Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Məmməd (Məhəmməd) Əli oğlu Əlizadə (mart 1919, Qaradığa, Zəngəzur qəzası – bilinmir) — Azərbaycan-sovet dövlət xadimi, general-mayor, Azərbaycan SSR ictimai asa

Məhəmməd Əlizadə

  • Ana Səhifə
  • Vikipediya
  • Məhəmməd Əlizadə

Məmməd (Məhəmməd) Əli oğlu Əlizadə (mart 1919, Qaradığa, Zəngəzur qəzası – bilinmir) — Azərbaycan-sovet dövlət xadimi, general-mayor, Azərbaycan SSR ictimai asayişi mühafizə (1965–1968) və daxili işlər (1968–1970) naziri.

Məmməd Əlizadə
Azərbaycan SSR daxili işlər naziri
19 dekabr 1968 – 24 mart 1970
Əvvəlkivəzifənin adı dəyişdirilib
SonrakıArif Heydərov
Azərbaycan SSR ictimai asayişi mühafizə naziri
5 yanvar 1965 – 19 dekabr 1968
ƏvvəlkiXəlil Məmmədov
Sonrakıvəzifənin adı dəyişdirilib
Naxçıvan MSSR Dövlət Təhlükəsizliyi Komitəsinin sədri
1955 – 1960
Əvvəlkiİbrahim Həsənov
Sonrakıİlhüseyn Hüseynov
Şəxsi məlumatlar
Doğum tarixi mart 1919(1919-03)
Doğum yeri
  • Qaradığa, Zəngəzur qəzası, Gəncə quberniyası
Vəfat tarixi bilinmir
Partiya
  • Ümumittifaq Kommunist (bolşeviklər) Partiyası (1943)
Təhsili
  • Azərbaycan Sənaye İnstitutu (1938–1948)
Rütbəsi
  • general-mayor

Həyatı

Məmməd Əli oğlu Əlizadə 1919-cu ilin mart ayında Azərbaycan Xalq Cümhuriyyəti Zəngəzur qəzasının (sonralar Qafan rayonu) Qaradığa (Qaradağ) kəndində anadan olmuşdur. Bir il sonra ailəsi ilə Bakıya köçmüş, 1934-cü ildə Ramanada yeddiillik məktəbi bitirərək Lassal adına Bakı Neft Texnikumuna daxil olmuşdur. O, burada təhsillə yanaşı ictimai həyatda da fəal iştirak etmiş və 1936-cı ildə komsomol sıralarına qoşulmuşdur.

1938-ci ildə texnikumu bitirərək Azərbaycan Sənaye İnstitutunun geoloji kəşfiyyat fakültəsinə qəbul olunan Məmməd Əlizadə Böyük Vətən müharibəsinin başlaması səbəbilə təhsilini tamamlaya bilməmiş, üçüncü kurs tələbəsi olarkən Sovet Ordusu sıralarına qoşulmuşdur. O, Bakı zenit-artilleriya məktəbinə daxil olmuş və buranı 1942-ci ildə bitirərək Zaqafqaziya cəbhəsinin Bakıdakı Hava Hücumundan Müdafiə Qüvvələrinin zenit-artilleriya alayında taqım komandiri kimi xidmət etmişdir. Sonra isə Zaqafqaziya Hərbi Dairəsinin zenit-artilleriya alayının batareya komandiri təyin edilmişdir. Müharibə illərində, 1943-cü ildə ÜİK(b)P üzvü seçilmişdir.

Məmməd Əlizadə 1947-ci ildə ordu sıralarından ehtiyata buraxıldıqdan sonra "Orconokidzeneft" trestinin 7-ci mədənində texnik-geoloq vəzifəsinə işə qəbul olunmuşdur. Həmin dövrdə yarımçıq qoyduğu təhsilini davam etdirmiş, 1948-ci ildə Azərbaycan Sənaye İnstitutunu qiyabi olaraq bitirmişdir. Bundan sonra "Orconokidzeneft" trestinin 5-ci mədəninin böyük geoloqu, bir il sonra isə həmin trestdə baş geoloqun müavini təyin edilmişdir.

1950-ci ildə Moskvaya oxumağa göndərilən Məmməd Əlizadə SSRİ Dövlət Təhlükəsizliyi Nazirliyinin ikiillik Ali Məktəbinə daxil olmuş və 1952-ci ildə buranı bitirdikdən sonra Bakı şəhər Milis İdarəsinin SƏDM (Sosialist Əmlakının Dağıdılması ilə Mübarizə İdarəsi) xidməti şöbəsinin rəis müavini olmuşdur. 1952-ci ildə Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Nazirliyinin Bakı vilayəti 5-ci şöbəsinin rəisi işləmişdir. 1954-cü ilin aprel ayında vəzifəsində irəli çəkilərək Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini təyin edilmişdir. 1955-ci il iyul ayından isə Naxçıvan MSSR Dövlət Təhlükəsizliyi sədri olmuşdur. Sonralar SSRİ Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsində çalışmışdır.

Məmməd Əlizadə 1965-ci ildə Azərbaycan SSR ictimai asayişi mühafizə naziri təyin edilmiş, 1970-ci ilədək bu vəzifədə (1968-ci ildən daxili işlər naziri) çalışmışdır. O, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü olmuş, 4-cü və 7-ci çağırış Azərbaycan SSR Ali Sovetinə və 5-ci çağırış Naxçıvan MSSR Ali Sovetinə deputat seçilmişdir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Məhəmməd Əlizadə haqqında məlumat. Məhəmməd Əlizadə nədir? Məhəmməd Əlizadə nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Fessaliya

  • Fevral 27, 2026

    Sis (Şəbistər)

  • Fevral 27, 2026

    Yayma (texnika)

  • Fevral 27, 2026

    Ağır metallar

  • Fevral 27, 2026

    Hierokles (İskəndəriyyəli)

Trend Mahnılar
  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst