Brandeys Universiteti [ˈbrændaɪs] — özəl Amerika tədqiqat universiteti. Massaçusets ştatının Uolham şəhərinin cənub-qərb hissəsində, Bostondan 14 km qərbdə yerləşir. Universitetdə təxminən 3600 bakalavr tələbəsi və 2200 aspirant təhsil alır. 2010-cu ildə ABŞ News and World Report universiteti ABŞ universitetləri arasında 34-cü yeri tutmuşdur. Forbes jurnalı 2010-cu ildə universiteti ABŞ universitetləri və kollecləri arasında 57-ci yerə layiq görüb.
| Brandeys Universiteti | |
|---|---|
| Brandeis University | |
| | |
| |
| Əsası qoyulub | 20 oktyabr 1948 |
| Tələbə sayı | 5.800, 5.265 |
| Ölkə | |
| Ünvan | 415 South St, Waltham, MA, 02454-9110 |
| Sayt | brandeis.edu |
| 42°21′56″ şm. e. 71°15′35″ q. u.HGYO | |
![]() | |
Universitet 1948-ci ildə keçmiş Midlseks Universitetinin yerində kişi və qadınların birgə təhsili üçün dünyəvi bir qurum kimi yaradılmışdır. Universitet ABŞ-də məşhur yəhudi hüquqşünas Lui Brandeysin (1856-1941) adını daşıyır.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Brandeys Universiteti haqqında məlumat. Brandeys Universiteti nədir? Brandeys Universiteti nə deməkdir?

