Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Ağ göl Azərbaycanın ən məşhur çöl-göl ekosistemi olub, köçəri və yerli quşların, eləcə də digər heyvanların məskunlaşdığı ərazilərdən biridir. Ağ gölün qorunmas

Ağ göl

  • Ana Səhifə
  • Vikipediya
  • Ağ göl

Ağ göl — Azərbaycanın Ağcabədi və Beyləqan rayonlarının ərazisində göl.

Ağ göl
Ümumi məlumatlar
Mütləq hündürlüyü 1566 m
Eni 1,5 km
Uzunluğu 25 km
Sahil uzunluğu 25 km
Sahəsi 5000 km²
Həcmi 44,7 mln
Dərin yeri 2,5 m
Orta dərinliyi 0,8 m
Duzluluğu 5-10 ‰
Yerləşməsi
39°59′57″ şm. e. 47°39′24″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon
  • Ağcabədi
Yerləşməsi Ağcabədi
Ağ göl xəritədə
Ağ göl
Ağ göl
Ağ göl xəritədə
Ağ göl
Ağ göl
Ramsar yeri

İstinadı: 1075 ing.
Daxil edilməsi: 21 may 2001

Ağ göl Azərbaycanın ən məşhur çöl-göl ekosistemi olub, köçəri və yerli quşların, eləcə də digər heyvanların məskunlaşdığı ərazilərdən biridir. Ağ gölün qorunmasının beynəlxalq əhəmiyyəti vardır. Bu da göldə adları Beynəlxalq Təbiəti Mühafizə İttifaqının "Qırmızı Siyahı"sına və Azərbaycanın Qırmızı Kitabına daxil edilmiş quşların məskunlaşması ilə bağlıdır. Ağ göl mühüm su-bataqlıq ərazisi kimi miqrasiya edən quş növlərinin qışlama yeri olub, 2001-ci il 25 may tarixində "Əsasən su quşlarının yaşama yerləri kimi beynəlxalq əhəmiyyəti olan sulu-bataqlıq yerlər haqqında" Ramsar Konvensiyasının "Ramsar Siyahısı"na daxil edilmişdir.

Mündəricat

Fiziki-coğrafi şəraiti

Ağ göl dəniz səviyyəsindən aşağıda yerləşir. O, əsasən, Kür və Araz çaylarının mütəmadi daşqınları nəticəsində yaranmışdır. Belə ki zaman-zaman bu çayların mütəmadi və güclü mövsümi daşqınları ətrafdakı böyük çalaları dolduraraq orta dərinlikli, sahəsi o qədər də böyük olmayan göllər yaratmışdır. Mingəçevir hidrosisteminin (1953) və Araz su anbarının (1979) inşaları bu göllərin böyük əksəriyyətinin qurumasına səbəb olmuşdur. Nəticədə Mahmudçala, Ağçala, Şilyan gölləri bataqlıqlaşmış, Sarısu, Ağgöl, Mehman göllərinin hidroloji rejimi köklü dəyişmişdir. Hazırda bu göllərin su balansı duzlu kollektor suları hesabına tənzimlənir.

Göllərin duzluluğu 5-10 q/l, orta dərinliyi 0.8 m, maksimal dərinliyi 2.5 m-dir. Ağgöl vahid açıq su hövzəsi deyil. O, bir neçə adaları birləşdirən böyük (50 ha) su hövzəsidir. Bu hövzələr bir-birləri ilə sıx qamışlıqlarla əhatə olunmuş axarlarla birləşir. Hər bir hövzədə sahəsi 2-10 ha olan çoxlu sayda ada mövcuddur. Bu adalar qamış, şoranotu, taxıl bitkiləri və müxtəlif otların sıx formasiyaları ilə örtülmüşdür. Şərqdən qərbə doğru uzanan, kələ-kötür sahil xətlərinə və xırda "körfəzciklər"ə malik olan bu göllər sisteminin uzunluğu 25 km, eni isə 1,4–5 km-dir.

Lal axan göllərə aid olan Ağ göl suyunun axın sürəti 0.5 – 0.7 m/san-dir. Gölün dibi hamar səthli, boz lildən yaranmış yapışqanlı qruntdan ibarətdir.

Qorunması

Gölün qorunmasında ilk addım 1964-cu ildə 9173 hektar sahədə Ağ Göl Dövlət Təbiət Yasaqlığı yaradılarkən atılmışdır. 1978-ci ilin 2 mart tarixində gölün 4400 hektara bərabər olan su ərazisinə ciddi qorunma statusu verilmiş və Ağ Göl Dövlət Təbiət Qoruğu yaradılmışdır. 2003-cü ilin 5 iyul tarixində Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə Ağ Göl Dövlət Təbiət Qoruğunun sahəsi 17 924 hektara qədər artırılmış və ərazi milli park elan edilmişdir. Milli park əhalinin ekoloji maarifləndirilməsi baxımından da olduqca əhəmiyyətlidir və bu istiqamətdə parkda xeyli iş görülür. Ərazidə vaxtaşırı olaraq ekoloji monitorinqlər keçirilir, zədələnmiş təbiət kompleksləri və obyektlər bərpa olunur.

Milli parkda turizm fəaliyyətilə məşğul olmaq üçün də geniş imkanlar var.

Həmçinin bax

  • Ağ göl milli parkı
  • Göy-göl

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Ağ göl haqqında məlumat. Ağ göl nədir? Ağ göl nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Con Milton

  • Fevral 27, 2026

    Fatalizm

  • Mart 01, 2026

    Rotatorilər

  • Fevral 12, 2026

    Bermud adaları

  • Fevral 27, 2026

    Balkan

Trend Mahnılar
  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst