Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Co Freyzer (ing. Joseph William Frazier) - 70-ci illərin tanınmış boksçusu. Məhəmməd Əli ilə aralarında olan rəqabət dünya boks tarixinin ən güclü çəkişməsi hes

Co Freyzer

  • Ana Səhifə
  • Vikipediya
  • Co Freyzer

Co Freyzer (ing. Joseph William Frazier) - 70-ci illərin tanınmış boksçusu. Məhəmməd Əli ilə aralarında olan rəqabət dünya boks tarixinin ən güclü çəkişməsi hesab olunur.Freyzerlə Əlinin arasında baş tutan Filippinin paytaxtı Manilada keçirilən 3-cü döyüş isə illər keçməsinə baxmayaraq hələ də bütün dünyada hər kəs tərəfindən ən böyük boks qarşılaşması olaraq qəbul edilməktədir,qarşılaşma "Manilada Triller" adı ilə boks tarixinin qızıl səhifəsinə çevrildi. Məhəmməd Əli ilə 1971-ci ildə baş tutan görüşdə ilk matçı qazanmış və həmin məğlubiyyət Məhəmməd Əlinin peşəkar karyerasındakı ilk məğlubiyyəti olmuşdur. Peşəkar boks karyerası 1965-1976-cı illər aralığında baş tutmuş Freyzer 1981-ci ildə bir döyüş üçün yenidən rinqlərə qayıtmışdır.

Cozef Uilyam Freyzer
Joseph William Frazier
Ümumi məlumatlar
Ləqəbi Smokin Co
Çəkisi 103 kq
Boyu 1.80
Vətəndaşlığı ABŞ ABŞ
Doğum tarixi 12 yanvar 1944
Doğum yeri Cənubi Karolina, ABŞ
Vəfat tarixi 7 noyabr 2011 (67 yaşında)
Vəfat yeri Filadelfiya, Pensilvaniya
Nəticələri
Döyüş 37
Qələbə 32
Nokautla 27
Məğlubiyyət 4
Heç-heçə 1
Natamam 0
joefrazier.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Smokin Co ləqəbi ilə tanınan Freyzer 1964-cü ildə Tokioda keçirilən Olimpiya Oyunları zamanı çıxış etdiyi ağır çəkidə bütün rəqiblərini məğlub edərək qızıl medala sahib olmuşdur. 1971-ci ilin 8 martında Manhettendə Məhəmməd Əli ilə baş tutan görüş Əsrin döyüşü adını almış və dünya tarixində ən çox izləyici marağına səbəb olmuş boks qarşılaşması olmuşdur. Freyzerin karyerası ərzində keçirdiyi 37 görüşün 32 görüşü qələbə ilə 4 görüş isə məğlubiyyətlə başa çatmışdır. Əldə edilən qələbələrin 27 si nokautla nəticələnmişdir. Co Freyzer 2011-ci ilin 7 noyabr tarixində yaşadığı Pensilvaniya ştatının Filadelfiya şəhərində vəfat edib.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Co Freyzer haqqında məlumat. Co Freyzer nədir? Co Freyzer nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 25, 2026

    Səfəvilər dövləti

  • Fevral 23, 2026

    Banqladeş himni

  • Fevral 27, 2026

    Mirseyfəddin Kirmanşahlı

  • Fevral 27, 2026

    Neytron

  • Fevral 27, 2026

    Əfşar (Miyanə)

Trend Mahnılar
  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst