Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Həsənbəyov Yusif Qonaq oğlu (Yusif Həsənbəy; 26 dekabr 1932, Quba) — Əməkdar incəsənət xadimi, şair, dramaturq, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü

Yusif Həsənbəy

  • Ana Səhifə
  • Vikipediya
  • Yusif Həsənbəy

Həsənbəyov Yusif Qonaq oğlu (Yusif Həsənbəy; 26 dekabr 1932, Quba) — Əməkdar incəsənət xadimi, şair, dramaturq, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1959),

Yusif Həsənbəy
Yusif Qonaq oğlu Həsənbəyov
Doğum tarixi 26 dekabr 1932 (93 yaş)
Doğum yeri Quba, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ→
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Fəaliyyəti şair
Mükafatları Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi

Mündəricat

Həyatı

Yusif Həsənbəy 1932-ci il dekabrın 26-da Azərbaycanın Quba şəhərində anadan olmuşdur. Burada pedaqoji texnikumu bitirdikdən sonra APİ-nin dil və ədəbiyyat fakültəsində təhsil almışdır (1952–1956). Sonra Bakıda Azərbaycan LKGİ Səbayel rayon komitəsində təlimatçı, Azərbaycan Dövlət Musiqi Nəşriyyatında ədəbi redaktor, "Bakı" axşam qəzetində ədəbi işçi, tərcüməçi olmuşdur (1956–1969). Moskvada, M. Qorki adına Ədəbiyyat İnstitutunun poeziya bölməsində təhsil almışdır (1975–1977). Beynəlxalq PEN təşkilatı Azərbaycan PEN klubunun məsul katibidir (1990-cı ildən). Eyni zamanda Azərbaycan Yazıçılar Birliyinin Quba zona şöbəsinin sədridir (1994-cü ildən).

Yaradıcılığı

"Təhsildən qayıdarkən" adlı ilk mətbu əsəri 1954-cü ildə "Azərbaycan" jurnalında dərc olunmuşdur. Bundan sonra dövri mətbuatda müntəzəm çıxış edir. Əsərləri keçmiş SSRİ xalqlarının dillərinə çevrilib yayılmışdır. "Ayı kürkü" (1986) və "Dağlarda işıq" (1981) əsərləri əsasında televiziya tamaşası nümayiş etdirilmişdir. "Sehirli üzük" (1973) pyesi Mingəçevir Dövlət teatrında, "Yıxılanı qaldır" (1975) pyesi Ağdam Dövlət teatrında səhnəyə qoyulmuşdur. "Bir həyətin sakinləri" (1981), "Kölgənin kölgəsi" (1984) pyesləri Mədəniyyət Nazirliyi tərəfindən qəbul edilmişdir. Azərbaycan mahnılarını toplayıb tərtib edib dönə-dönə kütləvi tirajla nəşr etdirmişdir. Şeirlərinə mahnı bəstələnmişdir.

Əsərləri

  • 1. Ördəyin balaları. Bakı: Uşaqgəncnəşr, 1960, 16 səh.
  • 2. Yağışda çimən cücə. Bakı: Uşaqgəncnəşr, 1962, 16 səh.
  • 3. Çay dənizə tələsir. Bakı: Azərnəşr, 1963, 32 səh.
  • 4. Qağayı. Bakı: Maarif, 1966, 16 səh.
  • 5. Unutmaram o günləri. Bakı: Azərnəşr, 1966, 99 səh.
  • 6. Mahnılar. Bakı: Azərnəşr, 1967, 202 səh.
  • 7. İnsan ömrü. Bakı: Azərnəşr, 1971, 61 səh.
  • 8. Evin ulduzu. Bakı: Gənclik, 1973, 71 səh.
  • 9. Nəğməli yarpaqlar. Bakı: Azərnəşr, 1976, 78 səh.
  • 10. Zirvə qarı. Bakı: Gənclik, 1978, 129 səh.
  • 11. Məhəbbətli dünyamız. Bakı: Yazıçı, 1980, 205 səh.
  • 12. Günəş doğanda. Bakı: Gənclik, 1981, 68 səh.
  • 13. Məhəbbət məşəlləri. Bakı: Yazıçı, 1984, 189 səh.
  • 14. Xəcalətli qalmayaq (şeirlər və poemalar), B., Yazıçı, 1987, 142 səh.
  • 15. Çəmən gülləri (şeirlər və poemalar). Bakı: Gənclik, 1987, 89 səh.
  • 16. İşığın istisi (şeirlər). Bakı: Gənclik, 2000, 175 səh.
  • 17. Sualtı döyüşlər (roman). Bakı: Şirvannəşr, 2001, 290 səh.

Tərcümələri

(ruscadan)

  • 1. İnadkar sətirlər (Dünyanın klassik və müasir şairlərinin əsərlərindən seçmələr). Bakı:1991, 183 səh.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Yusif Həsənbəy haqqında məlumat. Yusif Həsənbəy nədir? Yusif Həsənbəy nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Taleyran

  • Fevral 27, 2026

    Yevlax rayonu

  • Fevral 27, 2026

    Var (departament)

  • Fevral 27, 2026

    Moisey Kalankatuklu

  • Fevral 27, 2026

    Sovet-Polşa müharibəsi

Trend Mahnılar
  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst