-beton hədəfləri vurmaq üçün nəzərdə tutulur. Kumulyativ mərmi korpusdan, partlayıcı doldurucudan, kumulyativ çuxurcuqdan, partladıcıdan və trasserdən ibarətdir. Yüksək çıxış sürətini Neuman effekti ilə istifadə edərək möhkəm və qalın zirehi daha təsirli bir şəkildə vurur. Səs sürətindən 25 dəfə daha sürətli hərəkət edərək, zirehə yüksək təsir göstərir. Mərminin xarici hissəsi metal astarla örtülmüşdür. İkinci Dünya müharibəsi dövründə misdən istifadə edilmişdir. Mərmi tank zirehinə çatmazdan 2 metr əvvəl əsasən bölünür və dağılır. HEAT mərmisinin effekttivliyi əsasən döyüş başlığının diametri ilə mütənasibdir. Zirehin xaricində partlayan mərmi, sonra sanki zirehə bir barmaq ilə yumruq vurmaq kimi yüksək təsir göstərir. Bu təsir ilə zirehdə bir deşik açılır. Ümumiyyətlə, mərmi diametrinə nisbətən 150% ilə 250% arasındakı genişlikdə təsirli olur. Yeni versiya mərmilərdə bu nisbət 700%-ə qədər artır. HEAT mərmisi fırlanarsa, effektivliyi azalır. Buna görə də, mərkəzdənqaçma gücünü azaldacaq formada hazırlanır. Bu mərmilərin xüsusi dizaynları yivli toplarla və ya yivsiz toplarla atıla bilər. HEAT başlıqları idarə olunan raketlərdə, silah bombalarında və ya minaatan mərmilərində istifadə edilə bilər

Rus mənşəli 125 mm-lik BK-14m

Tarixi

İlk HEAT başlığı, ingilis istehsalı No. 68 adlı silah bombasında istifadə edilmişdir. Bunun daha da inkişaf etdirilmişi isə ABŞ istehsalı “Bazuka” və İngilis istehsalı PIAT minaatanları idi. Almanlar isə 1940-cı ilin yayında Panzer-IV və StuG III zirehli maşınlarının topu ilə atıla bilən 7,5 cm Gr. 38-i istehsal etdi. Bunu 1941-ci ilin yayında paraşüt qoşunları tərəfindən silah bombası olaraq istifadə edilən 7.5 cm Gr. 38 H1/A izlədi. 1942-ci ildə digər ordu hissələri tərəfindən istifadə edilmiş Gr. 38 H1/B istehsal edilmişdir. 1942-ci ildə Panzerfaust, 1943-cü ildə Puppçen və Panzerschreck kimi roketli tank əleyhinə silahlar istehsal edilmiş və müharibənin sonuna qədər Nasist Almaniyası tərəfindən istifadə edilmişdir.

Ədəbiyyat

  • Советская военная энциклопедия. Москва, 1980, Военное издательство министерства обороны СССР.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, HEAT haqqında məlumat. HEAT nədir? HEAT nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Sinqapur boğazı

  • Fevral 27, 2026

    Qustav Kurbe

  • Fevral 27, 2026

    Manaus

  • Mart 01, 2026

    NK Maribor

  • Mart 01, 2026

    I. Marqarita

Trend Mahnılar
  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst