Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

29 mart 2005-ci ildə Badamlı qəsəbəsi Badamlı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin qəsəbə mərkəz olmaqla, Badamlı qəsəbə inzibati ərazi vahi

Badamlı (Şahbuz)

  • Ana Səhifə
  • Vikipediya
  • Badamlı (Şahbuz)

Badamlı — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda kənd.

Badamlı
39°27′00″ şm. e. 45°31′46″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Muxtar respublika Naxçıvan MR
Rayon Şahbuz rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 1.439 m
Saat qurşağı
  • UTC+04:00
Əhalisi
Əhalisi 1226 nəfər
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ 7120
Xəritəni göstər/gizlə
Badamlı xəritədə
Badamlı
Badamlı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Tarixi

29 mart 2005-ci ildə Badamlı qəsəbəsi Badamlı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin qəsəbə mərkəz olmaqla, Badamlı qəsəbə inzibati ərazi vahidi yaradılmışdır.

Mədəniyyəti

Kənd əhalisi əsasən heyvandarlıqla məşğul olur.Kənddəki meyvə ağaclarının əsasını badam ağacları təşkil edir.

Coğrafiyası və iqlimi

Badamlı mineral suyu da məhz bu kəndin ərazisində çıxır. Bu mineral suyun mənbəyi badam meşəliyi və üzümlüklə örtülmüş gözəl bir vadidə, dəniz səviyyəsindən 1.400 m yüksəklikdə, Naxçıvan şəhərinin 30 kilometrliyində eyniadlı kəndin kənarında yerləşir (Naxçıvan MR Şahbuz rayonu). Bu yer gündəlik debiti 2,5 mln. litrə çatan karbonatlı su-narzan bulaqları sayəsində məşhurlaşmışdır. Bu suyun tərkibində yod, brom, mis, borat turşusu vardır. İstifadədə olan bulaqların əsasında Qafqazda ən böyük mineral sudoldurma zavodlarından biri fəaliyyət göstərir. «Badamlı-5» iştahı artıran, həzm prosesini yaxşılaşdıran, susuzluğu yatıran, gözəl süfrə içkisi kimi məşhurdur. Bu su kurort şəraitindən kənarda həzmetmə orqanları xəstəliklərinin müalicəsində əvəzedilməzdir.

Əhalisi

Əhalisi 1226 nəfərdir.

İqtisadiyyatı

Kəndin ərazisində Badamlı mineral su mənbəyi yerləşir. Bu mineral suyun mənbəyi dəniz səviyyəsindən 1274 metr yüksəklikdə yerləşir. «Badamlı» bulaqları XIX əsrin sonlarında yer qatının çatlaması nəticəsində üzə çıxmışdır. Qiymətli süfrə suyu kimi sənaye miqyasında istehsal edilir. Badamlıda beş mənbədən su çıxır və bunların gündəlik məhsuldarlığı 2,5 milyon litrdir. İkinci dünya müharibəsindən az sonra, 1947-ci ildən Şahbuz rayonunda "Badamlı" zavodu fəaliyyət göstərirdi. 1970-80-ci illərdə həmin müəssisə müasirləşdirildikdən sonra burada qablaşdırılan suyun 90%-i respublikamızdan kənara göndərilirdi. Sovet iqtisadi sisteminin süquta uğraması bir müddət "Badamlı"ya təsirsiz ötmədi. Lakin 2004-cü ildə özəlləşdirilən müəssisə tədricən əvvəlki şöhrətini özünə qaytarmağa müvəffəq olmuşdur. "Gəmiqaya Mineral sular" MMC şirkəti tərəfindən özəlləşdirilən müəssisə bazar iqtisadiyyatının tələblərinə uyğun yenidən fəaliyyətə başlamışdır. Badamlı mineral suyu qaraciyər və öd kisəsi xəstəliklərinə qarşı müalicəsində xeyirlidir. Həmin suların tərkibi Rusiyadakı Kislovodsk şəhərindəki “Narzan” mineral suyu ilə eyni tərkiblidir.

Həmçinin bax

  • Şahbuz rayonu

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Badamlı (Şahbuz) haqqında məlumat. Badamlı (Şahbuz) nədir? Badamlı (Şahbuz) nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Vismar

  • Fevral 27, 2026

    Yever

  • Fevral 27, 2026

    Kompüter platforması

  • Fevral 25, 2026

    Alba Yuliya

  • Fevral 27, 2026

    56 (ədəd)

Trend Mahnılar
  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst