Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Arabo könüllü dəstəsi (erm. Արաբո կամավորական ջոկատ, latın qraf. Arabo kamavorakan jokat) və ya Arabo batalyonu — Qarabağ müharibəsində əsasən Ermənistan erməni

Arabo batalyonu

  • Ana Səhifə
  • Vikipediya
  • Arabo batalyonu

Arabo könüllü dəstəsi (erm. Արաբո կամավորական ջոկատ, latın qraf. Arabo kamavorakan jokat) və ya Arabo batalyonu — Qarabağ müharibəsində əsasən Ermənistan erməniləri və xaricdən gələn ermənilərdən təşkil olunmuş millətçi paramilitarist qruplaşma.

Arabo batalyonu
erm. Արաբո կամավորական ջոկատ
latın qraf. Arabo kamavorakan jokat
azərb. Arabo könüllü dəstəsi‎
Növü quru qoşunları
Yaranma tarixi 4 oktyabr 1989-1994
Ölkə Ermənistan SSR → Ermənistan
Tabedir "Qartal" (erm. Արծիվ) hərbi birləşməsi
Sayı 4 nəfər (4 oktyabr 1989)
24 nəfər (19 oktyabr 1989)
Qərargah Qarabağ
Himayədarı Ermənistan Silahlı Qüvvələri
Təchizatı yüngül silahlar
Müharibələr Qarabağ müharibəsi
Döyüşlər → Qaradağlı soyqırımı
→ Xocalı soyqırımı
→ Ağdərə döyüşləri
Komandanlıq
Məşhur komandirləri Simon Açıqgözyan
Manvel Yeğiazaryan

Mündəricat

Adı

Dəstənin adı ilk vaxtlar “Qaregin Njde” olub. Lakin, digər erməni dəstələri daxilində “Qaregin Njde” adlı dəstələrin ortaya çıxması, dəstənin adının “Arabo” adı ilə əvəzlənməsinə səbəb olub. "Arabo" XIX əsrdə Osmanlıya qarşı qiyam edən və sonda kürd dəstələri tərəfindən öldürülən Stepanos Mixitaryan adlı şəxsin təxəllüsü olub.

Tarixi

Dəstə 1989-cu ildə Livan, Fələstin, Suriya və Fransadan gəlmiş erməni millətçilərinin, həmçinin Sovet İttifaqı Silahlı Qüvvələrində xidmət keçmiş təcrübəli döyüşçülərin iştirakı ilə İrəvanda yaradılıb.

Dəstəni yaratmazdan öncə, Manvel Yeğiazaryan bir neçə şəxslə birgə bir neçə dəfə Gorus, Cermuk və Naxçıvan sərhədləri ətrafına, o cümlədən digər ərazilərə gedərək ümumi kəşfiyyat aparıb. Nəticədə, 4 oktyabr 1989-cu ildə Manvel Kerri Xaçik, Hayk və Civan adlı şəxslərlə birlikdə, Yeğeqnadzor rayonunun Xaçik kəndində yerləşən sərhədə yaxın hissələrə gedərək çadırlar qurub və burada Arabo dəstəsinin ilkin prinsiplərini müəyyənləşdirib. Tədricən yeni üzvlərin Məlik, Roman və Samvel adlı şəxslərin qatılması ilə dəstə daha da genişlənməyə başlayır. 9 oktyabr 1989-cu ildə dəstənin şəxsi heyəti 4, 19-da 24 nəfər idisə, artıq 1990-cı ilin yanvar ayında dəstəyə təşkilatlanmış 10, 15, 20 nəfərdən ibarət qrupların gəlməsiylə dəstə üzvlərinin sayı artır.

Arabo ilkin mərhələdə fəaliyyətini Azərbaycan-Ermənistan sərhəd xətti boyunca aparıb:

  • 1989-1990-cı illər: Yeğeqnadzor rayonu, Xaçik kəndi, Əzizbəyov rayonu Bardzruni, İcevan rayonu.
  • 1990-cı il: Noyemberyan rayonu, Əskipara.

Məhvi və itkin hesab edilməsi

"Arabo" batalyonunun 80-dən çox üzvü 29 iyun 1992-ci ildə Gəncə batalyonunun komandiri Mehman Ələkbərovun Tərtər ərazi özünümüdafiə batalyonu ilə birgə apardığı Həsənqaya əməliyyatı zamanı tamamilə məhv edilib.

Arabo könüllü dəstəsi uzun müddət Ermənistanda itkin hesab edilib. 2008-ci ildə Youtubeda batalyon üzvlərinin cəsədlərinin əks olunduğu tarixi kadrların yayılmasından sonra "Arabo" yenidən gündəmə gəlib.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Arabo batalyonu haqqında məlumat. Arabo batalyonu nədir? Arabo batalyonu nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Amadori qruplaşması

  • Fevral 27, 2026

    Təcrübi iqtisadiyyat

  • Fevral 27, 2026

    Casearia flexula

  • Fevral 27, 2026

    Urdu

  • Fevral 23, 2026

    Cümə axşamı

Trend Mahnılar
  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst