Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Maks Blek (24 fevral 1909[…], Bakı, Rusiya imperiyası – 27 avqust 1988[…], İtaka[d], Nyu-York ştatı) — ingilis-amerikan filosofu, XX əsr analitik fəlsəfəsinin ö

Maks Blek

  • Ana Səhifə
  • Vikipediya
  • Maks Blek

Maks Blek (24 fevral 1909[…], Bakı, Rusiya imperiyası – 27 avqust 1988[…], İtaka[d], Nyu-York ştatı) — ingilis-amerikan filosofu, XX əsr analitik fəlsəfəsinin öncül şəxslərindən biri. Analitik fəlsəfə, dil fəlsəfəsi, incəsənət və riyaziyyat fəlsəfəsi sahələrindəki işləri ilə tanınır.

Maks Blek
Макс Черный
Max Black
Doğum tarixi 24 fevral 1909(1909-02-24)[…]
Doğum yeri
  • Bakı, Rusiya imperiyası
Vəfat tarixi 27 avqust 1988(1988-08-27)[…] (79 yaşında)
Vəfat yeri
  • İtaka[d], Nyu-York ştatı, ABŞ
Dəfn yeri
  • Kremasiya
Əsas maraqları elmin fəlsəfəsi, dil fəlsəfəsi

Mündəricat

Həyatı

1909-cu ildə Bakıda yəhudi mülkədar ailəsində anadan olub. Blek (Black) onun "ingilisdilli" soyadıdır, əsl soyadı "Çernıy" olub. Atası Lyonel Çernıy varlı bir iş adamı idi. 1903-cü ildə Sankt Peterburqda dərc edilən "Sion müdriklərinin protokolları" adlı mətnlər toplusu bütün Rusiyada, eləcə də Azərbaycanda antisemitizm hissləri yaymışdı. Bundan qorxan Lyonel Çernıy ailəsi (xanımı Sofiya Divinska, oğulları Maks, Moisey (Mişa), Samuel (Sem) və qızı Rivka (Betti)) ilə əvvəl Parisə, sonra isə Böyük Britaniyaya köçdü və "Black" soyadını qəbul etdi.

Təhsili

Kembric Universitetinə qəbul oldu və orda Bertran Rassel və Lüdviq Vitqenşteyndən dərs aldı. Məhz bu dövrdə onda riyaziyyat fəlsəfəsinə maraq oyandı. 1930-cu ildə məzun olmuş və Göttingendə 1 il təqaüdlə oxumaq imkanı qazanmışdır. 1931–1936-cı ilər arasında Nyukaslndə riyaziyyat magistri olmuşdur.

Karyerası

1936-cı ildən London Universitet Kollecində dərs deməyə başlamışdır. 1939-cu ildə doktoranturanı bitirmiş və sonrakı il ABŞ-yə köçmüşdür. Orada İllinoys Universitetində, daha sonra isə 1946-cı ildə Kornell universitetlərində işləmişdir. Onun əsas maraq sahəsi müəllimləri kimi dil, məntiq və riyaziyyat fəlsəfəsi olub. Vitqenşteynin traktatı və Bertran Rasselin Principia Mathematicası onun əsas tədqiqat sahəsi olub. Həmçinin Qottlob Fregein əsərlərini ingilis dilinə tərcümə edən ilk şəxslərdən biridir.

Maks Blek 1948-ci ildə ABŞ vətəndaşlığına keçmiş, 1963-cü ildə Amerika İncəsənət və Elmlər Akademiyasının üzvü seçilmişdir,1988-ci ildə ABŞ-nin Nyu-York ştatının İtaka şəhərində vəfat etmişdir.

Əsərləri

  • The Nature of Mathematics. 1933
  • Vagueness: An exercise in logical analysis in the Philosophical Society. 1937
  • A New Method of Presentation of the Theory of the Syllogism. 1944
  • Language and Philosophy: Studies in Method. (1949). Ithaca, NY: Cornell UP
  • Critical Thinking. 1946.
  • Problems of Analysis. 1954
  • Metaphors are no arguments, my pretty maiden. (1954–1955)
  • Models and Metaphors. Studies in Language and Philosophy. 1962
  • A Companion to Wittgenstein’s Tractatus. 1964
  • The Labyrinth of Language. Mentor, New York 1969.
  • Margins of Precision: Essays in Logic and Language. 1970.
  • Making intelligent choices, how useful is decision theory? 1985
  • The Importance of Language. 1962. Nachdruck 1982 (ISBN 0-8014-9077-4)
  • Art, Perception and Reality, zusammen mit E. H. Gombrich und Julian Hochberg. 1972
  • Perplexities.1990

Encyclopedia Britannica məqalələri

  • Abstract and abstraction. 1956 Cild 1, pp. 67–68 (ed. 1957: Cild. 1, səh. 67–68)
  • Antinomy. 1956, C. 2, s. 70
  • Condition. 1957, C. 6, s. 220–221
  • Deduction. 1957, C. 7, s. 132–133

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Maks Blek haqqında məlumat. Maks Blek nədir? Maks Blek nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Armudlu (Kəlbəcər)

  • Fevral 27, 2026

    Magíster mílitum

  • Fevral 12, 2026

    Dəniz

  • Fevral 27, 2026

    Psixoloji roman

  • Fevral 27, 2026

    Formal dillər

Trend Mahnılar
  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst