Vozrojdeniye adası — Aral dənizinin cənub-şərqində mövcud olmuş keçmiş ada (2001–2009 və 2010-cu illərdə yarımada). SSRİ dağıldıqdan sonra cənubu Özbəkistana Qaraqalpaqstanın Muynakski rayonu, şimalı isə Qazaxıstana (Kızılorda və Aktyubinski vilayəti Aralski rayonu) verilmişdir.
| Vozrajdeniya adası | |
|---|---|
| |
| Ümumi məlumatlar | |
| Sahəsi |
|
| Hündür nöqtəsi | 93 m |
| Əhalisi | 0 nəfər (2015-ci il) |
| Yerləşməsi | |
| 45°01′ şm. e. 59°10′ ş. u.HGYO | |
| Ölkələr | |
| Akvatoriya | |
![]() Vozrajdeniya adası | |
2008-ci ildə yarımadaya çevrilən adanın cənubunda geoloji işlər aparılmışdır. Podratçı şirkət "Petroalyans", sifarişçi isə Özbəkistan hökumətidir.
Adanın tarixi
Ada XVI əsrin sonları XVII əsrin ortaları suyun səviyyəsinin enməsi ilə formalaşmışdır. Ada ilk dəfə 1848-ci ildə Akeksey İvanoviç Butakovun ekspedisiyası zamanı kəşf edilmiş və "Çar I Nikolay" adası adlanır. Sonradan adı dəyişdirilmişdir.
1960-cı illərdə adanın sahəsi 216 km² olmuşdur. Aral dənizin suyu azaldıqca adanın sahəsi genişlənməyə başlanmışdır. Sonradan isə ada yarımadaya çevrilmişdir. 2009-cu ildə isə ada tamamən materikə birləşmişdir.
"Barxan" biokimyavi poliqon
1942–1992-ci illərdə adada hərbi biokimyavi poliqon fəaliyyət göstərmişdir. Biokimyavi elmi-araşdırma laboratoriyası, 04061 nömrəli hərbi hissə. Bu laborayoriya ilk əvvələr Tver vilayətinin Ostaşkov şəhəri yaxınlığında yerləşirdi. 1941-ci ildə o Kirov vilayətinə sonradan Saratova köçürülmüşdür. 1942-ci ildə isə Vozrojdeniye adasına yerləşdirilmişdir.
Ada uzun zaman bioloji silahların sınaq meydanı olmuşdur. Burada heyvanlar üzərində (itlər, meymunlar, sıçovullar, atlar, qoyunlar) təcrübələr aparılmışdır.
Laboratoriya Özbəkistan SSR ərazisində yerləşməsinə baxmayaraq işlətmələr Qazaxıstan SSR tərəfindən həyata keçirilirdi. Adada yerləşən obyetlər:
- Fəaliyyətini dayandırmış Kantubek şəhərçiyi 45°09′00″ şm. e. 59°19′48″ ş. u.HGYO — vaxtı ilə bu qəsəbədə 1500 nəfər poliqon işçisi və 800 hərbçi yaşayırdı
- "Laboratoriya korpusu" (Kantubekdən 3 km cənub-qərbdə) — laboratoriya şəraitində sınaqları həyata keçirmək üçün kompkeks.
- Hərbi aerodrom (Kantubek şəhərindən 3 km qərbdə 1960-cı illərdə inşa edilmişdir) — dörd uçuş-eniş zolağına sahib olmuşdur. 1980-ci illərdə zolaq betonlaşdırılmışdır
- Sınaqlar üçün poliqon.
1988-ci ilin yazında SSRİ ərazisində hazırlanan sibir xorası olan bioloji silahlar Rusiya və Qazaxıstan ərazidindən aparılaraq adaya gətirilərək burada bastırılmışdır. Bu yükün ümumi həcmi 24 vaqondan ibarət olmuşdur. Yüklər ümumilikdə 11 qəbrstanlıqda bastırılmışdır. Biokimyavi laboratoriya 1992-ci ildə Rusiya Prezidenti Baris Yelsinin sərəncamı ilə bağlanmışdır. Əməkdaşlar oktyabr-noyabr tarixlərində Rusiyaya köçürülmüşdür.
1995-ci ildə amerikalı hərbi bakterioloqlar və alimlər özbək və qazax həmkarlarının dəvəti ilə adanı ziyarət etmişlər. Onlar adada olan altı qəbrstanlıqdan nümunələr götürmüş Bacillus anthracisların sporlarının ölməməsini və hələ də aktiv olmasını müəyyən etmişlər. 1997 və 1999-cu illərdə amerikanlılar sibir xorasına qarşı hazırladıqları vaksinləri sınaqdan keçirmək məqsəbi ilə adada dəfələrlə olmuşlar.
2002-ci ildə adanı yenidən ABŞ Müdafiə Nazirliyinin əməkdaşları ziyarət etmişdir. Hazırda ada dünyanın ən böyek kimyavi silahlarının qəbrstanlıqlarından biridir.
Video oyunlarda
- Call of Duty: Black Ops oyunu.
- Command & Conquer: Generals oyunun bir mərhələsində.
Qalereya
Sahillə birləşən ada , 2000—2001 il.
Aral dənizinin səviyyəsinin aşağı enməsi 1960 - 2010 illər.
Həmçinin bax
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Vozrajdeniya adası haqqında məlumat. Vozrajdeniya adası nədir? Vozrajdeniya adası nə deməkdir?
