Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Kərəm Nəriman oğlu Mustafayev (1 iyul 1962, Noraşen rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin general-polkovniki (2020), Azərbaycan Respublikası müdafiə nazirin

Kərəm Mustafayev

  • Ana Səhifə
  • Vikipediya
  • Kərəm Mustafayev

Kərəm Nəriman oğlu Mustafayev (1 iyul 1962, Noraşen rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin general-polkovniki (2020), Azərbaycan Respublikası müdafiə nazirinin müavini — Əlahiddə Ümumqoşun Ordusunun komandanı (2014–2024).

Kərəm Mustafayev
Azərbaycan Respublikası müdafiə nazirinin müavini — Əlahiddə Ümumqoşun Ordu komandanı
14 may 2014 – 10 iyul 2024
NazirZakir Həsənov
SonrakıKənan Seyidov
Azərbaycan Respublikası Müdafiə Nazirliyi Quru Qoşunlarının 5-ci Ordu Korpusunun komandiri
8 dekabr 1998 – 14 may 2014
Şəxsi məlumatlar
Doğum tarixi 1 iyul 1962(1962-07-01) (63 yaş)
Doğum yeri
  • Noraşen rayonu, Naxçıvan MSSR, Azərbaycan SSR, SSRİ
Təhsili
  • Bakı Ali Ümumqoşun Komandirlər Məktəbi,
  • Naxçıvan Dövlət Universiteti
Hərbi xidmət
Mənsubiyyəti Müdafiə Nazirliyi
Qoşun növü Əlahiddə Ümumqoşun Ordu
Döyüşlər Birinci Qarabağ müharibəsi (1992–1994)
Rütbəsi
General-polkovnik

Təltifləri "Azərbaycan Bayrağı" ordeni — 20032003 1-ci dərəcəli "Rəşadət" ordeni — 20182018 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni — 20142014 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni — 20112011 "Vətən uğrunda" medalı — 20092009 "Hərbi xidmətlərə görə" medalı — 20062006 "Hərbi xidmətdə fərqlənməyə görə" 2-ci dərəcəli medalı "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı" medalı "Qüsursuz xidmətə görə" 1-ci dərəcəli medalı "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalı "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)" yubiley medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)" yubiley medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" yubiley medalı 1-ci dərəcəli "Qüsursuz xidmətə görə" medalı 2-ci dərəcəli "Qüsursuz xidmətə görə" medalı 3-cü dərəcəli "Qüsursuz xidmətə görə" medalı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Kərəm Nəriman oğlu Mustafayev 1 iyul 1962-ci ildə hazırkı Şərur rayonunda anadan olub. 1983-cü ildə Bakı Ali Ümumqoşun Komandirlər Məktəbini, 2002-ci ildə Naxçıvan Dövlət Universitetini, 2006-cı ildə isə Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasını bitirib. Evlidir. 3 övladı var.

1983–1992-ci illərdə SSRİ Silahlı Qüvvələri sıralarında taqım, bölük və tabor komandiri kimi xidmət edib.

1991–1998-ci illərdə isə Azərbaycan Silahlı Qüvvələri sıralarında tabor komandiri, əlahiddə gücləndirilmiş motoatıcı briqada komandirinin müavini — briqadanın qərargah rəisi, əlahiddə gücləndirilmiş motoatıcı briqada Komandiri və 705-ci əlahiddə gücləndirilmiş motoatıcı diviziyanın komandiri vəzifələrində xidmət edib. 1992–1994-cü illərdə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak edib.

8 dekabr 1998-ci ildə Beşinci Ordu Korpusunun komandiri vəzifəsinə təyin olunub. 14 may 2014-cü ildə isə Beşinci Ordu Korpusunun əsasında yaradılan Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun komandanı təyin olunub. 10 iyul 2024-cü ildə bu vəzifədən azad edilib.

Azərbaycan Respublikası Prezidentinin müvafiq fərman və sərəncamları ilə Kərəm Mustafayevə 25 may 1998-ci ildə general-mayor, 19 yanvar 2002-ci ildə general-leytenant, 25 iyun 2020-ci ildə isə general-polkovnik ali hərbi rütbələri verilib.

Təltif və mükafatları

Xidməti vəzifələrini layiqincə yerinə yetirdiyinə görə dəfələrlə müxtəlif mükafatlara, orden və medallara layiq görülüb. Azərbaycan Respublikası Prezidentinin:

  • 24 iyun 2003-cü il tarixli Fərmanı ilə "Azərbaycan Bayrağı" ordeni,
  • 22 iyun 2006-cı il tarixli Sərəncamı ilə "Hərbi xidmətlərə görə" medalı,
  • 25 iyun 2009-cu il tarixli Sərəncamı ilə "Vətən uğrunda" medalı,
  • 25 iyun 2011-ci il tarixli Sərəncamı ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni,
  • 24 iyun 2014-cü il tarixli Sərəncamı ilə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni,
  • 25 iyun 2018-ci il tarixli Sərəncamı ilə 1-ci dərəcəli "Rəşadət" ordeni ilə təltif olunub.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Kərəm Mustafayev haqqında məlumat. Kərəm Mustafayev nədir? Kərəm Mustafayev nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Yabanı albalı

  • Fevral 27, 2026

    Çələbilər (Bərdə)

  • Fevral 27, 2026

    Bestseller

  • Fevral 23, 2026

    Yağ

  • Fevral 27, 2026

    Tuna

Trend Mahnılar
  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst