Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Altinq (isl. Alþingi "Ümumi yığıncaq") — İslandiyanın parlamenti. Altinq 930-cu ildə açılmışdır. Bu göstərici ilə Altinq Avropada fəaliyyətə başlamış ilk parlam

Altinq

  • Ana Səhifə
  • Vikipediya
  • Altinq

Altinq (isl. Alþingi "Ümumi yığıncaq") — İslandiyanın parlamenti. Altinq 930-cu ildə açılmışdır. Bu göstərici ilə Altinq Avropada fəaliyyətə başlamış ilk parlament hesab olunur.

İslandiya parlamenti Altinqin binası

İslandiyanın milli parlamenti Altinq (tərcümədə-ümumi yığıncaq) adlanır. O, dünyada ən qədim parlament hesab olunur. İlk dəfə olaraq parlament 930-cu ildə Tinqvelir adlı yerdə toplanıb. Bununla da, İslandiya dövlətinin əsasının qoyulması hesab olunur. Altinqin toplandığı ərazi Tinqvadlvatn adlı gölün sahilində yerləşib. Tinqvadlvatının özəlliyi ondan ibarətdir ki, göl iki materik tavasının üzərində yerləşib: Şimali Amerika və Avrasiya. Həmin dövrdə Altinqdə yalnız azad kişilər iştirak edə bilərdi. əvvəllər Altinq təkcə qanunların qəbul olduğu yer olmayıb. Burada həmçinin, mübahisələr də həll olunardı. 1000-ci ildə Altinqdə iştirak edənlərin əksəriyyəti xristianlığın qəbul olunması lehinə səs verir.

Altinq ildə 2–3 dəfə keçirilərdi.bütün İslandiya əhalisinin burada iştirakı üçün adətən Altinq yay aylarında baş tutardı. Ada kəndli və fermerlər və hər hansı mühahisəni həll etməyə təşrif buyuran insanlar Qanun Qayası (Lögberg) ətrafında toplaşardı.

Qədim zamanlarda qəbul olunmuş qanunlar İslandiyada günü bu günədək qüvvədə qalır. Məsələn, adadan kənara aparılan at (lap atçılıq üzrə dünya çempionatına aparılsa belə) o, geri qaytarıla bilməz. Bu qərar İslandiya parlamentində 982-ci ildə qəbul olunub və heç kim bu qanunu dəyişmək niyyətində deyil.

İslandiya Norveçə birləşdikdən sonra (1262-ci il) belə, Altinq 1799-cu ilədək fəaliyyətini davam etdirir. Həmin ildən etibarən Altinq, xüsusi Ali məhkəmə ilə əvəzlənir. 1844-cü ildə İslandiyalı alim və dövlət xadimi Youn Siqurdssonun fəal iştirakı altında Altinq bərpa olunur və Reykyavikə köçür. Müasir İslandiya parlamentinin binası 1881-ci ildə inşa olunur. İndi isə (1991-ci ildən) Altinq birpalatalı parlamentdir və 63 deputatdan ibarətdir.

 İslandiya ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Altinq haqqında məlumat. Altinq nədir? Altinq nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 28, 2026

    Qıpçaq-noqay dilləri

  • Mart 01, 2026

    Rotten Tomatoes

  • Fevral 28, 2026

    Zorxana

  • Fevral 27, 2026

    Badamlı (Şahbuz)

  • Mart 02, 2026

    .uz

Trend Mahnılar
  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst