Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Elektron cədvəl — cədvəlin emalı üçün təyin olunan tətbiqi proqramlardır. Cədvəldə verilənlər sətir və sütunun kəsişməsindəki xanalarda saxlanılır. Xanalarda əd

Elektron cədvəl

  • Ana Səhifə
  • Vikipediya
  • Elektron cədvəl

Elektron cədvəl — cədvəlin emalı üçün təyin olunan tətbiqi proqramlardır. Cədvəldə verilənlər sətir və sütunun kəsişməsindəki xanalarda saxlanılır. Xanalarda ədəd, simvol verilənləri və düsturlar saxlanıla bilər. Düsturlar digər xanaların məzmunundan asılı qiymətlərlə bir xanada verilir. Xanaların məzmununun dəyişməsi ilə ,bundan asılı olan xanadakı qiymət dəyişir.

Geniş istifadə olunan elektron cədvəllər: Microsoft Excel, Lotusl -2 -3, Quattro və s. proqramlardır. Bu proqramların bəzi başlıca özəllikləri bunlardır:

1.Verilənlər (ədədlərlə nişanlanmış) sətirlər və (hərflərlə nişanlanmış) sütunlar boyunca düzülür. Verilənlərin daxil edildiyi hər bir yer (sətir və sütünün kəsişməsi) xana (CELL) adlanır. Siz ədədləri və ya hərfləri aşağıdakı misalda (kiçik mağazada müxtəli malların satış cədvəli) göstərildiyi kimi xanalara daxil edə bilərsiniz:

ABCD
MalQiymətiSayı
Yulaf3.9910
Süd2.1525
Diş pastası1.957

2.Əgər siz düstur daxil etmisinizsə, kompüter onu avtomatik hesablamalıdır. Məsələn, yulaf satışından gəliri hesablamaq üçün D2 xanasına +B2*C2 düsturunu daxil edin. (* ulduz işarəsi vurmanı göstərir; başlanğıcdakı + işarəsi isə bunun adi yazı deyil, düstur olduğunu bildirir. Excel proqramında düsturun başında = işarəsi qoyulur.)

ABCD
MalQiymətiSayıGəlir
Yulaf3.991039.90
Süd2.1525
Diş pastası1.957

Düstur daxil edildikdən sonra elektron cədvəl proqramı həmin xanada düsturun özünü deyil, onun nəticəsini əks etdirəcək. Ancaq göstəricini xanaya gətirdikdə həmin xana üçün düstur ekranın yuxarısında görünür və zərurət olarasa, onu redaktə edə bilərsiniz.

3.Bir xanada olan düsturu başqa xanalara da köçürmək olar. Məsələn, D2 xanasında olan düstur D3 və D4 xanalarına köçürülə bilər ki, nəticədə digər mallar üzrə də gəlir hesablanmış olar:

ABCD
MalQiymətiSayıGəlir
Yulaf3.991039.90
Süd2.152553.75
Diş pastası1.95713.65

Düstur başqa xanalara köçürüldükdə kopyalama komandası həmin düsturları avtomatik olaraq dəyişdirir. Verilmiş nümunədə siz +B2*C2 düsturunu D2 xanasından D3 xanasına köçürdükdə həmin düstur +B3*C3 şəklinə, D4 xanasına köçürdükdə isə +B4*C4 şəklinə düşəcək. Bu ona görə belə olur ki, ilkin xanada (D2) olan düsturdakı B2 və C2 nisbi ünvan (RELATIVE ADDRESS) formasında yazılıb.

4.Düsturda müəyyən aralıqdakı bütün xanaların cəmlənməsi komandası kimi yerləşik funksiyalar (BUILT-IN FUNCTION) ola bilər. Lotus 1-2-3 proqramında @SUM(D2..D4) düsturunu, yaxud Excel proqramında =SUM(D2:D4) düsturunu D5 xanasına daxil etdikdə sütun (D2, D3 və D4 xanaları) üzrə ümumi cəm avtomatik hesablanacaq. Elektron cədvəl proqramlarında çoxlu belə funksiyalar vardır.

5.Elektron cədvəllərin xüsusi dəyəri var, çünki ədədlərdən biri dəyişdikdə onlarla bağlı düsturlar avtomatik olaraq yenidən hesablanır. Məsələn, satılmış malların miqdarında dəyişiklik edən kimi, avtomatik olaraq hər bir mal üzrə gəlir və ümumi gəlir avtomatik olaraq yenidən hesablanacaq. Elektron cədvəllərin bu özəlliyi onları xüsusilə “nə olur-əgər” qiymətləndirmələrində (“WHAT-IF” EVALUATION) faydalı edir. Siz çoxlu dəyişəndən ibarət elektron cədvəl qura bilər və bir, yaxud bir neçə dəyişənin qiymətini dəyişdirməklə nəticənin necə dəyişdiyini görə bilərsiniz.

6.Elektron cədvəllər verilənlərə uyğun olaraq avtomatik olaraq diaqramlar qura bilər.

7.Bir sıra klavişlərin ardıcıl basılmasını (KEYSTROKE) bir komandada birləşdirmək üçün makroslardan (MACROS) istifadə etmək olar və genişləndirilmiş makroslar özlüyündə istifadəçilər və verilənlərin emalı ilə qarşlıqlı əlaqədə ola bilən kompüter proqramlarıdır.

8.Çıxış sənədinin xarici görünüşünü yaxşılaşdırmaqdan ötrü müasir elektron cədvəllərə çoxlu özəlliklər əlavə olunub. Məsələn, bəzi xanalar qalın şriftlə göstərilə, yaxud hər hansı xana kölgəli qeyd oluna bilər.

9.İlk elektron cədvəllər ikiölçülü idi, bu da onları çox böyük kağız parçasına bənzədirdi. Sonradan elektron cədvəllərə üçölçülü imkanlar artırıldı ki, nəticədə sənədi qeyd kitabçasında olduğu kimi, müxtəlif səhifələrdə saxlamaq imkanı yarandı. Bu halda xananın ünvanı C:B1 kimi yazıla bilər, yəni C səhifəsinin B sütununun 1 sətri. Bundan başqa, müasir elektron cədvəllərdə bir-birinə bağlanmış müxtəlif iş vərəqləri ilə işləmək imkanı vardır. Məsələn, aylıq satış haqqında məlumatları 12 fərqli iş vərəqinə yazmaq, sonra isə onları tək iş vərəqinə bağlamaqla illik satış miqdarını hesablamaq olar.

LibreOffice Calc elektron cədvəl proqramı


Ədəbiyyat

  • Rəna Gözəlova "Excel", 2012, Bakı: "İnformasiya Texnologiyaları" nəşriyyatı, 211 s., ISBN: 978-9952-434-38-5
  • İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 804 s.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Elektron cədvəl haqqında məlumat. Elektron cədvəl nədir? Elektron cədvəl nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Daredevil (personaj)

  • Mart 01, 2026

    Günəş Abbasova

  • Fevral 28, 2026

    Şərq Tərəfdaşlığı

  • Fevral 27, 2026

    Yozef Blatter

  • Fevral 27, 2026

    Sofiya Perovskaya

Trend Mahnılar
  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst