Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Ağ Orda (Qazax türkcәsindә: Aq Orda), Çingiz xanın 1227-ci ildə ölümündən sonra Böyük Monqol imperiyası sərhədləri daxilində, müasir Qazaxıstan, Qırğızıstan, Şi

Ağ Orda

  • Ana Səhifə
  • Vikipediya
  • Ağ Orda

Ağ Orda (Qazax türkcәsindә: Aq Orda), Çingiz xanın 1227-ci ildə ölümündən sonra Böyük Monqol imperiyası sərhədləri daxilində, müasir Qazaxıstan, Qırğızıstan, Şimali Özbәkistan vә Şimali Türkmәnistan ərazisində qurulan xanlıq. Qızıl Ordanın şərqdəki torpaqlarında qurulmuşdu. Әn mәşhur xanları — vaxtı ilә Ulu Ulus xaqanları olmuş Uruz xan vә Baraq xandır. Dövlәtin başında Çingizlilәr sülalәsinin Cuçioğulları xanәdanının Toğayteymurlular qolunun Törә sülalәsi dururdu. 1428-ci ildә Özbәk xanlığı olaraq bildiyimiz Göy Orda hökmdarı Әbülxeyir xan Şeybani tәrәfindәn әlә keçirilmişdir. 1465-ci ildә Uruz xanın nәticәlәri Kerey vә Janibek Ağ Ordanı Qazax xanlığı adı ilә yenidәn qurmuşlar.

Ağ Orda
Tarixi və coğrafiyası
Yaradılıb 1227
Ləğv edilib 15. əsr

Mündəricat

Tarixi

Cuçi xan tərəfindən nəzarət edilən torpaqların şərq hissəsində Orta Asiyadan Sibirə qədər olan bölgədə hakim oldular. Onun tərkibinə Aral gölündən şimal-şərqə Sırdərya çayının hövzələri, İşim və Sarı Su çaylarına qədər olan ərazilər daxil idi. Bu ərazidə monqol işğallarından əvvəl Sabran ( və ya Şabran), Sığnaq, Yengikənd və başqa şəhərlər yerləşirdi. Monqol işğalları nəyicəsində bu şəhərlər suqut etmiş, sonra tədricən dirçəlməyə başlamışdır. Dəşti-Qıpçağın bütün şərq hissəsi Ağ Ordanın tərkibinə daxil olmuşdur. Məhz Qızıl Orda vaxtında bu dövlətin tərkibindəki tayfa birləşmələri "qazax" və "özbək" adlarını almışdır.

Ağ Orda dövlətinin ilk hökmdarı Cucinin oğlu Orda xandır. Balxaş gölü sahillərindəki paytaxtları sonradan Seyhun çayı sahilindəki Sıgnaq şəhərinə daşınır. XIV əsrin II yarısınadək müstəqil qala bilmiş olan xanlıq, 1378-ci ildə Ağ Orda hökmdarı Toxtamış tərəfindən Qızıl Orda dövlətinə yenidən qatılmışdır.

Marko Polo Ağ Orda haqqında

Köchü xanın dövründə Ağ Orda dövləti ərazisinə səyahət edən Venesiyalı səyyah Marko Polo gördüklərini belə təsvir edirdi.:

Bu kral (Köchü) kimsəyə boyun əyməz, Çingiz xanın imperatorluq soyundandır. Bu kralın nə bir qalası, nə də bir şəhəri vardır. O və xalqı geniş ovalarda və ya keçilməz dağlarda, yaylalarda yaşar. İribuynuzlu heyvanların ətləri və südləri ilə bəslənirlər. Külli miqdarda inək, dəvə, at, öküz, qoyun kimi iri və xırdabuynuzlu heyvana sahibdirlər.| Marko Polo}}

Ağ Orda xanları

  • Orda xan (1226–1280)
  • Köchü (1280–1302)
  • Buyan (1302–1309)
  • Sasibuqa (1309–1315)
  • Ilbasan (c.1315–1320)
  • Mubarak Khwaja (1320–1344)
  • Chimtay (1344–1374)
  • Urus (1374–1376)
  • Toqtaqiya (1376–1377)
  • Temur Malik (1377)
  • Toxtamış (1377–1378)

Qeydlər

  1. Tarixçilər arasında Ağ Orda ilə Göy Orda arasındaki əlaqələrə dair qəbul edilmiş əsas bir ortaq anlayış yoxdur
  2. Bugünki Qazaxıstanın sərhədləri daxilindədir.
  3. Marco Polo'nun səyahatleri 2013-07-08 at the Wayback Machine  (ing.), 7 Haziran 2010 tarixində erişilmiştir
  4. Bu təsvir Ağ Orda dövlətinin ənənəvi Monqol həyat tərzinə və mədəniyyətinə sahib çıxdığını göstərməkdə və Möngke’nin ölümündən sonra Çin mədəniyyətinə meyil edən Qubilay qaana qarşı Arık Böke’nin nədən Ağ Orda hakimləri tarafından mühakimə olunduğu daha yaxşı anlaşılmaqdadır

Həmçinin bax

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Ağ Orda haqqında məlumat. Ağ Orda nədir? Ağ Orda nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 24, 2026

    Birinci imperiya

  • Fevral 23, 2026

    Vladimir Mayakovski

  • Fevral 24, 2026

    Boloniya Universiteti

  • Fevral 23, 2026

    Fin-uqor dilləri

  • Fevral 24, 2026

    Amitabh Baççan

Trend Mahnılar
  • Fevral 20, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 20, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst